Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1253/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı “Oğuz rayonu Xaçmaz kəndində yerləşən aqrar islahatla əlaqədar ona və ailə üzvləri - X3, X6, X11 və X7 verilməli olan torpaq payından çıxılmış, hazırda faktiki istifadələrində olan 1,57 hektar torpaq sahəsinin onun və ailə üzvlərinin adına dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və müvafiq plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz rayonu Xaçmaz kəndində yerləşən aqrar islahatla əlaqədar ona və ailə üzvləri - X3, X6, X11 və X7 verilməli olan torpaq payından çıxılmış, hazırda faktiki istifadələrində olan 1,57 hektar torpaq sahəsinin onun və ailə üzvlərinin adına dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və müvafiq plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayon Xaçmaz kəndində aparılan aqrar islahatla əlaqədar iddiaçı və ailə üzvləri X3, X6, X11 və X2 ibarət ailə Oğuz rayon Xaçmaz kəndində yaşamışdır. Aparılan aqrar islahatla əlaqədar iddiaçının 5 nəfərdən ibarət ailəsinin torpaq payı almaq hüququ olmuşdur. Oğuz rayon Xaçmaz kəndində aparılmış aqrar islahat zamanı faktiki istifadəsində olan 0,08 hektar həyətyanı, həyətyanı torpaq sahəsinə bitişik 0,33 hektar və ayrıca 1,57 hektar, cəmi 1,90 hektar olan iki ayrı ayrı torpaq sahəsi faktiki istifadəsində olmuşdur. Cəmi sahəsi 1,90 hektar olan torpaq sahələri onlara veriləcək pay torpaq payından çıxılmışdır. Buna baxmayaraq islahatla əlaqədar həyətyanı və pay torpaq sahələrinə dair sənədlər hazırlanarkən 0,08 hektar həyətyanı torpaq sahəsi də daxil olmaqla adlarına cəmi 0,41 hektar torpaq sahəsinə dair JN-342F (kod 40509018) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə hazırlanmışdır. 0,41 hektar torpaq sahəsinin 0,08 hektar hissəsi həyətyanı torpaq sahəsi olduğundan onlara verilən pay torpaq sahəsindən çıxılmamışdır. Bunu nəzərə alanda hazırda ailəsinə verilməli olan 1,90 hektar torpaq sahəsinin 0,33 hektarına dair mülkiyyət hüququ tanıyan sənəd hazırlanmış, 1,57 hektar torpaq sahəsinə dair isə müvafiq sənəd hazırlanmamışdır. Buna baxmayaraq pay torpaq sahəsi kimi onlara veriləcək torpaq sahəsi kimi hesablanmış 1,57 hektar torpaq sahəsi hazırda da ailəsinin faktiki olaraq istifadəsindədir. Qeyd edilən 1,57 hektar torpaq sahəsi əvvəllər daşlıq bir ərazi olmuş, iddiaçı həmin torpaq sahəsini 1984-cü ildə daşdan təmizləyərək istifadə etməyə başlamışdır. Oğuz rayon Xaçmaz kəndində vətəndaşlara veriləcək pay torpaq sahələrinə dair müvafiq siyahılar hazırlanarkən ailəsi siyahıda 342 sayı ilə göstərilmiş, onlara verilən digər torpaq sahəsi kimi 1.57 hektar torpaq sahəsinə dair də həmin nömrə ilə sənəd hazırlamalı olduğu halda, siyahıda həmin torpaq sahəsi dair texniki səhv olaraq 442 sayı ilə mülkiyyət sənədi hazırlanacaq torpaq sahəsi kimi göstərilmiş, amma həmin torpaq sahəsinə dair nə 342, nə də 442 sayı ilə müvafiq mülkiyyət sənədi hazırlanmamışdır. Oğuz rayon Xaçmaz kəndində 442 nömrəsi ilə torpaq verilən Qədirov Həmzət adlı şəxsin özünə və ailə üzvlərinə verilən pay torpağı tam şəkildə verilmişdir. Hazırkı ərizədə qeyd edilən 1.57 hektar torpaq sahəsinin ona və ailəsinə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə həmin 1,57 hektar torpaq sahəsi ilə bağlı heç bir vətəndaşla və ya yerli bələdiyyə orqanı ilə hər hansı mübahisəsi olmamışdır və həmin torpaq sahəsinə dair hazırda da heç kimin heç bir iddiası və ya iradı da mövcud deyildir. Artıq torpaq islahatı başa çatmışdır. Oğuz rayon X9 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Osuz rayon şöbəsi artıq fəaliyyət göstərmir. X16 Komissiyalarnın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin səlahiyyətlərini isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 X19 həyata keçirir. İddiaçı da daxil olmaqla ailə üzvlərinə verilmiş və faktiki olaraq istifadəsində olan 1,57 hektar pay torpaq sahəsinə dair adlarına müvafiq sənədin hazırlanması barədə rəsmi ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 9 X19nə müraciət etmişdir. Həmin təşkilatdan göndərilmiş xx xxxx 2020-ci il tarixli **********29 saylı cavab məktubunda iddiaçıya və ailə üzvlərinə Oğuz rayonunda aqrar islahat aparılan zaman mülkiyyətinə verilmiş hazırda da istifadəsində olan 1,57 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün həmin torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədləri təqdim etmədiyi bildirilmiş, 1,57 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilərək məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, İddiaçı Oğuz rayonu Xaçmaz kəndində yerləşən 1.57 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim etməmişdir. Belə ki, 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı və ailə üzvlərinin adına Oğuz rayon AİK-nın qərarı əsasında dövlət Aktı hazırlanmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla çoxillik əkin kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 2.04 hektar təşkil edir. İddiçının iddia etdiyi torpaq sahəsinə dair X4 və ailə üzvlərinin adına JN-442G saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı “Oğuz rayonu Xaçmaz kəndində yerləşən aqrar islahatla əlaqədar ona və ailə üzvləri - X3, X6, X11 və X7 verilməli olan torpaq payından çıxılmış, hazırda faktiki istifadələrində olan 1,57 hektar torpaq sahəsinin onun və ailə üzvlərinin adına dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və müvafiq plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1253/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1253/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver