Məhkəmə qərarları › İş №2-1(116)-1254/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1254/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1254/2020 16.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Ömərov Rafael Ömər oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X8rşı “Zaqatala rayonunda aqrar islahat zamanı texniki səhv olaraq işlənilmədən qalan 0.21 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə verməklə adına mülkiyyət hüququna dair sənəd verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı Zaqatala rayonu Bəhmətli kəndində yaşayır. Onu ailəsi 3 nəfərdən ibarətdir. Zaqatala rayon Dövlət Arxivindən verilən arayış bunu təsdiq edir. Həmin arayışda göstərilir ki, Bəhmətli kənd İƏD-nin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında iddiaçının ailə tərkibi özü, həyat yoldaşı və bir oğlu olmaqla 3 nəfərdən ibarətdir. 1996-cı ildə torpaq islahatı zamanı tərtib edilmiş siyahıda iddiaçıya və onun ailəsinə (3 nəfər) cəmi torpaq sahəsi 1.70 ha olmaqla (xüsusi mülkiyyətdə 0.20 ha torpaq sahəsi) qeyd edilmişdir. Həmçinin Zaqatala rayon Bəhmətli bələdiyyəsinin arayışından da məlum olur ki, 1996- 2003-cü il torpaq islahatı zamanı hər bir Bəhmətli kənd sakininə 0.50 ha pay torpağı verilmişdir. 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanuna əsasən Bəhmətli kəndi ərazisində yerləşən torpaq sahələrindən Zaqatala rayon X6 qərarı ilə iddiaçı və onun ailə üzvlərinin hər birinin mülkiyyətinə 0.50 ha pay torpaq sahəsi verilmişdir. Zaqatala RAİK-nın xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı qəbul edilənədək onlara düşə biləcək əmlak dürüstləşmə aparılmadan, yəni 0.21 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin adına işlənmədən qalmışdır. Zaqatala RİHB-nın xx.xx.2003-cü il tarixli 110 saylı Qərarı ilə Bəhmətli kəndində aparılmış torpaq islahatında qismən dəyişikliklər edilmişdir. Həmin Qərarın 7-ci bəndində göstərilir ki, torpaq islahatı vaxtı qanuni torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilən torpaqlar verildiyi yerdə saxlansın. Lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi həmin Qərarın 7-ci bəndini pozaraq iddiaçı və onun ailə üzvlərinə verilmiş torpaq sahəsinin ölçüsünü dəyişdirərək azaltmış və əksik, kəsir olaraq sənəd tərtib etmişdir. Belə ki, A № 128567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində iddiaçının torpağı 3602.09 kv.m, A № 118264 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 2428.77 kv.m və A № 434143 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 68.99 kv.m olmaqla cəmi 1.29 ha təşkil edir. Göründüyü kimi torpaq sahəsi 0.21 ha əksikdir və bu əksik hissə səhvən yazılmayan torpaqdır. xx xxxx 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 1996-cı ildə torpaq islahatı gedən zaman iddiaçının ailəsinə 0.90 ha torpaq sahəsi norma üzrə verilmişdir. Həmin torpaq sahəsini iddiaçı pay torpaq kimi 23 il istifadə etmişdir. Lakin 2003-cü ildə yenidən islahat zamanı torpaq xəritələri tərtib olunan zaman torpaq xəritədə 0.90 ha yox səhvən 0.6899 ha qeyd edilmişdir. Buna baxmayaraq komissiya iddiaçıya düşən torpağı ona vermişdir. İddiaçının birinci qrup psixi xəstə olan oğluna düşən 0.17 ha torpaq sahəsi də iddiaçıya düşən torpaq sahəsinə üzərinə əlavə edilərək (0.90 ha + 0.17 ha = 1.07 ha) iddiaçıya verilmişdir. İddiaçıya bələdiyyədən zəng edərək torpaq sahəsinə yaxınlaşmasını bildirmişlər. İddiaçı sahəyə getdikdə bələdiyyə sədri (Məmmədov Elnur) və keçmiş bələdiyyə işçisi (Kiçikov Qüdrət) iddiaçıya özünün torpaq sahəsindən 50-60 metr aralıda, 5000-6000 kv.m ölçüsü olan çalada yerləşən torpaq sahəsini 1.07 ha ölçüdə ölçərək təqdim etmişlər. İddiaçı bildirir ki, üçüncü şəxs X10 İbrahimov üçün həmin torpaq sahəsini qeydə aldırmışdır. Belə ki, üçüncü şəxs özünə məxsus yararsız torpaq sahəsi ilə iddiaçıya məxsus olan torpaq sahəsini dəyişdirmişdir. İddiaçı islahat zamanı ona verilən torpağı bərpa etmək üçün iş üzrə üçüncü şəxs X2 torpaq uçotundan 0.21 ha torpaq sahəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı özünə və ailə üzvlərinə islahat nəticəsində verilmiş torpaq sahələrindən çatışmayan (əskik olan) 0,21 ha torpaq sahəsinin bərpa edilməsinə köməklik göstərilməsi və mümkün olmadığı halda özəlləşmə zamanı (1996-cı ildə) olan sənədlə faktiki torpaq xəritələri ilə müqayisə edilərək məlumatın verilməsi məqsədi ilə 18 saylı X14 müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, bərpa edilməsi nəzərdə tutulan 0,21 ha torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici, “Torpaq sahəsinin planı və ölçüsü” və müvafiq dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmamışdır. 18 saylı X13 xidməti istifadədə olan elektron xəritələrdə və arxiv fondunda qeyd olunan 0,21 ha torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, iddiaçıya, X7 və X3 (3 nəfərə) Zaqatala rayonu, Bəhmətli kəndində Zaqatala rayon AİK-nın xx xxxx 1996-cı il tarixli, 38 saylı qərarı ilə 0,2428 ha, 0,3602 ha kənd təsərrüfatı təyinatlı və 0,1998 ha həyətyanı, elecə də Zaqatala rayon AİKnın xx xxxxxxxx 2003-cü il tarixli, 110 nömrəli qərarı ilə 0,6899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AN 129894, AN 128567, AN 118264 və AN 434143 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir. AN 434143 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,6899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının, X4 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Sərəncamın 1-ci hissəsinin 1-ci bəndi ilə bağlı iddiaçının torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin təsdiqlənmiş surətləri təqdim olunur. Sərəncamın 1-ci hissəsinin 2-ci bəndi ilə bağlı bildirilir ki, 18 saylı X13 xidməti istifadədə olan elektron xəritələrdə və arxiv fondunda tələbdə göstərilən 0,21 ha torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. İş üzrə üçüncü şəxs X11 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddiaçı onu üçüncü şəxs kimi göstərsə də iddia ərizəsində qeyd olunanların ona heç bir aidiyyəti yoxdur. Mübahisəli torpağa münasibətdə onu nə üçün üçüncü şəxs qismində göstərməsini anlaya bilməmişdir. İddia ərizəsində üçüncü şəxs və oğlu Rəşadla bağlı qeyd olunanlar həqiqətə uyğun deyildir, qərəzli xarakter daşıyır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Zaqatala rayonu, Bəhmətli bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 26 nömrəli məktubunda 1996-2003-cü ildə aparılan torpaq islahatı zamanı hər bir Bəhmətli kənd sakininə 0.50 ha pay torpağı verildiyi qeyd edilmişdir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 141 nömrəli arxiv arayışında iddiaçı və onun ailə üzvlərinin cəmi torpaq sahəsinin 1.70 ha olduğu, xüsusi mülkiyyətlərində isə 0.20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan Zaqatala rayon Bəhmətli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 169 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının torpaq sahələrinə baxılmışdır. Tələbdə göstərilən 0.21 ha torpaq sahəsinə dair olan məlumat belədir: Təsərrüfat başçısı - İddiaçı Ailəsi - X12 Oğlu - X9 3 nəfərin adında hər birinə 0.50 ha olmaqla 1.50 ha pay torpağı düşür. Həyətyanıdan başqa 1.50 ha pay torpağından 0.81 hektarı fındıq bağıdır. Sözügedən fındıq bağından 0.60 hektarı iddiaçının istifadəsindədir. 0.21 ha torpaq sahəsi kəsirdir. Həmin fındıq bağı faktiki 0.60 hektardır. Lakin sənədləşmədə, yəni 2003-cü ilin islahatında mexaniki səhv olaraq 0.81 ha düşmüşdür və ona görədə İddiaçı 0.21 ha kəsr torpağı var. Əvvəlki islahat dövründə faktiki torpağı bitsə də, 2003-cü ildə əkin sahəsindən azalmışdır. Ona səbəb də bağ sahəsinin mexaniki səhv işlənməsidir. İş materiallarında olan DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 434143 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı Qərarı ilə 6899 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan A seriyalı 497200 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon, Bəhmətli kəndi ərazisində yerləşən 0.6899 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və daşınmaz əmlakın Dövlət reyestri tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İş materiallarında olan DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 129894 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38 saylı Qərarı ilə 2428.77 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 118264 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38 saylı Qərarı ilə 1998.29 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 128567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli 38 saylı Qərarı ilə 3602.09 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********17 nömrəli məktubuna əlavə edilmiş Zaqatala rayonunun Bəhmətli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, iş üzrə İddiaçı və onun ailə üzvlərinə 0.20 ha, iş üzrə üçüncü şəxs X11 və onun ailə üzvlərinə isə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin məktuba əlavə edilmiş Zaqatala rayon Bəhmətli kolxozundan torpaq payı alacaq vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində 403-cü sırada üçüncü şəxs X5 adı qeyd edilməklə 0.12 ha, 624-cü sırada isə İddiaçı adı qeyd edilməklə 0.20 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Zaqatala rayon Bəhmətli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 206 nömrəli arayışında qeyd edilir ki, Bəhmətli kənd sakini İddiaçıla oğlu tərəfindən yazılmış ərizəyə baxıldı və müraciətinə əsasən aşkar olundu ki, həqiqətən İddiaçıla oğlunun ərizədə bildirdiyi pay torpağının günbatan tərəfində uzunluğu 85 m, eni 45 m, dərinliyi 3 m olan böyük su hövzəsi aşkarlandı. Bəhmətli bələdiyyəsinə yazdığı müraciət ərazisində göstərilən qüsurlar doğrudur və öz əksini tapmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Bəhmətli bələdiyyəsinə münasibətdə iddia mümkün sayılmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Zaqatala rayonu, Bəhmətli bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 26 nömrəli məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 141 nömrəli arxiv arayışı, cavabdehin xx.xx.2020-ci il tarixli **********23 nömrəli imtina məktubu, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli etiraz məktubu, Zaqatala rayon Bəhmətli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 169 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********12 nömrəli etiraz məktubu, A seriyalı 497200 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiq edilmiş surəti, DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 434143 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 129894 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 118264 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, DT və XK tərəfindən tərtib edilmiş A seriyalı 128567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surəti, Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********17 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Zaqatala rayon Bəhmətli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 206 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Bəhmətli bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs X11 məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı iddia ərizəsində 1996-cı ildə kəntdə islahat aparılan zamanı ona və ailə üzvlərinə 23 il istifadələrində olan 0.90 ha torpaq sahəsinin verildiyini, lakin torpaq xəritəsi tərtib edilərkən səhvən 0.6899 ha qeyd olunduğunu bildirmiş və islahat zamanı texniki səhv olaraq işlənilmədən saxlanılan 0.21 ha əksik olan torpaq sahəsinin də onun mülkiyyətinə verilərək adına mülkiyyət hüququna dair sənədin hazırlanmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya 0.90 ha pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı X8rşı “Zaqatala rayonunda aqrar islahat zamanı texniki səhv olaraq işlənilmədən qalan 0.21 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə verməklə adına mülkiyyət hüququna dair sənəd verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar