Məhkəmə qərarları › İş №2-1(116)-1257/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1257/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1257/2021 27.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı (üçüncü şəxslər X22, X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri A.Həmidov küçəsi 3A döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, iddiaçıların mərhum ailə üzvü X3 miras qalmış Zaqatala şəhəri A.Həmidov küçəsi 3A döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların və iş üzrə üçüncü şəxs Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tairixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakm Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X6 iddiaçılara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini iddiaçıların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə iş üzrə üçüncü şəxs Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakm Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs Sabir Mustafayev torpaq sahəsindəki payını, iş üzrə üçüncü şəxs X9 bağışlamışdır. X6 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak iş üzrə üçüncü şəxs Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Fərdi yaşayış evinin həmin hissəsi 1996-cı ildə X12 tərəfindən müvafiq icazə sənədləri olmadan inşa edilmişdir. İddiaçılar hesab edir ki, iş üzrə cavabdehin hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir. İddiaçılar bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin onların müraciəti təmin edilməmişdir. Cavabdehin 28.07.2021-cu il tarixli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan daşınmaz əmlaka dair aparılmış qeydiyyatın ərizə əsasında ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Daşınmaz əmlak üzərində mülkiyyət hüququna mülkiyyətçinin ərizəsi və ya məhkəmə qərarı əsasında xitam verilir. İş materiallarında olan cavabdehin 14.09.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı1 ərazi idarəsi tərəfindən Zaqatala şəhəri, A.Həmidov küçəsində yerləşən yaşayış evinə dair aparılmış qeydiyyatın ləğv edilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Qeyd olunan daşınmaz əmlaka dair aparılmış qeydiyyatın iddiaçının ərizəsi əsasında ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya 28.07.2021-ci il tarixli, **********94 nömrəli məktub ünvanlanmışdır. İddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0313 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış 17.04.2018-ci il tarixli, ********** nömrəli və 13.11.2019-cu il tarixli, ********** nömrəli qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş əsas olan hüquqmüəyyənedici sənədlərlə rəsmiləşdirilmişdir. Qeyd olunan qeydiyyatın aparılmasına əsas olan sənədlərin təsdiq edilmiş surətləri və digər sənədlər işin obyektiv araşdırılması üçün təqdim olunmuşdur. İddia ərizəsində qeyd olunan 0,0313 ha torpaq sahəsi 17.04.2018-ci il tarixli, ********** nömrəli və 13.11.2019-cu il tarixli, ********** nömrəli çıxarışlara əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan üçüncü şəxs X13 tərəfindən məhkəməyə ünvanlanan 01.09.2021-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçılar ilk öncə Zaqatala rayon Məhkəməsində eyni məzmunlu iddia qaldırmışlar. Həmin iş üzrə sonuncu olaraq Ali Məhkəmənin qərarı vardır. Belə ki, Azərbaycan Respublikası Ali məhkəməsinin 21.06.2021-ci il tarixli 2(102)-3730/2021 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəsində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsi rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2inz(84)-635/2012 saylı, 05 iyun 2012-ci il tarixli qərarına əsasən Zaqatala rayon AİK-nın 19.10.2005-ci il tarixli, 117 saylı qərarı ilə 0,03 hektar torpaq sahəsinin X14, X15, İddiaçı3, İddiaçı1, X17 verilməsi hissəsində, həmin qərar əsasında verilmiş JN 112 A saylı, 40201004 kodlu, 118 nömrə ilə qeydiyyata alınmış Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən X31 kitabında 20.11.2013-cü il tarixli 458 nömrə ilə uçota alman A № 470832 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Zaqatala rayon İcra qrupunun cavabdehə ünvanladığı 20.11.2013-cü il tarixli məktubun məzmunundan da məlum olur ki, X16, X4, X7 və X10 hər birinin miras əmlakda payı 1/8 hissə olmuşdur. Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən X1, X4, X7 və X10 hər birinin miras əmlakda payı 1/8 hissə olmaqla və X5 payı isə 4/8 hissə olmaqla göstərilmişdir. Sonra bu 3 şəxs öz hissələrini Sabir Mustafayevə vermişlər. 24.06.2014-cü il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan ÇİXARİŞ-da hüquq sahibləri X12 və X18r.Hər bimin payı 4/8 hissədir. 29 iyun 2011-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən keçmiş DTİ və MHQ idarələrinin arxiv fonduna əsasən ünvan 5 ünvanında yerləşən, 1967ci ildə inşa olunmuş fərdi yaşayış evi X5 adına 01 nömrəli reyestr kitabının 105-ci səhifəsində inventar uçotuna alınmışdır. AR ƏMDK yanında DƏDRX-nin 18 saylı idarəsinə verilmiş vəkil sorğusuna cavabında qeyd olunmuşdur ki, 08 yanvar 2016-cı il tarixli çıxarış texniki olaraq səhvdir.Həmin sahələr “106.25 kv.m icazəsiz artırılan sahələr” olması texniki səhvdir.Yəni reyestr xidməti həmin texniki pasportun səhv olduğunu qeyd etmişdir.Lakin həmin səhv texniki pasport ilə Şəki inzibati məhkəməsinə müraciət etmişlər.Həmin texniki pasport qüvvədə deyildir. Bundan başqa mübahisələndirilən çıxarış da artıq qüvvədə yoxdur.2016cı ildə verilmiş Seriya RX №0779992 Çıxarış da və 2016-cı il tarixli texniki pasport da ləğv edilib və qüvvədə deyildir. Hazırda qüvvədə olan çıxarışlar ikidir. ******* nömrəli 17.04.2018-ci il tarixli çıxarış və 16.04.2018-ci il tarixli Texniki Pasport. 19 oktyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən Sabir Mustafayev torpaq sahəsinin özünə aid olan 6/12 hissəsini Ceyran Mustafayevaya bağışlamışdır. Bundan sonra 13.11.2019-cu il tarixdə bu müqavilə əsasında Çıxarış verilmişdir. Üçüncü şəxs X13 yuxarıda qeyd edilənlərin məhkəmə tərəfindən işin icraatı zamanı nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Zaqatala RİH başçısının aparatının Memarlıq və tikinti şöbəsinin DƏDRX 18 saylı Zaqatala ərazi idarəsinə ünvanladığı məktubda (məktubun nömrəsi və tarixi qeyd edilməmişdir) qeyd edilir ki, X22 tərəfindən şəhərin A.Həmidov küçəsi döngə 3, 3A nömrəli ünvandan inşa edilmiş fərdi yaşayış evi və sonradan ona əlavə aparılmış artırmalar inşaat norma və qaydalarına uyğundur. ünvan 5 ünvanında X19 məxsus fərdi yaşayış evinin sənəd üzrə olan və sonradan artırılan sahələri əks etdirən eskiz-sxemin (M 1:100) təsdiq olunmuş surəti cavabdeh tərəfindən 14.09.2021-ci l tarixli etiraza qoşma olaraq məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən tərtib edilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında 0,0313 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, ümumi sahəsi 187,60 kv.m, yaşayış sahəsi 89,50 kv.m, yardımçı sahəsi 98,10 kv.m olan 4 otaqlı fərdi yaşayış evi 16.01.2015-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən 4/8 hissədə X12 və 28.04.2015-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən 4/8 hissədə X16 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 27.12.2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən 17.07.2004-cü il tarixdə ölmüş X5 vərəsəsi İddiaçı2, İddiaçı1, İddiaçı3dır və onlar miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən 16.01.2015-ci il tarixdə X8 verilmiş **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102,55 kv.m olan fərdi yaşayış evinin və 0,0313 ha torpaq sahəsinin 4/8 hissəsindən ibarətdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0,0313 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 187,60 kv.m olan fərdi yaşayış evi 28.04.2015-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən 6/12 hissədə X16, 08.01.2016-cı il tarixli ********** nömrəsinə əsasən hər birinə münasibətdə 2/12 hissədə olmaqla İddiaçı2, İddiaçı1 və İddiaçı3 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında 0,0313 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 187,60 kv.m olan fərdi yaşayış evi 08.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı2, 08.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı1, 08.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102.55 kv.m-nin 2/12 hissəsi İddiaçı3, 17.04.2018-ci il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) X16 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 29.10.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri A.Həmidov küçəsi 3A döngə 3 ünvanında yerləşən ümumi sahəsi 0,0313 ha olan torpaq sahəsindən özünə düşən 6/12 hissəni arvadı olan X6 mülkiyyətinə vermişdir. İş materiallarında olan X11 adına verilmiş, **********98-10301 reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən 0,0313 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 187,60 kv.m olan fərdi yaşayış evinə dair çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 08.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı2, 08.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102.55 kv.m-nin 2/12 hissəsi İddiaçı1, 08.01.2016-cı il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kv.m-nin 2/12 hissəsi İddiaçı3, 13.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəsinə əsasən torpaq sahəsinin 6/12 hissəsi X6, fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) X16 adına qeydə alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali məhkəməsinin 21.06.2021-ci il tarixli 2(102)-3730/2021 saylı qərarına əsasən analoji iddia üzrə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnamə iddia tqləbinin ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəsində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” ın etibarsız hesab edilməsinin rədd edilməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə qərarında göstərmişdir ki, “...tələbin birinci hissəsi ilə bağlı qeyd edir ki, işə baxan məhkəmələr həmin hissədə işə ümumi məhkəmədə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd edərkən məhkəmə aiddiyyatı qaydalarını pozmuşlar”. Odur ki, həmin hissədə qərar ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bununla da 13.11.2019-cu il tarixli qeydin əsaslılığa öz təsdiqini tapmışdır. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçların tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçılar faktiki olaraq X16 adına aparılmış 17.04.2018-ci il tarixli qeydi mübahisələndirməklə, həmin qeyd əsasında aparılmış 13.11.2019-cu il tarixli qeydiyyatın ləğvinə, dolayısı ilə daşınmaz əmlaka münasibətdə verilmiş hər iki çıxarışın ləğv edilməsinə nail olmağa çalışırlar. X19 münasibətdə aparılmış 13.11.2019-cu il tarixli qeydiyyat mübafiq olaraq bağışlama müqaviləsi ilə onun tərəfindən C.Mustafayevaya mülkiyyətində olan 6/12 hissədə torpaq sahəsinin bağışlanmasından sonra fərdi yaşayış evinin onun mülkiyyətində qalmış hissəsinə və əlavə inşa edilmiş tikiliyə dair olmuşdur. 17.04.2018-ci il tarixli qeydiyyatın aparılmasının qanuniliyini istisna edən şərtlər işin tədqiq olunan halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh mübahisəli daşınmaz əmlaka münasibətdə hüquqların qeydə alınmasını həyata keçirərkən qanunvericiliyin tələblərinə riayət etmiş, cavabdehin hərəkətlərinin qanuniliyini istisna edən şərtlər iş materialları ilə təsdiq edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar