Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1257/2025 14.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “qardaşının şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qardaşının şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə “iddiaçının qardaşı X8 xx.xx.1959-cu ildə Qəbələ rayonunun Kürd kəndində anadan olmuşdur. X1 oğlu, anası - X2r. Qardaşı şəxsiyyət vəsiqəsi əldə etmək üçün “ASAN xidmət” müraciət etmişdir, lakin doğum haqqında şəhadətnamə aldıqdan sonra şəxsiyyət vəsiqəsi ilə təmin olacağı bildirilmişdir. xx.xx.2024cü ildə Qəbələ rayon qeydiyyat şöbəsinə müraciət etsə də, o da öz nöbəsində iddiaçıya ünvanlanmış məktubda bildirmişdir ki, doğum haqqında təkrar şəhadətnamənin verilməsi ərizə verən şəxsin şəxsiyyətini təstiq edən sənəd tələb olunur. Lakin qardaşının şəsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında şəhadətnaməni, doğum haqqında şəhadətnaməsi olmadığı üçün isə şəxsiyyət vəsiqəsini əldə edə bilmir. Şəxsiyyət vəsiqəsinin olmaması iddiaçının qardaşına müxtəlif çətinliklər yaradır. Belə ki, qardaşımın vətəndaşlıq hüququ, ondan irəli gələn digər konusitutsiya hüquqları, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (konstitusiyanın 54-cü maddəsi) dövəltin idarə olunmasında iştirak etmək hüququ (konstitusiyanın 55-ci maddəsi) seçki (konstitusiyanın 56-cı maddəsi) dövlətin orqanlarına müraciət etmək hüququ (konstitusiyanın 5-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb olur.”. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirdi ki, qardaşı Rusiya vətəndaşı olub. Sonra həmin vətəndaşlıqdan çıxmışdır. 10 ildir sənəd almaq üçün çalışırıq. Bu vaxta qədər almama səbəbimiz oldur ki, şəxsiyyət vəsiqəsi ala bilməyimiz üçün doğum haqqında şəhadətnamənin surətini almalıyıq. Doğum haqqında şəhadətnamə isə itib. Məhkəmə iclasında şahid qismində çıxış edən X9 izahat verərək bildirdi ki, İsmayılov Fərhad atamdır. 1959-cü il il 2 fevral tarixində Qəbələ şəhərində anadan olmuşdur. 2003-cü ildən Azərbaycana gələndən sonra niyə şəxsiyyət vəsiqəsi almayıb bilmirəm. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 izahat verərək bildirdi ki, İsmayılov Fərhad yoldaşımdır. 1959-cü il tarixdə Qəbəl şəhərində anadan olmuşdur.Rusiyadan qayıdandan sonra şəxsiyyət vəsiqəsini ala bilməyib. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 izahat verərək bildirdi ki, İsmayılov Fərhad mənim qardaşımdır. Qəbələ şəhərində anadan olmuşdur. Rusiyada olub. Bura gələndə sənəd almayıb. Səbəbini bilmirəm. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir. • Ağdaş rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surəti. • Vİ-ЖГ 382182 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1959-cu il tarixdə Qəbələ rayon Kürd kəndində anadan olmuşdur. • Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışının surəti. • 16.03.2001-ci il tarixli 722-002 nömrəli pasportun surəti. • Ağdaş rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunun surəti. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin, iddia əsaslıdır. İş üzrə müəyyən ediliri ki, X8 xx.xx.1959-cu ildə Qəbələ rayonunun Kürd kəndində anadan olmuşdur. O Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almamışdır. Hazırda F.İsmayılov şəxsiyyət vəsiqəsini almaq üçün onun doğum haqqında şəhadətnaməsi tələb edilir, lakin onun doğum haqqında şəhadətnaməsi itdiyindən təkrar şəhadətnamənin verilməsi üçün isə şəxsiyyət vəsiqəsi tələb olunduğundan məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.4. Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir. 9.5. Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri olmadıqda, təkrar şəhadətnamə verilməsi haqqında ərizə icra olunmaq üçün Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə göndərilir. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. İddiaçının hüquqi marağı qardaşının şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ibarətdir. İddiaçının qardaşının şəxsiyyət vəsiqəsi olmadığından etibarnamə təqdim etməsi də mümkün olmamışdır. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtinasını X6 şəxsiyyət vəsiqəsinin olmaması ilə izah etmişdir. İşin hallarından göründüyü kimi müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün X6 ilk növbədə şəxsiyyət vəsiqəsi olmalıdır ki, hazırki mübahisə də məhz onun şəxsiyyət vəsiqəsinin olmaması ilə bağlı yaranmışdır. X6 şəxsiyyət vəsiqəsi olmadığından onun iddiaçıya doğum haqqında şəhadətnamə vermək imkanı da əmələ gəlmir. Qanunvericilik şəhadətnamələrin notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilməsini nəzərdə tutsa da, qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə müvafiq etibarnamənin mövcudluğu iddiaçının və qardaşı X6 hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından əhəmiyyətlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, X8 barəsində təkrar doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi birbaşa iddiaçının və qardaşının hüquqi marağına xidmət edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 məxsus sənədlər itdiyindən onun hazırkı vəziyyətdə təkrar doğum haqqında şəhadətnamə əldə etməkdən yenidən şəxsiyyət vəsiqəsi alması mümkün deyildir. Odur ki, iddiaçının müraciəti əsasında ona şəxsiyyət vəsiqəsi təqdim etmədən təkrar doğum haqqında şəhadətnamənin verilməsi məqsədə müvafiqdir. Hazırkı mübahisənin həlli zamanı yuxarıdakı hallar nəzərə alınmaqla iddia uğurlu hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddia təmin edilir. Cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinin üzərinə xx.xx.1959-cu ildə Qəbələ rayonu Kürd kəndində anadan olmuş X8 barəsində təkrar doğum haqqında şəhadətnamənin tərtib edilərək etibarnamə tələb etmədən İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2-1(116)-1257/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1257/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver