Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1260/2022 27.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə öz işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə öz işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin normadan göründüyü kimi, mübahisələndirmə haqqında iddialar üçün iddia müddətinin başlanğıcı inzibati aktın yalnız təqdim olunduğu vaxtdan deyil, həm də elan olunduğu vaxtdan hesablanır. İddiaçı məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli vəsatətdə hazırkı iddia ərizəsini poçt müəssisəsinə xx.xx.2022-ci ildə verdiyini bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi ilə bağlı xx.xx.2022-ci ildə Nazirliyə dəvət edilmiş, Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev tərəfindən iddiaçıya işdən çıxma əmri və xəbərdarlıq rəsmi elan edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış "Xəbərdarlıq" adlanan sənədin surəti də məhkəməyə təqdim edilmişdir. Həmin sənəddə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci ildən ləğv edilməsi göstərilmiş, sənəd Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova tərəfindən imzalanaraq xx.xx.2022-ci il tarixi yazılmış, bunun ardınca isə "Xəbərdarlıq müddəti əvəzinə ödənişi almağıma etiraz etmirəm" yazılaraq imzalanmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin yardım məktubuna cavab olaraq məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli ərizədə xəbərdarlığın ona xx.xx.2022ci ildə elan olunduğunu bildirmişdir. Belə olan halda, müəyyən edildi ki, cavabdehin əmrinin iddiaçıya elan olunduğu gündən (xx.xx.2022-ci il) hazırkı iddia ərizəsinin poçt müəssisəsinə verildiyi günədək (xx.xx.2022-ci il) ötən müddət 30 gündən artıq olmuş, bununla da iddia müddəti buraxılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubu ilə İddiaçı izah edilmişdir ki, iddia müddətinin buraxılması iddianın mümkün sayılmasını istisna edir, bununla yanaşı, iddia müddəti onun təqsiri olmadan buraxılmışdırsa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsində göstərilən qaydada müddətin bərpası barədə ərizə verilə bilər. İddiaçı isə məktuba cavab olaraq məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli ərizədə iddia müddətini ötürmədiyini bildirmiş və bunu belə əsaslandırmışdır ki, xx.xx.2022-ci ildə ona xəbərdarlıq elan olunan zaman onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci ildən xitam veriləcəyi ilə yanaşı, həm də həmin tarixdən X2 Şöbəsinə hüquqşünas vəzifəsinə təyin ediləcəyi bildirilmiş, lakin sonradan əmr gəlmədiyinə görə o, xx.xx.2022-ci il tarixli məktubla nazirliyə müraciət etmiş, yenə cavab almayaraq iddianı məhkəməyə vermişdir. Məhkəmə bununla razılaşmır və qeyd edir ki, nə mübahisələndirilən əmrdə, nə cavabdeh tərəfindən iddiaçıya yazılmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda, nə də həmin xəbərdarlıqda iddiaçı tərəfindən əlyazma üsulu ilə icra edilmiş yazıda iddiaçının X2 Şöbəsinə hüquqşünas vəzifəsinə təyin edilməsi göstərilməmişdir. Ona görə də iddiaçının şərh olunan dəlilini əsassızdır. Bundan başqa, iddiaçı məhkəmənin yardım məktubuna cavab olaraq məhkəməyə yazdığı xx.xx.2022-ci il tarixli ərizədə iddiasını dəyişdirdiyini bildirərək, iddia tələbini "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məsləhətçi işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" kimi ifadə etmişdir. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əmrin tarixini iddia ərizəsində xx.xx.2022-ci il kimi göstərdiyi halda, sonrakı ərizədə xx.xx.2022-ci il kimi göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, "İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında" Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********2 nömrəli əmrinin tarixi xx.xx.2022-ci ildir, xx.xx.2022-ci il tarixli əmr barədə isə işdə məlumat yoxdur. Ona görə də iddianın dəyişdirilməsinin qəbul edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı iddia müddətini buraxdığına görə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə öz işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün orta əmək haqqının verilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1260/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1260/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver