Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1262/2022 01.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “oğlu X4 aid doğum haqqında şəhadətnamənin ona məxsus şəxsiyyət vəsiqəsi və etibarnaməsi olmadan iddiaçıya təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X4 aid doğum haqqında şəhadətnamənin ona məxsus şəxsiyyət vəsiqəsi və etibarnamə olmadan iddiaçıya təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının oğlu X5 xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olub. Hazırda şəxsiyyət vəsiqəsi almaq istəyir. Bunun üçün isə doğum haqqında şəhadətnaməsi tələb olunur, lakin həmin sənəd itirilibdir. Bu məqsədlə də doğum haqqında şəhadətnaməsini almaq üçün Cavabdehnə müraciət etmişdir. Lakin oğlunun şəxsiyyət vəsiqəsi olmadığı üçün qeydiyyat şöbəsi tərəfindən onun barəsində doğum haqqında şəhadətnaməni təkrar verməkdən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququnun olması barədə izah verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/0-21/15 nömrəli imtinasında bildirmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X3 doğumu haqqında təkrar şəhadətnaməsinin istənilməsi ilə bağlı Cavabdehnə daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarının 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən bildirilmişdir ki, iddiaçı oğlunun şəxsiyyətini təsdiq edən sənədi, həmçinin notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etmədiyiniz üçün X3 doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi imkan xaricindədir. İzah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məsələyə aydınlıq gətirdikdən sonra B.İddiaçı doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi məsələsinə baxıla bilər. Cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-526/13 nömrəli məktubunda iddiaya münasibət olaraq, iddia ərizəsi ilə tanış olduqları, heç bir etirazlarının olmadığı bildirilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, təmin olunmasını xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə iclasının qərardadı ilə icraata qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.1987-ci il tarixli 861 nömrəli “Doğum haqqında akt qeydi”nə əsasən X5 xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Atası xx.xx.1963-cü il təvəllüdlü İddiaçı, anası xx.xx.1960-cı il təvəllüdlü X2. Məlumatı verən şəxs qrafasında Hüseynov qeyd edilərək imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/179 nömrəli məktubu ilə X5 və İddiaçı barədə Əhalinin Dövlət Reyestrinin X1 Sistemində mövcud olan məlumatlar məhkəməyə göndərilmişdir. Həmin məlumatlardan çıxarışda X3 cinsi kişi, doğum tarixi xx.xx.1987, doğulduğu yer Mingəçevir şəhəri, vətəndaşlığı Azərbaycan Respublikası, ünvanı ünvan 2 Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslərdə müraciət edə bilərlər. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.1987-ci il tarixli 861 nömrəli “Doğum haqqında akt qeydi”nə əsasən xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X3 atası İddiaçı oğluna şəxsiyyət vəsiqəsi və etibarnamə olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi üçün cavabdehə müraciət etmişdir ki, yuxarıda şərh olunan qaydaların tələbləri baxımından bu mümkündür. Cavabdeh iddiaçının müraciəti əsasında onun oğluna təkrar doğum haqqında şəhadətnaməni vermək vəzifəsi daşıdığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının tələblərini düzgün tətbiq etməmiş və nəticədə iddiaçının müraciətinin təmin edilməsindən qanunsuz imtina etmişdir. Bu səbəbdən iddia təmin edilməli və İddiaçı ərizəsi əsasında oğlu X4 aid doğum haqqında şəhadətnamənin təkrar iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.1987-ci il tarixdə doğulmuş oğlu X4 aid doğum haqqında şəhadətnamənin ona məxsus şəxsiyyət vəsiqəsi və etibarnaməsi olmadan İddiaçı təkrar verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1262/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1262/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver