Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1265/2020 09.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “Kolxozda işlədiyi 7 il və 1997-ci ildən bugünə 70 yaşına çatmış atasına qulluq etdiyi müddəti, həmçinin şəxsiyyət vəsiqəsində ata adının “Salik” əvəzinə “Saleh” olduğunu təsdiqləyərək hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kolxozda işlədiyi 7 il və 1997-ci ildən bugünə 70 yaşına çatmış atasına qulluq etdiyi müddəti, həmçinin şəxsiyyət vəsiqəsində ata adının “Salik” əvəzinə “Saleh” olduğunu təsdiqləyərək hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə Ağdaş rayon Aral-1 kəndində anadan olmuşdur. 1979-1994-cü illərdə “Azərbaycan” kolxozunda işləmişdir. Bundan əlavə iddiaçı 1927-ci il tarixdə anadan olmuş atası X2 və 1928-ci il tarixdə anadan olmuş anası X3 ilə bir təsərrüfatda yaşamış və 1997-ci il tarixdən bugünədək həm atasına, həm anasına (anası 2016-cı ildə vəfat etmişdir) qulluq etmişdir. İddiaçı Ağdaş rayon Dövlət Arxivindən 1979-1994-cü illərdə “Azərbaycan” kolxozundakı əmək fəaliyyətinə dair arayış alaraq cavabdeh orqana təqdim edib və yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının anasına qulluq etdiyi dövrü ona sosial sığorta stajı kimi hesablamamış və ona cəmi 7 il sığorta stajının olduğunu bildirmiş, həmin stajın da onun əmək kitabçasında qeyd olunmadığını qeyd edərək pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı ona məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsində atasının adının “Salik” olaraq qeyd olunduğu halda atasına məxsus AZE seriyalı 04198919 nömrəli şəxsiyyət vəsiqəsində “Saleh” olaraq qeyd olunduğu müəyyən edilmişdir. Bundan başqa atasına məxsus AZE seriyalı 04198919 nömrəli şəxsiyyət vəsiqəsində atasının ata adının “Hümbət” olaraq qeyd edildiyi halda İ-ЖГ seriyalı 417339 nömrəli atasına məxsus “Nikah haqqında şəhadətnamə”nin və ona məxsus AZ-İV seriyalı 453465 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətlərində atasının ata adının “Hümmət” olaraq qeyd olunduğu aşkarlanmışdır. Yardım məktubunda iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə xüsusi icraat qaydasında rayon(şəhər) məhkəmələri baxır. O, ilk növbədə bununla bağlı rayon məhkəməsinə müraciət etməlidir. İddiaçının diqqətinə çatdırılmışdır ki, qeyd olunan sənədlərin ona məxsus olması və qohumluq faktının müəyyən olunması ilə bağlı rayon məhkəməsinə müraciət etdikdən və ərizəsi təmin olunduqdan sonra pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət edə bilər. Yardım məktubuna münasibət bildirməsi üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən müəyyən edilir ki, məktub iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Lakin iddiaçı tələb olunan müddət ərzində məktuba münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Ağdaş rayon filialına qarşı “Kolxozda işlədiyi 7 il və 1997-ci ildən bugünə 70 yaşına çatmış atasına qulluq etdiyi müddəti, həmçinin şəxsiyyət vəsiqəsində ata adının “Salik” əvəzinə “Saleh” olduğunu təsdiqləyərək hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1265/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1265/2020
09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver