Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1266/2024 23.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Şambul kəndində yerləşən 1,1869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron uçot xəritələrində olan 0,9125 ha göstəricisinin dəyişdirilərək 1,1869 ha qeyd edilməklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən JN-535 KOD 40116018 olan Dövlət Aktı ilə X3, X13, X10, X6 və X2 mülkiyyətinə verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 1,1869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron uçot xəritələrində olan 0,9125 ha göstəricisinin dəyişdirilərək 1,1869 ha qeyd edilməklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1266/2024 nömrəli qərardadı ilə X4, X14 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Şəki Apellyasiya Məhkəməsinin 09 noyabr 2023-cü il tarixli 2(107)-220/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 10 noyabr 2022-ci İl tarixli 2(019)-26/2022 saylı qətnaməsi ləğv edilmiş, onun cavabdehlər X1, X10, X6 və X5 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair iddiası təmin edilmiş, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən JN-535 kod 40116018 olan Dövlət Aktı ilə X3, X13, X10, X6 və X2 mülkiyyətinə verilmiş Şambul kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı torpaq sahəsinin 535Q olan cizgilər daxilində yerləşən 1,1869 ha hissəsinin İddiaçı satılması barədə 11 mart 2005-ci il tarixdə tərtib edilmiş alqı-satqı aktı etibarlı hesab edilmişdir. Həmin qərar qanuni qüvvəsini almış və o, 1,1869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdeh orqana Balakən rayonu Şambul kəndində yerləşən 1,1869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində Hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi ilə əlaqədar ərizə ilə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ünvan 1i ünvanında yerləşən 1,1869 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir (**********). Ərizənin icrası ilə bağlı aparılmış kadastr ekspertizası zamanı məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı ünvan 1i ünvanında yerləşən 1,1869 ha torpaq sahəsi ərazi idarəsinin xidməti istifadəsində olan torpaqların elektron uçot xəritələrində 0,9125 ha qeyd olunmuşdur. Bu səbəbdən də onun ərizəsinin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-4122/2023 (**********22) nömrəli imtina məktubu göndərilmişdir. İddia ərizəsinin “...1,1869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron uçot xəritələrində olan 0,9125 ha göstəricisinin dəyişdirilərək 1,1869 ha qeyd edilməklə." hissəsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri" publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Əsasnaməsi” ilə müəyyən edilmiş idarənin vəzifə və hüquqlarına aid deyildir. Buna görə də həmin hissədə iddia ərizəsi mümkün sayılmamalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubu, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-226/2023 qətnaməsi, cavabdehin xx.xx.2024cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, JN 536 kod 40116018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı, JN 535 kod 40116018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı məsələlər tapşırılmışdır: - 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; ... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; ... Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən rayonu Şambul kəndində yerləşən, faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 1,1869 ha ölçüyə çatdırılmaqla sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Məhkəmə tərəfindən mübahisə predmeti ilə bağlı mütəxəssis rəyi əldə edilmiş, müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi JN-535 nömrəli Dövlət Aktının Q planşetində qeyd edilmiş 11869,67 kv.m torpaq sahəsi ilə eyni ərazidir. Bununla belə iddiaçının faktiki istifadəsi JN-535 nömrəli Dövlət Aktının DWJ bazasında yerləşmə vəziyyətinə, o cümlədən yeni uçot məlumatlarına (TEKUİS-ə) uyğun deyildir. Cavabdeh orqan sözügedən torpaq sahəsinin elektron bazada ölçüsünün az göstərilməsini həmin ərazidə dövlət aktında göstərilən cizgilərdəki ölçülərin vətəndaşların faktiki istifadə etdiyi torpaq sahəsinin cizgiləri ilə eynilik təşkil etməməsi ilə əsaslandırmışdır. Həmçinin cavabdeh orqan bildirir ki, iddia olunan topraq sahəsinə bitişik qonşu torpaq sahələri də, kəsr olaraq işlənilmişdir. Nəzərə alınmalıdır ki, oxşar işlər üzrə məhkəmə təcrübəsindən faktiki istifadə edilən torpaq sahələrinin sənəd üzrə torpaq sahələri ilə uyğun olmaması və bir çox hallarda faktiki torpaq sahələrinin sənəd üzrə torpaq sahələrindən az olması məlumdur. Hazırkı iş üzrə təqdim edilmiş yerquruluşu planı ilə müəyyən edilir ki, faktiki olaraq iddiaçı, JN-535 nömrəli Dövlət Aktının Q planşetində qeyd edilmiş torpaq sahəsini fərqli konfiqurasiyada istifadə edir. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin ölçüsü də, 1.18 hektardan azdır. Yəni, torpaq sahəsi eyni ərazidə yerləşsə də, faktiki istifadə vəziyyəti ilə JN-535 nömrəli Dövlət Aktının Q planşeti tamamilə üst-üstə düşmür. Həmçinin faktiki istifadə qonşu torpaq sahəsinə dair JN-536 nömrəli Dövlət Aktının TEKUİS-də yerləşmə vəziyyəti ilə qismən üst-üstə düşür. İddiaçı, sənəd üzrə torpaq sahəsinin 1.1869 ha torpaq sahəsinə çatdırılması üçün TEKUİS məlumat bazasında 536 Q cizgisində X7 və onun ailə üzvlərinin xüsusi mülkiyyətlərinə işlənilmiş kənd təsərrüfatı təyinatlı 0.31 ha torpaq sahəsinin də, öz ərazisinə qatılmasını istəyir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı, qonşu torpaq sahəsinin mülkiyyətçisinin razılığı olmadan həmin şəxsin faktiki istifadəsində olan torpaq sahəsi hesabına, o cümlədən əvvəllər faktiki istifadə etmədiyi torpaq sahəsinin hesabına kəsir torpaq sahəsinin tamamlanmasını tələb edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının mahiyyətindən görünür ki, torpaq sahəslərindən faktiki istifadə vəziyyəti ilə sənəd arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması və dürüstləşmənin təmin edilməsi sözügedən Fərmanın başlıca məqsədlərindən biridir. Həmin Fərmanın 2.3.5-ci bəndinə uyğun olaraq faktiki istifadə vəziyyəti digər şəxslərin hüquqlarını pozmadığı halda nəzərə alına bilər. İstinad olunan Fərmanın 2.3.2-ci bəndinə əsasən torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə razılıq verilməmişdir. İstinad olunan Fərmanın 2.3.5-ci bəndinin tələbləri baxımından faktiki istifadədə olan torpaq sahəsinin ölçüsünün 1.1869 ha torpaq sahəsinə çatdırılması JN-536 nömrəli Dövlət Aktında qeyd olunan torpaq sahəsinin mülkiyyətçilərinin hüquqlarının pozulmasına səbəb olacağından cavabdeh orqan haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu Şambul kəndində yerləşən 1,1869 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin elektron uçot xəritələrində olan 0,9125 ha göstəricisinin dəyişdirilərək 1,1869 ha qeyd edilməklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.