Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1268/2020 28.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı “Şəki rayonu Çələbixan bələdiyyəsi (indiki Daşüz Bələdiyyəsi) ilə onun arasında bağlanmış xx.xx.2004cü il tarixli, 05 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında istifadəsində olan 0,46 kv.m-lik torpaq sahəsi üzərində inşa etdirdiyi qeyri yaşayış sahəsinin (mağaza) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair dair işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki rayonu Çələbixan bələdiyyəsi (indiki Daşüz Bələdiyyəsi) ilə onun arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 05 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında istifadəsində olan 0,46 kv.m-lik torpaq sahəsi üzərində inşa etdirdiyi qeyri yaşayış sahəsinin (mağaza) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, ət və tərəvəz satış köşkü qoyulması üçün Şəki rayonu Çələbixan bələdiyyəsindən torpaq sahəsi ayrılması üçün müraciət etmişdir. Nəticədə müraciətinə baxılaraq xx.xx.2004-cü il tarixli “Torpaq sahəsinin icarəsi müqaviləsi” əsasında 30 il il müddətinə ona 0,46 kv.m torpaq sahəsi ayrılmışdır. Son illərə kimi ona ayrılmış həmin torpaq sahəsində köşkü var idi. Sonradan həmin köşkü götüzdürərək onun yerində yeni qeyri yaşayış sahəsi tikmişdir. Son illər həmin qeyri yaşayış sahəsində ət və tərəvəz məhsullarının satışı ilə məşğul olur. Bu günə kimi icarə haqqını ödəmişdir. Son vaxtlar istifadəsində olan qeyri yaşayış sahəsini öz adına qeydiyyata alınması üçün Şəki rayonu Daşüz Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə tərəfindən həmin sahəni onun mülkiyyətinə verilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Tikinti-Planlaşdırma Mərkəzinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 12 Saylı X3 müraciət etmişdir. Lakin Dövlət Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla tikinti mövcud olduğu üçün torpaq sahəsinin ayrılmasının məqsədə müvafiq hesab etməmişlər. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 12 X5 İdarəsi xx.xx.2020-ci il tarixli məktubla Dövlət Tikinti-Planlaşdırma Mərkəzinin rəyi olmadığı üçün qeydiyyata alınmasından imtina etmişdir. Məhz buna görədə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə etdiyi sənədlərdən göründüyü kimi, hal-hazırda istifadəsində olan qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini ona 2004-cü ildə bələdiyyə tərəfindən ayırmışlar. Həmin vaxtdan bu günə kimi həmin torpaq sahəsi üzərində qeyri yaşayış sahəsində (ilk əvvəl köşk, daha sonra tikili) sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Dövlət Tikinti-Planlaşdırma Mərkəzi ona əsassız olaraq imtina vermişdir. İmtina səbəbi kimi torpaq üzərinədə mövcud tikili olmasını göstərmişdir. Bu başa düşülən deyil. Belə ki, tikilidə ona məxsusdur. Torpaq sahəsidə ona ayrılır. Zatən həmin torpaq sahəsinin üzərində tikili olmasaydı, yenədə ona ayrılma səbəbi tikinti işləri apararaq sahibkarlıq fəaliyyəti göstərmək olacaqdır. Yəni belə çıxır ki, mövcud tikinti olmasaydı torpağın ona ayrılmasına rəy verilmiş olacaqdır. Bundan sonra o, tikinti işləri apara biləcəkdi. Deməli o, icarə müqaviləsi əsasında tikinti işləri aparmaqla zamanı qabaqlamışdır. Məhz buna görədə hesab edir ki, imtina əsassızdır. Məhkəmə iclasında iddiaçı ərizəsində qeyd olunan tələblə cavabdeh inzibati orqana müraciət etmədiyini bildirib qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının qeyd olunan tələblə müraciət etmədiyini təsdiqləyib qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia inzibati qaydada verilən iddiaların öhdəliyin icrası növünə aiddir. Həmin növ iddiaların mümkünlük şərtlərindən ən əsası iddiaçının müvafiq tələblə bağlı ilkin olaraq inzibati orqana müraciət etməsidir. Hazırki vəziyyətdə iddiaçının öz tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti barədə sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçıya izah olunur ki, o, müvafiq tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X3 ərizə ilə müraciət etməli, ərizəsi təmin olunmadığı və ya qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində cavablandırılmadığı halda məhkəmədə iddia qaldıra bilər. Odur ki, hazırki iddia ilə bağlı iddiaçının hüquq və qanuni mənafelərinin cavabdeh orqan tərəfindən pozulmasını göstərən hallar istisna olunur. Hazırki iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin : 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının diqqətinə çatdırılır ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X2rşı “Şəki rayonu Çələbixan bələdiyyəsi (indiki Daşüz Bələdiyyəsi) ilə onun arasında bağlanmış xx.xx.2004cü il tarixli, 05 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında istifadəsində olan 0,46 kv.m-lik torpaq sahəsi üzərində inşa etdirdiyi qeyri yaşayış sahəsinin (mağaza) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1268/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1268/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver