Məhkəmə qərarları › İş №2-1(116)-127/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-127/2021

19.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-127/2021 19.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı1, İddiaçının nümayəndəsi və vəkili X14, Cavabdehin nümayəndəsi Hacı-X4, Üçüncü şəxsin vəkili X3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5) “xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası X20 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********14-10301 reyestr römrəli, ünvan 1 ünvanına aid, X1 adına fərdi yaşayış evinə dair Texniki Pasportun və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 mərhum atası X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri arvadı İddiaçı2, oğlu İddiaçı1 və qızı X16 müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X6 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair iş üzrə üçüncü şəxs X1 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. İş üzrə üçüncü şəxs R.Həşimova iddiaçıların qonşusudur. İddiaçılara mərhum Ə.Həşimova məxsus olan fərdi yaşayış evinə dair koordinatların və sərhədlərin müəyyən edilməsi ilə bağlı mütəxəssis tərəfindən sözügedən fərdi yaşayış evinə baxış keçirilərkən məlum olmuşdur ki, Ruhangiz Həşimovaya verilmiş texniki pasportda qeyri-müəyyənlik mövcuddur. Belə ki, R.Həşimovaya məxsus fərdi yaşayış evinin koordinatları idarənin mühəndisi Əhməd Nəbiyev tərəfindən şişirdilərək faktiki koordinat nöqtələri artıq göstərilmiş və sənəd hazırlanarkən tərəflər arasında mübahisə yaradan 86 sm olan dar dalan qeyri-müəyyən səbəbdən 2.0 metr kimi göstərilmişdir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün İddiaçı1 cavabdeh orqana müraciət etmiş, lakin onun müraciət təmin edilməmişdir. İddiaçılar məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olan ərizədə iddia tələbində dəqiqləşdirmə aparmış və “xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********14 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Şəki şəhər ZDS-in xx xxxxxx 1970-ci il tarixli qərarı, xx xxxxxx 1974-cü il tarixli, 9432/4851 saylı torpaq qeydi, xx xxxx 1987-ci tarixli, 8465 inventar nömrəli texniki pasport, Şəki regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 3161 saylı vərəsəlik dairəsinin müəyyən olunması barədə məktubu əsasında mərhum X6 adına qeydiyyata alınaraq xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyesyrindən çıxarış verilmişdir. xx xxxx 1987-ci il tarixli, 8465 inventar nömrəli texniki pasportda X6 adına 83 sm olan hissə göstərildiyindən xx xxxxxx 2019-cu il tarixdə işlənilmiş 8465 inventar nömrəli texniki pasportda əksini tapmışdır. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınaraq X9 adına xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyesyrindən çıxarış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsəlik qəbul edildikdən sonra X1 adına xx xxxxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyesyrindən çıxarış verilmişdir. xx xxxxxx 2019-cu il tarixli, 3330 inventar texniki pasport işlənilərkən 3 saylı köməkçi otağa giriş qapısı mövcud olduğundan həyətyanı torpaq sahəsinin həmin hissəsi ümumi istifadə kimi göstərilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, **********64-10301 reyestr nömrəli Texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətindədir. İş materiallarında olan Şəki şəhər XDS İK-nın xx.xx.1970-ci il tarixli, 3 nömrəli iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 atasının adına olan evə ailəsinin çoxluğu nəzərə alınaraq bir otaq calamasına icazə verilmişdir. İş materiallarında olan 863908 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli, 3161 nömrəli məktubunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 vərəsələri arvadı İddiaçı2, oğlu İddiaçı1 və qızı X11r. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X9 mülkiyyətində olmuşdur. Onun vəfatından sonra xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ əsasında fərdi yaşayış evi X1 mülkiyyətinə verilmiş, sonuncunun adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2019-cu il tarixli, **********14-10301 reyestr nömrəli Texniki pasport tərtib edilmişdir. İş materiallarında olan mərz çəkən X12 12 saylı Ərazi İdarəsinin rəisinə ünvanladığı izahatda qeyd edilir ki, xx.xx.2019-cu il tarixində daxil olmuş ********** saylı ərizənin icrası ilə bağlı ünvan 6 ünvanında tərəfindən müayinə ölçü işləri aparılmışdır. Aparılmış müayinə ölçü işlərinin nəticəsinə və arxiv sənədlərinə istinad edərək mərhum X9 adına texniki pasport tərtib edilmişdir. 1962-ci ildə tərtib olunmuş 3230 inventar nömrəli texniki pasportda yarım zirzəminin giriş qapısı, 1-ci mərtəbəyə çıxış üçün pilləkən və pilləkən meydançası göstərilmişdir. Mübahisəyə səbəb olan ərazi 2 yaşayış evi arasındakı məsafə pilləkən və onun səkisinin düşdüyü hissə olduğundan, lakin hal-hazırda pilləkənin və onun səkisinin sökülüb götürülməsi səbəbli iki yaşayış evi arasındakı keçid hissəsi **********14- 10301 saylı texniki pasportda ümumi birgə istifadə kimi göstərmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında qeyd edilir ki, sənəd üzrə ümumi torpaq sahəsi 357 kv.m-dir. Bu sahədən 161 kv.m hissə iddiaçı X15 Şəki XDS İcraiyyə Komitəsinin qərarı ilə ayrılmışdır. 39 kv.m zəbt torpaq sahəsi var. “B” tikilisi zəbt torpaq sahəsinə düşür. İddia olunan torpaq sahəsinin girişinə qapı qoyulub və qapalı bir sahədir. Eyni zamanda həmin torpaq sahəsinə X2 məxsus evin zirzəmi hissəsində yerləşən köməkçi otağın girişi-çıxış qapısı açılır. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi plan-ölçü sənədində olan səhvin aradan qaldırılması üçün vaxt verilməsini xahiş etmiş və bununla bağlı barışıq üçün tərəflərə vaxt vermişdir. Lakin iş materiallarında olan cavabdehin İddiaçı1 ünvanladığı xx.xx.2021-ci il tarixli, **********46 nömrəli məktubdan müəyyən edilir ki, məsələ ilə əlaqədar R.Həşimova xx.xx.2021-ci il tarixdə ərazi idarəsinə dəvət edilmiş, lakin düzəliş edilməsinə etiraz etdiyi üçün dövlət reyestrində və verilmiş sənədlərdə düzəliş aparılması mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı aparılan zaman texniki səhvə yol verdiyi təsdiqini tapdığından, mübahisə predmeti olan 86 sm olan dar dalan texniki pasportda 2.0 metr qeyd olunduğundan və bununla da iddiaçıların tələbi əsaslı olduğundan iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası X20 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası X20 Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar