Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1271/2025 23.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən xx.xx.1971-ci il tarixdə tərtib edilən 12 nömrəli doğum haqqında akt qeydində iddiaçının soyadının “Əhədova“ kimi atasının atasının adının isə “Dilən” kimi yazılması və doğum haqqında şəhadətnaməmin yenidən verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən xx.xx.1971-ci il tarixdə tərtib edilən 12 nömrəli doğum haqqında akt qeydində iddiaçının soyadının “Əhədova“ kimi atasının atasının adının isə “Dilən” kimi yazılması və doğum haqqında şəhadətnaməmin yenidən verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Qəbələ rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamədə iddiaçının soyadı "Əhədova”, mörtərizə içərisində isə səhvən "Həşimova” olaraq qeyd edilmişdir. Beləliklə, doğum haqqında şəhadətnaməm arxivdə "Həşimova” kimi qalmışdır. İddiaçı 1990-cı ildə X2 ilə nikaha daxil olmuş və həyat yoldaşının soyadını qəbul etmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsində də "İddiaçı" qeyd edilmişdir. Bununla yanaşı iddiaçıya 1971-ci ildə Cavabdeh tərəfindən verilən doğum haqqında şəhadətnaməsində atasının ad, soyad, ata adı “X6” qeyd edilmişdir. İddiaçının babasının adı doğum haqqında şəhadətnamədə "Dilən” kimi yazılsa da Cavabdeh arxivində "Dilən oğlu” yox “Abdulqafar oğlu” kimi qalmışdır. Vərəsəlik işi açılan zaman doğum haqqında şəhadətnaməmdə iddiaçının soyadının və atasının atasının adının səhv yazılması izə maneə törədir. Məsələ ilə bağlı Cavabdehnə müraciət etmişdir. Cavabdeh ona ərizənin icrasından imtina edilməsi ilə bağlı məktub təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibətində iddiaçının soyadının “Əhədova“ kimi atasının atasının adının isə “Dilən” kimi yazılması və doğum haqqında şəhadətnaməmin yenidən verilməsinə etiraz etmədiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. AZ-İİ 451363 seriya nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir.
3. AЗ ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhədova Hicranə Rəsul qızı xx.xx.1971-ci il tarixdə vəfat etmişdir.
4. V-ЖГ 286400 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Əhədova Hicranə Rəsul qızı arasında xx.xx.1980-ci il tarixdə nikah bağlanmışdır.
5. X6 barəsində xx.xx.1999-cü il tarixli 01 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X3 ata adı “Dilən” kimi qeyd edilmişdir.
6. xx.xx.1971-ci il tarixli 12 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı soyadı “Həşimova”, adı “ Hicranə”, ata adı “Rəsul” kimi, atasının soyadı “Əhədov”, adı “Rəsul”, ata adı “Abdulqafar” kimi qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. İddiaçının hüquqi marağı onun barəsində cavabdeh tərəfindən xx.xx.1971-ci il tarixdə tərtib edilən 12 nömrəli doğum haqqında akt qeydində iddiaçının soyadının “Əhədova”, kimi atasının ata adının isə “Dilən” kimi yazılması və yenidən doğum haqqında şəhadətnaməmin verilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı aid digər sənədlərdə soyadı “Həşimova” deyil, “Əhədova” kimi, atasının ata adı “Abdulqafar” deyil “Əhəd” kimi qeyd edilmişdir. İddiaçı həmin soyadla nikaha daxil olmuş, şəxsiyyət vəsiqəsi verilmişdir. Belə ki, iddiaçının atası X6,anası X1r.Həşimova soyadı iddiaçının anasının qızlıq soyadı olmuşdur.İddiaçının valideynləri xx.xx.1960-cı ildə nikaha daxil olmuşdurlar.İddiaçı onların birgə nikahından sonra doğulmuşdur.Digər tərəfdən iddiaçının atası barəsində tərtib edilmiş X6 barəsində xx.xx.1999-cü il tarixli 01 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X3 ata adı “Dilən” kimi qeyd edilmişdir.Göründüyü kimi ilkin sənəddə yanlışlıq inzibati icraatın doğru aparılması ilə bağlı olmuşdur. Məhkəmə aşağıdakı qanunvericilik normalarını işin hallarına tətbi qedərək hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 191. Adını, ata adını və soyadını dəyişdirmiş şəxslərin uşaqlarının doğulması haqqında qeyddə dəyişikliklər aparılması 191.1. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 191.2. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin “qayda” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Həmin Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Cavabdeh üzərinə iddiaçı barəsində xx.xx.1971-ci il tarixində tərtib edilən 12 nömrəli doğum haqqında akt qeydində iddiaçının soyadının “Həşimova” dan “Əhədova” ya, atasının ata adının “Abdulqafar” dan “Dilən” ə düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə