Məhkəmə qərarları › İş №2-1(116)-1272/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1272/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1272/2020 27.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X4rşı “Qanuni istifadəsinə verilən Oğuz rayon Padar kəndində yerləşən 0,39 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarına əsasən iddiaçıya Oğuz rayonu Padar kəndində 0,51 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin vaxtdan bu torpaq sahəsi istifadəsində və sahibliyindədir. Ona bu torpaq sahəsinə JN-279A KOD 40506018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Ancaq həmin sənəd verilərkən torpaq sahəsinin ölçüləri 0,12 ha olaraq göstərilmişdir. O, cavabdeh DƏDRX-nin 9 saylı X6 müraciət etmişdir ki, şəhadətnamədə torpaq sahəsinin ölçüləri səhv göstərilmişdir. Ona X2 qərarı ilə verilmiş 0,51 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına çıxarış verilməlidir. Lakin həmin idarə tələbindən imtina etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən istifadəsində və sahibliyində olan qərarla ona verilən 0,51 ha torpaq sahəsinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydə alınaraq adına çıxarış verilməli idi. Cavabdehin etirazının dəlilləri: Təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinin 0.39 ha hissəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edirlər ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.6087 hektar təşkil edir. Torpaq sahəsinin 0.12 ha hissəsinə dair JN-279A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan JN-279A KOD 40506018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, X2 xx.xx.1998-ci il tarixli 61 nömrəli qərarı ilə 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan 1999-cu il tarixli Oğuz rayonu Padar kəndinə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə aid Cədvəldən görünür ki, İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********22 nömrəli etirazdan görünür ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.6087 hektar təşkil edir. Torpaq sahəsinin 0.12 ha hissəsinə dair JN-279A KOD 40506018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın 0.12 ha torpaq sahəsinə çıxarış verilməsi tələbinə dair hissəsi mübahisə olmadığı üçün mümkün sayılmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara DƏDRX-nin 9 saylı X5 xx.xx.2020ci il tarixli **********21 nömrəli imtina məktubu, JN-279A KOD 40506018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, DƏDRX-nin 9 saylı X5 xx.xx.2020-ci il tarixli **********22 nömrəli etirazı, Yerləşmə sxeminin təsdiqlənmiş surəti, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubu, 1999-cu il tarixli Oğuz rayonu Padar kəndinə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə aid Cədvəl, xx.xx.1998-ci il tarixli Çıxarışın təsdiqlənmiş surəti, 13 nömrəli Protokolun təsdiqlənmiş surəti, DƏDRX-nin 9 saylı X5 xx.xx.2020-ci il tarixli **********03 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Oğuz rayon Padar kəndində yerləşən 0,51 ha torpaq sahəsinin 0,39 ha olan hissəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Əksinə iddiaçıya islahat zamanı qanuni istifadəsində olan 0.12 ha torpaq sahəsinə şəhadətnamə verilmiş, yerdə qalan 0.39 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. Aqrar islahatı zamanı iddiaçıya həyətyanı torpaq sahəsi verilmiş və adına mülkiyyət sənədi tərtib edilmişdir. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 0,39 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı X4rşı “qanuni istifadəsinə verilən Oğuz rayon Padar kəndində yerləşən 0,39 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar