Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1272/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı “09 iyul 2021-ci il tarixdən xəstəliyinə görə 2-ci dərəcəli əlliliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “09 iyul 2021-ci il tarixdən xəstəliyinə görə 2ci dərəcəli əlliliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 20 noyabr 2014-cü ildə ümumi anesteziya altında CPB-nin tətbiqi ilə «Koronar şuntlama x 4» (yəni 4 damarda) cərahiyyə əməliyyatı keçirmişdir. 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının 09 iyul 2015-ci il tarixli rəyi ilə «Əvvəllər keçirilən miokard infarktı ÜİXpostinfarkt kondioskleroz Aorta-Koronar şutnlama əməliyyatından sonrakı vəziyyət Stenokardiyanın digər formalı gərginlik stenokarjdiyası İİİ f/sinif ürək çatışmazlığı QDÇ İİb mərhələ. Ürəyin hiperenziv xəstəliyi hipertaniya İİ mərhələ əlavə risk 3» diaqnoz qoyulmuş və 2-ci dərəcə əlillik verilmişdir. Bu müddət ərzində yenidən xəstələnmiş və paypas əməliyyatı olunmuş Stasionar müalicə almış və mütəmadi dərman müalicəsindədir. 09 iyul 2021-ci ildə əlilliyin təyin olunması müddəti bitmiş və Mingəçevir şəhər xəstəxanasına müraciət etmiş. Hazırda ona məlum olmuşdur ki, cavabdeh ona əlillik təyin etməyərək imtina vermiş və göstərmişdir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmləşdirilmiş göndəriş natamam doldurulmuş. Həkimin rəyi ExoKQ müayinəsi ağırlaşmanı təsdiq etmir, dəqiqləşdirilsin. İddiaçı miokard infarkt keçirmiş və açıq ürək əməliyyatı olunmuşdur. Gündəlik dayandırılması mümkün olmayan dərmanlar qəbul edir. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, TSEK özü iddiaçıya müayinə etməklə həmin dəqiqləşməni apara bilərdi. Göndərişin natamam doldurulması əsası ilə isə təmamilə razı deyil. Həmin məsələ onun hüquqlarının məhdudlaşdırılmasma təsir edə bilməzdi və göndərişin doldurulması onun yerinə yetirdiyi vəzifələrdən deyildir. Yuxarıda göstərilənləri-əsas tutub,məhkəmədən 09 iyul 2021-ci il tarixdən ona xəstəliyə görə 2-ci dərəcə əlilliyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 0288003AAJAM nömrəli Tibbi Sosial Ekspert Komissiyasına verilmiş göndərişdən görünür ki, Mingəçevir ŞMX PHŞ tərəfindən iddiaçı barəsində əlillik müddətinin qurtarması - yenidən baxılması məqsədilə xx.xx.2022-ci il tarixdə “125.2 Əvvəllər keçirilən miokard infarktı ÜİX.Postinfarkt.Kardioskleroz. Z95.1 Aortokoronar şuntlu transplantatın olması AKŞ əməliyyatından sonrakı vəziyyət. İ50.0 Durğunluq ürək çatmamazlığı X1 İİF.S. (NYHA)” diaqnozu (yanaşı xəstəliklər: 111. Ürəyin hipertenziv xəstəliyi Hipertaniya xəstəliyi İİ dərəcə risk İV, 120.8 Stenokardiyanın digər formaları Gərginlik Stenokardiyası İİ F S, J94.9 Dəqiqləşdirilməmiş plevra zədələnmələri Sol tərəfli plevra diafraqma bitişməsi, F48.0 Nevrasteniya Asteno-Nevrotik vəziyyət, J42. Dəqiqləşdirilməmiş xroniki bronxit XR.bronxit.) qoyularaq göndəriş tərtib edilərək cavabdeh orqana göndərilmişdir. - cavabdeh orqanın imtina cavabından görünür ki, dövlət səhiyyə müəssisəsi tərəfindən göndərilmiş göndərişin natamam doldurulması və həkimin rəyi: ExoKQ müayinəsi ağırlaşmanı təsdiq etmir əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 367/2022 ekspert rəyində qeyd olunur ki, 1976-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-5. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 JVk-li Formada) qeyd edilən “İ25.2-əvvəllər keçirilən miokard infarktı, ÜİX, postinfarkt, kardioskleroz; Ağırlaşma: Z95.1-aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət, 150.0 durğunluq, ürək çatmamazlığı, X1 İİ F.S. (NYHA); Yanaşı xəstəliklər: İİ1-ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİ dərəcə risk İV, İ20.8 stenokardiyanın digər formaları, gərginlik stenokardiyası İİ F.S; J94.9dəqiqləşdirilməmiş plevra zədələnmələri, sol tərəfli plevra-diafraqma bitişməsi; F48.0nevrasteniya, asteno-nevrotik vəziyyət; J42-dəqiqləşdirilməmiş xroniki bronxit, xr.bronxit)” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin göndərişində qeyd edilən diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarının meyarlarına aid etmək mümkün deyil. Yenidən Forma № 088 rəsmiləşdirilərək xx.xx.2022ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin təyinini dəyərləndirmək olar. Göründüyü kimi 0288003AAJAM nömrəli Tibbi Sosial Ekspert Komissiyasına verilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olmadığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı “09 iyul 2021-ci il tarixdən xəstəliyinə görə 2-ci dərəcəli əlliliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1272/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1272/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver