Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1273/2025 27.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil istirakı ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3- 21-2-17/2-18710/2024 qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək,cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3-21-2-17/2-18710/2024 qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır “"xxxx" MMC ("xxxx" MMC) ilə "xxxx" MMC arasında 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən müxtəlif vaxtlarda olmaqla ümumilkdə ƏDV-də daxil olmaqla 223 728,54 manat dəyərində mal-material alınmış və malın dəyəri köçürmə yolu ilə "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli EBDA seriyalı, 346244 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 444431 nömrəli elektron qaimələr verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-nə göndərilmiş xəbərdarlıqda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2024-cü İl tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, Sizin həmin vergi ödəyicisindən əldə eldiyiniz xx.xx.2023-cü il tarixli EBDA seriyalı 346244 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 444431 nömrəli elektron qaimə-fakturalar əmtəəsiz və riskli əməliyyatların rəsmişləşdirildiyi sənədlər hesab olunduğundan Vergi Məcəlləsinin l 75.1 1-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bundan sonra 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş 3-21-2-17/2-187/2024 nömrəli qərar əsasən kameral yoxlama nəticəsində 34 128 manat əlavə vergilər hesablanmışdır. Həmin qərarda hesablamaya əsas kimi "tərəfinizdən ƏDV bəyannaməsində (02.23) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 444431 nömrəli elektron qaimə- faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 16218 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 16218,01 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində(02.23) əvəzləşmə üçün təqdim edilmiş EBDA seriyalı 346244 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 17910,07 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV’ məbləğinin o,o manat olması nəticəsində 17910,07 manat kənarlaşma yaranmışdır." Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 1 saylı Ərazi Vergilər Baş İdarəsinin 26 sentyabr 2024-cü il tarixli. 3-21-2-17/2- 187/2024 nömrəli qərarı əsassız olmaqla, həmin qərar əsasında kameral yoxlama nəticəsində hesablanmış 34 128 manat ƏDV-də qanunsuzdur. Belə ki, iş materiallarından da göründüyü kimi tərəflər arasında münasibətlər 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmış, əvəzləşdirmə aparılmasına əsas olmuş elektron qaimə-fakturlarda həmin ayda təqdim edilmişdir."xxxx" MMC ilə əməliyyatlar aparılarkən internet vergi idarəsində həmin şirkətin riskli vergi ödəyicisi olması ilə bağlı heç bir məlumatlar əks olunmamış, həmçin gələcəkdə həmin şirkətin riskli vergi ödəyicisi hesab edilə biləcəyi ilə bağlı bizdə heç bir məlumat olmamışdır.Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilməsi, həmin şirkətdən elektron qaimə- fakturaların əldə edilməsi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsinin vergidən yayınma halı kimi (kənarlaşma) qiymətləndirilməsi olmuşdur. İddiaçı tərəfindən 2023-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Vergi orqanı həmin şirkətlə bağlı qərarı xx.xx.2024-cü il tarixdə qəbul elmiş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi iddiaçının müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X4 müvafiq məlumatlar daxil edildiyi andan görmüşdür. İşin mübahisəsiz, halı ondan ibarətdir ki, "xxxx" MMC 21 fevral 2023-cü il tarixdə Qarabağ Təminat Tikinti” MMC-dən 223 728,54 manat dəyərində mal almışdır. Həmin məbləği iddiaçı 2023-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi göstərsə də, cavabdeh 1 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" MMC-ni riskli vergi ödəyicİsi qrupuna daxil eldiyi üçün həmin məbləği xərclərdən çıxanmış və əlavə vergi hesablamışdır. İş üzrə qəbul edilmiş qərardan görünür ki, cavabdeh heç bir nəzarət tədbiri ilə aşkar elmədiyi halda, iddiaçının mal aldığı əməliyyatı əmləəsiz əməliyyat kimi qiymətləndirmişdir. Halbuki, iddiaçının mal alarkən ona mal satan şəxsin həmin mah hansı qaydada aldığına dair hər hansı bir məlumat almaq imkanına malik olmadığı nəzərə alınmalıdır. Həmçinin, belə məlumatlar satıcının kommersiya sirrini təşkil edir və yalnız könüllü şəkildə təqdim oluna bilər. Vergi orqanının əməliyyatın əmləəsiz olduğuna istinad etməsi üçün əməliyyat baş verən anda bunun əmləəsiz həyata keçirildiyini real olaraq müəyyən etməsi tələb olunur. Həmin malın yalnız satıcıda olmaması halı əməliyyatın əmtəəsİz hesab olunması üçün yetərli sayıla bilməz.”. Cavabdeh iddiaya qarşı etirazını aşağıdakı kımı əsaslandırmışdır: “aparılmış araşdırma zamanı İddiaçı MMC-nin "xxxx" MMC-dən ("xxxx" MMC-nin adı xx.xx.2023-cü il tarixdən dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır, VÖEN: **********) 117410,48 manat (malın dəyəri 99500,40 manat, ƏDV 17910,08 manat) dəyərində 44,82 ton 12-lik armatur, 44,82 ton 14-lük armatur məhsulu alınması barədə xx.xx.2023-cü il tarixli EBDA 346244 nömrəli və 106318,07 manat (malın dəyəri 90100,06 manat, ƏDV 16218,01manat) dəyərində 24 ton katenka, 54,14 ton 12-lik armatur məhsulu alınması barədə xx.xx.2023cü il tarixli EBDA 444431 nömrəli qaimələr əldə etdiyi müəyyən edilmişdir. Həmin qaimələrdə göstərilən malların mənşəyi araşdırılan zaman müəyyən edilmişdir ki, xx.xx.2023 tarixli EBDA 346244 nömrəli qaimədə göstərilən 44,82 ton 12-lik armatur, 44,82 ton 14-lük armatur məhsulunun guya elə həmin tarixdə "xxxx" MMC tərəfindən "xxxx" (VÖEN: **********) MMC-dən alınması barədə EBDA 344349 nömrəli qaimə tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli EBDA 444431 nömrəli qaimədə göstərilən 24 ton katenka 54,14 ton 12-lik armatur məhsulunun xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən alınması barədə EBDA 446747 nömrəli, 54,14 ton 12-lik armatur məhsulunun isə "xxxx" MMC-dən alınması barədə EBDA 446570 nömrəli qaimələrin tərtib olunduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən isə sözügedən malların "xxxx" MMC-dən (VÖEN: **********), sonuncu tərəfindən isə "xxxx" MMC-dən (VÖEN: **********) alınması barədə qaimələrin tərtib olunduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin alışında isə sözügedən mallar aşkar edilməmişdir.Burada məhkəmənin diqqətini cəlb etmək istədiyimiz məsələ ondan ibarətdir ki, yuxarıda göstərilən əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə eyni şəxs- X5 tərəfindən təsis edilmişdir. Yuxarıda göstərilən əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin heç birinin real alqı-satqı əməliyyatı aparmaq üçün təsərrüfat subyekti və bank hesabı mövcud olmamışdır.Sözügedən müəssisələr tərəfindən vergi öhdəlikləri üzrə heç bir ödəniş edilməmiş və vergi borcları xx.xx.2025-ci il tarixə aşağıdakı kimi olmuşdur: "xxxx" MMC - 232151,81 manat; "xxxx" MMC - 1916482,36 manat; "xxxx" MMC - 428191,97 manat. İşin yuxarıda göstərilən faktiki hallarından göründüyü kimi İddiaçı MMC-nin "xxxx" MMC-dən əldə etdiyi qaimələrlə əslində əmtəəsiz əməliyyatın aparıldığı müəyyən olunmuş və bu səbəbdən də "xxxx" MMC-nin əmtəəsiz əməliyyatlar aparması meyarı üzrə barəsində riskli vergi ödəyicisi hesab edilmələri barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 57393/2024 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə yuxarıda göstərilən alqı-satqı sxemlərinin heç birində malların daşınmasını təsdiq edən sənədlər aşkar edilməmişdir. Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinin bağlanması bu Qaydaların 2 nömrəli əlavəsindəki nümunəvi formaya uyğun olaraq üç nüsxədə tərtib edilmiş əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş yüklər daşınma üçün qəbul edilə bilməz. Əmtəə-nəqliyyat qaiməsinin düzgün tərtib olunmaması və ya itirilməsi bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərlə EBDA seriyalı 346244 nömrəli və 444431 nömrəli qaimələrlə rəsmiləşdirilmiş alqı-satqı əməliyyatlarının əmtəəsiz olduğu və bunun aşkar edilməsinin mümkün qədər çətinləşdirilməsi üçün müvafiq vergidən yayınma sxeminin qurulduğu sübuta yetirilmiş, vergi ödəyicisi bunun əksini sübut edən hər hansı dəlil təqdim etməmişdir. Göründüyü kimi yuxarıda göstərdiyimiz müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmiş müəssisələrdir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli EBDA 346244 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA 444431 nömrəli qaimələrlə əmtəəsiz əməliyyatların rəsmiləşdirildiyi öz təsdiqini tapmışdır. Analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir. Göründüyü kimi İddiaçı MMC "xxxx" MMC ilə əmtəəsiz əməliyyat rəsmiləşdirmiş və bu səbəbdən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 sentyabr 2024-cü il tarixli 3-21-2-17/2-18710/2024 nömrəli qərar Vergi Məcəlləsinin 163.1.1-ci, 163.2.2-ci və 175.11-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Ona görə də vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2024-cü ilin iyul ayının ƏDV bəyannaməsi kameral qaydada yoxlanan zaman həmin maddənin tələbləri nəzərə alınaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat rəsmiləşdirdiyi xx.xx.2023-cü il tarixli EBDA seriyalı 346244 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 444431 nömrəli elektron qaimələrə əsasən əvəzləşdirdiyi 34128,08 manat ƏDV məbləği əvəzləşmədən çıxarılaraq həmin məbləğə uyğun ƏDV-nin dəqiqləşdirilməklə hesablanması təmin edilmişdir.”. Cavabdeh inzibati orqan etiraza əlavədə qeyd etmişdir ki, “11 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaçının malların daşınması ilə əlaqədar təqdim etdiyi sənədlərə münasibətdə aşağıdakıları qeyd edir. Göründüyü kimi həmin sənədlər nəqliyyat vasitəsinin sürücü ilə birlikdə icarəyə verilməsi müqaviləsindən, malların təhvil-qəbul aktından və əmtəənəqliyyat qaiməsindən ibarətdir. İlk növbədə icarə müqaviləsinə münasibətdə bildiririk ki, müqavilənin 1-ci və 3-cü bəndələrindən göründüyü kimi avtonəqliyyat vasitəsinin icarəyə verənin özünün idarə etməsi nəzərdə tutulmuş və həm avtomobilin idarə olunması haqqının həm də avtomobilin özünün aylıq icarə haqqının cəminin 500 manat olması da reallığa uyğun qiymət deyil. Bundan başqa, müqavilədə göstərilən 45BF319 nömrəli Kamaz markalı yük maşınının sahibi icarə müqaviləsində icarəyə verən kimi göstərilən X6 deyil, X3r. Bundan başqa icarə müqaviləsində göstərilən icarə haqqı icarəyə verənin bank hesabına ödənilməmişdir. İcarəyə götürən və icarəyə verən tərəfin hər ikisinin vergi ödəyicisi olduğunu nəzərə alsaq “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.1.4. Mövcud sənədlərin faktiki olaraq icarə münasibətlərinin olmadan tərtib edilmiş sənədlər olmasını təsdiq edən növbəti fakt isə İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilmiş 2023-cü ilin l-İV rübləri üzrə ödəmə mənbəyində vergi (ÖMV) bəyannamələrində yük avtonəqliyyat vasitəsinin icarəsi üzrə icarəyə verən şəxsə ödənilən aylıq 500 manat icarə haqqından ödəmə mənbəyində verginin tutulmamasıdır. Halbuki İddiaçı MMC təqdim etdiyi ÖMV bəyannamələrində aylıq 300 manat müqabilində icarəyə götürdüyü daşınmaz əmlaka görə fiziki şəxs X2 ödənilmiş icarə haqqlarından 14% dərəcə ilə hər ay üçün 42 manat ÖMV tutulduğunu bəyan etmişdir.”. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-17/2-16916/2024 nömrəli qərar.
2. 06/23 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surəti.
3. Cavabdehin etiraz məktubları və ona əlavə edilmiş sənədlərin surəti. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 24.1.1. və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş və 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs;[9] 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Əsaslandırma hissəsi: Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İddia əriazəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İddiaçı, sözügedən qərarı xx.xx.2024-cü il tarixdə mübahisələndirmişdir. Odur ki, iddia üzrə iddia müddətini ötürülməmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı cavabdehin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3- 21-2-17/2-187/2024 qərarının ləğvinə nail olmaqdır. Məhkəmə aşağıdakılara əsasən iddianı əsaslı cavabdehin dəlillərini isə əsassız hesab edir. İş üzrə müəyyən edilir ki, İddiaçı ilə Sonradan riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə münasibətlər 21 fevral 2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmış, əvəzləşdirmə aparılmasına əsas olmuş elektron qaimə-fakturlarda həmin ayda təqdim edilmişdir. Həmin zaman "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması ilə bağlı hər hansı məlumatın mövcudluğu müəyyən edilmir. Vergi orqanı həmin şirkətlə bağlı qərarı xx.xx.2024cü il tarixdə qəbul elmiş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. "xxxx" MMC 21 fevral 2023-cü il tarixdə Qarabağ Təminat Tikinti” MMC-dən 223 728,54 manat dəyərində mal almış, həmin məbləği 2023-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi göstərsə də, cavabdeh "xxxx" MMC-ni riskli vergi ödəyicİsi qrupuna daxil eldiyi üçün həmin məbləği xərclərdən çıxanmış və əlavə vergi hesablamışdır. Halbu ki yuxarıda da qeyd olunduğu kimi həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilməsi, həmin şirkətdən elektron qaimə- fakturaların əldə edilməsi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsinin vergidən yayınma halı kimi (kənarlaşma) qiymətləndirilməsi olmuşdur. Həmçinin cavabdeh inzibati orqan etirazın əsası kimi ona istinad edir ki, İddiaçı ilə "xxxx" MMC arasında aparılmış alqı-satqı üzrə qaimələrdə göstərilən malların mənşəyi araşdırılan zaman müəyyən edilmişdir ki, əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə eyni şəxs- X5 tərəfindən təsis edilmiş, əmtəəsiz əməliyyat sxemində iştirak edən 3 müəssisə - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin heç birinin real alqı-satqı əməliyyatı aparmaq üçün təsərrüfat subyekti və bank hesabı mövcud olmamış, alqı-satqı sxemlərinin heç birində malların daşınmasını təsdiq edən sənədlər aşkar edilməmiş, qeyd olunan müəssisələr əslində yalan əqd bağlamaqla pul nağdlaşdırma və vergidən yayınma sxemlərində iştirak üçün təsis edilmişlər. İlk növbədə mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2208/2023 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edir. Həmin qərarda qeyd olunmuşdur ki, “43. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. 44. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. 45. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. 46. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. 47. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. 48. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. 49. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. 50. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. 51. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər”. Məhkəmə yuxarıda adları qeyd olanan hüquqi şəxslər arasında bağlanan əqdlərin etibarsız və ya əhəmiyyətsiz olması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edərək, qeyd edir ki, bu cür hüquqi qiymətləndirmə aparılması üçün cavabdeh tərəfindən zəruri hərəkətlər aparılmamış, yalnzı mülahizələrə əsaslanmışdır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanmışdır ki, “ .....Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.”. Qeyd olunan Qərardan belə nəticə hasil olur ki, əqdin yalan olub-olmaması məsələsi müvafiq məhkəmə araşdırılması nəticəsində təsbit edilən bir haldır və bu anlamda inzibati orqanın belə bir məhkəmə aktı mövcud olmadan əqdin hüquqi qüvvəsinin mövcud olmamasına istinad edə bilməz. İş üzrə mübahisəsiz qaydada təsdiq olunur ki, İddiaçı 2023-ci il ərzində əməliyyatlar apardığı halda "xxxx" MMC-i cavabdehin xx.xx.2024-cü il tarixli **********039900 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmamış, cavabdeh tərəfindən “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3-21-2-17/2-18710/2024 qərar buna qanunla müəyyən edilmiş zəruri şərtlər mövcud olmadan qəbul edildiyindən həmin qərar qanuni və əsaslı hesab edilə bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 sentyabr 2024-cü il tarixli, 3-21-2-17/2-187/2024 qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev