Məhkəmə qərarları › İş №2-1(116)-1274/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1274/2020

22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1274/2020 22.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialının xx.xx.2020-ci il tarixli **********9 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialının xx.xx.2020-ci il tarixli **********9 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunan iddia ərizəsində tələb belə əsaslandırılmışdır ki, iddiaçı X1 müayinə aktına əsasən xx.xx.2018-ci il tarixdən əlil hesab edilmiş və bununla bağlı iddiaçıya 3-cü qrup əlillik dərəcəsi verilmişdir. Bundan sonra cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyə görə pensiya təyin edilmişdir. Ancaq cavabdehin xx.xx.2020-ci il tarixli **********9 saylı qərarı ilə ona təyin edilmiş əlillik pensiyasının ödənişi dayandırılmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində iddiaçıya artıq ödənilən 10713.71 manat pensiya məbləği ondan geri tələb edilmişdir. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, işə baxarkən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən əlillik təyin olunması barədə qərarın ləğv edildiyi müəyyən olunmuşdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialının xx xxxx 2020-ci il tarixli **********9 nömrəli qərarından görünür ki, 4086003AAB29, X1 müayinə aktından çıxarışına əsasən xx.xx.2018-ci il tarixdən 3-cü dərəcə əlil hesab edildiyinə görə ona, şöbənin 131 nömrəli qərarına əsasən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. 4086003AAB29 əlilliyi Tibbi-Sosial Ekspertiza və X3 etibarsız hesab edilmiş və nəticədə ona xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 10713,71 manat artıq pensiya ödənilmişdir. İddiaçı 10713,71 manat məbləğində artıq pensiya tutularaq Yevlax 16 Saylı RXİ Bölmə 6.1.3, maddə 271111 hesabına köçürülməsi qərara alınmışdır. Həmçinin yardım məktubunda iddiaçının nəzərinə çatdırılmışdır ki, əlillik pensiyasının bərpa edilməsi üçün ilk öncə əlilliyinin ləğv olunması barədə qərar ləğv edilməlidir. Bununla bağlı o, əlilliyin ləğv edilməsi barədə qərarı mübahisələndirməli və qərarı qəbul etmiş inzibati orqana qarşı müvafiq tələblə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. İddiaçının xx.xx.2020-ci il tarixdə dəftərxanaya daxil olmuş ərizəsində iddiaçı iddiasının əsaslı olduğunu qeyd edərək iddia tələbinin düzgün qaldırıldığını bildirmiş və yardım məktubunda qeyd olunan çatışmazlıqların aradan qaldırılmasından imtina etmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktub və ona əlavə edilmiş sənədin surətindən müəyyən edilir ki, iddiaçının əlillik dərəcəsi Tibbi-sosial ekspert komissiyası tərəfindən 4086003AAB29 nömrəsi ilə ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu, **********9 nömrəli xx.xx.2020-ci il tarixli Qərar, Yevlax rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 94929/2020-36-3-004 nömrəli bildirişi və həmin tarixli “icraata başlamaq haqqında” Qərarı, cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisəli qərar xx.xx.2020-ci il tarixində qəbul edilmiş, iddiaçıya tələbin könüllü icrası barədə xx.xx.2020-ci il tarixli bildiriş xx.xx.2020-ci il tarixində verilmiş, iddiaçı xx.xx.2020-ci il tarixində məhkəməyə poçt vasitəsi ilə iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İddia mümkün olsa da, əsassızdır. İddiaçıya Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində X6 və Reabilitasiya Xidmətinin X1 xx.xx.2018-ci il tarixli qərarı ilə 3-cü dərəcə əlillik təyin edilmişdir. Müəyyən olunan əlillik dərəcəsinə əsasən xx.xx.2018-ci il tarixindən vətəndaşa əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra X6 və Reabilitasiya Xidmətinin qərarı ilə vətəndaşın əlillik dərəcəsi ləğv edilmişdir. Eyni zamanda iddiaçının əlillik dərəcəsi müvafiq qaydada ləğv edildiyi üçün ona təyin olunmuş əmək pensiyasının ödənilməsi də dayandırılmışdır. Bundan sonra iddiaçıya xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi ödənilmiş məbləğin qanunvericiliyə uyğun qaydada geri qaytarılmalı olduğu bildirilmiş, iddiaçı bununla razı olmadığı üçün mübahisəli qərar qəbul olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası "İcra haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: - borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; - pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; - inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. "İcra haqqında" Qanunun 6.1.8-ci maddəsinə görə isə, bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2011-ci il tarixli Qərarında deyilir ki, "İnzibati icraat haqqında” Qanunun 82.2- ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında" Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ iddiaçının özü tərəfindən həll edilməli olan məsələ olduğu üçün iddiaçı göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etmişdir ki, pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Qəbul edilmiş pul tələbinin ödənilməsi ilə bağlı həmin inzibati akt isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı “Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Yevlax rayon filialının xx.xx.2020-ci il tarixli **********9 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar