Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1274/2023 06.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 584 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən elektron kadastr baza məlumatlarında X4 adına qeyd olunmuş JN-3068 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə bağlı qeyd silinməsi və İsmayıllı şəhəri, Nəriman Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsinə mərhum əri X7 adına vahid daşınmaz əmlak kimi Çıxarış və texniki pasportun hazırlannıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 584 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi 1985-ci il tarixdə mərhum əri X11 tərəfindən tikilmişdir. Mərhum əri X9 məxsus fərdi yaşayış evinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitrktura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Texniki Pasport verilmişdir. İsmayıllı rayonunda Torpaq İslahatı aparılan zaman həmin fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmamışdır. Bununla bağlı mərhum həyat yoldaşı X11 2013-cü ildə vəfat edənədək, o vəfat etdikdən sonra isə iddiaçı ləğv edilmiş DTXK-nin İsmayıllı rayon şöbəsinə dəfələrlə müraciət etsə də, nəticəsi olmamışdır. O, cavabdeh orqana müraciət edərək İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin mərhum ərinin adına dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Mərhum əri X9 məxus evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 0,04 ha hissəsinə dair Ərazi İdarəsində mövcud elektron kadastr baza məlumatlarında başqa vətəndaş yəni: X4 adına JN-3068F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə qeyd olunub. O, yenidən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və X16 Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin elektron baza məlumatlarında texniki səhv olaraq, yalnışlıqla qeyd edilmiş həmin şəhadətnaməni baza məlumatlarından silinməsini xahiş etmişdir. Belə ki, həmin şəhadətnamə ümumiyyətlə hazırlanmamış, yalnız baza məlumatlarında qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh orqan onun müraciətini təmin etməmişdir. X5 adına İsmayıllı RAİK-nm qərarı əsasında 0.06 ha torpaq sahəsinə dair Torpaq sahəsinin Planı və Ölçüsü sənədi tərtib edilmişdir. X5 adına həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. X8 adına elektron baza məlumarlarında qeyd olunan JN-3068F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnaməyə dair qeydin silinməsinə etiraz etmədiyi və mərhum əri X9 məxus fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.06 ha torpaq sahəsinin mərhum ərinin adına rəsmiləşdirilməsinə etiraz etmədiyi barədə ərizə imzalayaraq cavabdehə təqdim etmişdir. Qeyd edilən fərdi yaşayış evi mərhum əri X11 tərəfindən 1985-ci ildə inşa edilib. Həyətyanı torpaq sahəsi 1985-ci ildən bu günədək onun qanuni və faktiki istifadəsində olduğundan, X4 adına elekrton kadastr baza məlumatlarında JN-3068 F saylı Torpağın Mülkiyyətinə Verilməsinə Dair Şəhadətnamə ilə bağlı qeydin olunmasını qanunsuz və əsassız hesab edir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı müraciəti əsasında Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunan zaman məlum olmuşdur ki, İsmayıllı şəhəri, N.Nərimanov küçəsi, ev 36 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi JN-3068 F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən başqa vətəndaşın xüsusi mülkiyyətdə olan başqa mülkiyyət ilə üst-üstə düşür. Qeyd olunan səbəblərə görə də müraciətinin icrası mümkün olmamışdır. İsmayıllı şəhəri, Nəriman ünvan 2 ünvanı Nəriman Nərimanov küçəsi, ev 10 olmuşdur. Hər iki ünvan eyni olmaqla mərhum X9 aid fərdi yaşayış evinə aiddir. X1 adına qeyd olunmuş JN-3068F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə yalnız Ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmışdır. Qeyd olunan şəhadətnamənin kağız versiyası çap olunmamış və Ərazi idarəsinin arxiv məlumatlarında mövcud deyil. Bu səbəbdən də məhkəməyə təqdim edilməsi mümkün deyil. X2 adına İsmayıllı rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 111 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsinə dair Torpaq sahəsinin Planı və ölçüsü sənədi verilmişdir. X2 adına qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilmişdir. X6 məxsus 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ünvanı İsmayıllı şəhəri, Nəriman ünvan 4inə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. - AZ-İ 606320 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. - İ-ИЕ 517501 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X11 ilə İddiaçı arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmışdır. - İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-54-1/2- 199/2023 nömrəli məktubundan görünür ki, İsmayıllı şəhəri Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi mərhum X7 adına olmuşdur. 1985-2000-ci ildə İsmayıllı şəhər İƏD üzrə nümayəndəlikdə təsərrüfatbaşına uçot kitabı olmadığından təsərrüfatın təsdiq edilmiş surəti göndərilməmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iyun 1993-cü il tarixli, 192 inventar nömrəli texniki pasporta əsasən iddaçı İddiaçı faktiki naturada istifadəsində olan torpaq sahəsi müəyyən edildi. İyun 1993-cü il tarixli, 192 inventar nömrəli texniki pasporta əsasən İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0584 hektar torpaq sahəsi İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində, təyinatı yaşayış məntəqəsinin torpaqlarına aid olmaqla uqodiyası həyətyanıdır. İyun 1993-cü il tarixli, 192 inventar nömrəli texniki pasporta əsasən İddiaçı istifadəsində olan, faktiki naturada ölçülmüş torpaq sahəsi keçmiş C.Məmmədov adına təsərrüfatda aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsində JN-3068 F nömrəsi ilə X4 adına qeyd edilmişdir. - iyun 1993-cü il tarixli 192 inventar nömrəli texniki pasportdan görünür ki, İsmayıllı şəhəri N.ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 171,5 kv.m, tikildiyi il 1985-ci il, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 578 kv.metr, fərdi yaşayış evi üzrə hüquq subyekti X11 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia qismən əsaslıdır. Təbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 584 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə münasibətində qeyd etdiyi məlumatlarla, həmçinin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, İsmayıllı şəhəri Nəriman ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi mərhum X7 istifadəsində olmuşdur. İsmayıllı şəhəri, Nəriman ünvan 7 ünvanı eyni olmaqla mərhum X9 aid fərdi yaşayış evinə aiddir. Həmin torpaq sahəsinə dair elektron baza məlumatlarında X2 adına JN- 3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeyd mövcud olsa da, faktiki olaraq X10 rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 111 saylı qərarı əsasında 0,06 ha torpaq sahəsinə dair Torpaq sahəsinin Planı və ölçüsü sənədi verilmiş, həmin sənədlər əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq çıxarış və texniki pasport verilmişdir. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ünvanı İsmayıllı şəhəri, Nəriman ünvan 8unan şəhadətnamənin kağız versiyasının çap edilmədiyini və Ərazi idarəsinin arxiv məlumatlarında mövcud olmadığını bildirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Belə olan halda JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı elektron baza məlumatlarında qeydin hansı hüquqi sənəd əsasında icra edilməsi aydın deyil. Tədqiq olunmuş sənədlərdən görünür ki, ümumiyyətlə Xeyrulla Abuşovun iddia olunan torpaq sahəsinə hər hansı aidiyyəti yoxdur. Buna görə də məhkəmə hesab edir ki, elektron bazada hər hansı hüquqi əsas olmadan sözügedən şəxslə bağlı qeydlərin icra edilməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan o, müvafiq qeydlərin silinməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. “İddia olunan fərdi yaşayış evi və onun yerləşdiyi 584 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum Saday Səmədova məxsus olması” tələbinə münasibtədə isə məhkəmə qeyd edir ki, iddiaçının tələb hüququnun əsası olaraq təqdim etdiyi, iyun 1993-cü il tarixli 192 inventar nömrəli texniki pasportda fərdi yaşayış evinin tikildiyi il 1985ci il, yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 578 kv.metr qeyd edilmişdir. Yuxarıda istinad olunan, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”-nın 1.11-ci bəndinə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqların qeydiyyatı üçün zəruri olan sənədlər qismində qeyd edildiyindən, iddiaçı məhz sözügedən texniki pasport məlumatlarına istinad etməklə sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin 578 kv.m ölçüsü hissəsində mülkiyyət hüququnun mərhum ərinə məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən ona verilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə elektron kadastr baza məlumatlarından X4 adına qeyd olunmuş JN-3068F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə bağlı qeydin silinməsi və İsmayıllı şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 574 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X9 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.