Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1275/2020 18.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı “İsmayıllı rayonu Topçu kəndində yerləşən 0.08 ha həyatyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayonu Topçu kəndində yerləşən 0.08 ha həyatyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İsmayıllı rayon X4 məsul nümayəndəsinin iştirak etdiyi komissiya tərəfindən xx xxxxxxxx 1979-cu il tarixdə tərtib edilmiş akta əsasən İsmayıllı rayonu Topçu kəndində iddiaçıya ailəsi ilə birgə 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi verilmişdir. Həyətyanı sahədə tikdiyi evə 1988-ci ildə Mənzil Kommunal Təsərrüfatının tərtib və təsdiq etdiyi 162 saylı texniki pasport verilmişdir. 1988-ci ildə onlara məxsus olan həyətyanı sahə Texniki pasporta əsasən 1468 kv.metr (0.1468 ha.) olmuşdur. 2001-2002-ci illərdə Ağsu Rayonlararası Yer X6 kəndində həyətyanı sahələrin yenidən ölçülməsi və sənədləşdirilməsi aparılarkən iddiaçının ailəsinə məxsus olan həyətyanı sahənin ölçülməsi aparılsa da, onlara Şəhadətnamə təqdim edilməmişdir. 2020ci ilin mart və iyun aylarında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı X8 həyətyanı torpaq sahəsinin və üzərində olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilməsi ilə əlaqədar ərizə ilə müraciət etməsinə baxmayaraq, onlara məxsus olan həyətyanı torpaq sahəsinin və üzərində olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. Lakin həyətyanı torpaq sahəsi iddiaçının adına verilməsinə baxmayaraq, İsmayıllı rayon Dövlət Arxivinin verdiyi xx xxxx 2020-ci il tarixli "Arxiv arayışı"-na əsasən arxiv sənədlərində həyətyanı sahə iddiaçının mərhum həyat yoldaşı X5 adına qeyd edilmişdir. Buna görə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı X8 ünvanladığı ərizəyə **********72 saylı xx xxxx 2020-ci il tarixli cavab məktubunda həyətyanı sahənin və onun üzərində tikdikləri evin iddiaçının adına sənədləşdirilməsinin mümkünsüz olduğu qeyd edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1275/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar bildirir ki, iddiaçı Cəbiyeva X2 rayonu Topçu kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi aşayış evinin adına rəsmiləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X8 müraciət etmişdir. İddiaçı Cəbiyeva X2 rayonu Topçu kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədləri tam təqdim etməmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0.1796 hektar təşkil edir. Torpaq sahəsi üzərində bir mərtəbəli, kürsülü, iki otaqlı, divarları saman kərpicdən, üst örtüyü şiferdən ibarət 1986-cı ildə inşa edilmiş fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. İddiçının və ailə üzvlərinin adına İsmayıllı rayonu Topçu kəndində, İsmayıllı rayon AİK-nın qərarı əsasında 0.20 hektar torpaq sahəsinə dair JN-156A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə hazırlanmışdır. Qeyd olunan şəhadətnamə dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbindən imtina etməməklə iddia ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı “İsmayıllı rayonu Topçu kəndində yerləşən 0.08 ha həyatyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1275/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1275/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver