Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1275/2024 15.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X4 adına, Qax rayonu Əmircan kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin toraq sahəsində yerləşən 60.50 kv.m evə-əmlaka **********14-10301 reyestrli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və uyğun texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 adına, Qax rayonu Əmircan kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin toraq sahəsində yerləşən 60.50 kv.m evə-əmlaka **********14-10301 reyestrli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və uyğun texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçının qardaşı X6 “mərhum atası X1 miras qalmış Qax rayonu, Əmircan kəndində yerləşən fərdi yaşayış evində və digər əmlakda mirasın qəbul edilməsi faktının tanınması” tələbinə dair iddiası Şəki Apeliyasiya Məhkəməsinin 2(107)-1306/2021 reyestr, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi faktı tanınmışdır. Sözügedən qətnaməyə əsasən qardaşı miras əmlakın 60,50 kvm yaşayış binasını və 0,15 ha həyətyanı torpaq sahəsini öz adına cavabdeh orqanda dövlət qeydiyyatına aldırmış və ona **********14-10301 reyestrli, ********** qeydiyyat nömrəli 2022-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, fərdi yaşayış evi və torpaq sahəsinin arxiv məlumatları yoxlanılarkən müəyyən olunmuşdur ki, Qax rayon Notariat ofisinin xüsusi notariusunun 13 sentyabr 2020-ci il tarixli 620 nömrəli məktubu, Qax RİHB-nin Əmircan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 oktyabr 2020-ci il tarixli 575 nömrəli arayışı. Qax rayon Əmircan kəndinin ərazi nümayəndəliyinin təsərrüfatbaşına kitabdan 1991-1995-ci illər üzrə arxiv çıxarışı, Qax rayon Əmircan bələdiyyəsi tərəfindən verilmiş X3 məxsus 0,15 ha həyətyanı torpaq sahəsinin sxematik planı əsasında Qax rayonu, Əmircan kəndində yerləşən ümumi sahəsi 60,5 kv.metr fərdi yaşayış evi və 0,15 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış və xx.xx.2020-ci ıl tarixli 118 inventar nömrəli texniki pasport verilmişdir. Bundan sonra X6 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası X1 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evində və digər əmlakda mirasın qəbul edilməsi faktının tanınması və həmin əmlakdan onun payının tam olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(024)-112/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)- 1306/2021-ci il tarixli qətnaməsi ilə X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qax rayon məhkəməsinin 17 mart 2021-cı il tarixli, 2(024)-112/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddiaçı X4 mərhum X1 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbul edilməsi faktının tanınması qət edilmişdir. Qax rayon məhkəməsinin 04 iyul 2022-ci il tarixli. 2(024)- 234/2022 nömrəli qətnaməsi ilə mərhum X1 miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0,15 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 60,5 kv.metr fərdi yaşayış evindən ibarət miras əmlaklar üzərində X4 payı tam olaraq müəyyən edilmiş və mülkiyyətinə verilməsi qət edilmişdir. Qax rayon məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(024)-234/2022 nömrəli qətnaməsinin icrası qaydasında Qax rayonu, Əmircan kəndində yerləşən ümumi sahəsi 60,5 kv.metr fərdi yaşayış evi və 0,15 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış və xx.xx.2022-ci il tarixli 118 inventar nömrəli texniki pasport verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, X4 mülkiyyətinə verilmiş Qax rayonunun Əmircan kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 60,5 kv.metr fərdi yaşayış evinə dair 03.10,2022-ci ıl qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********14-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. AZ-İİ 068027 reyestr nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. Qax rayon məhkəməsinin 17 mart 2021-cı il tarixli, 2(024)-112/2021 nömrəli qətnaməsi.
4. Qax rayon məhkəməsinin 04 iyul 2022-cı il tarixli, 2(024)-234/2022 nömrəli qətnaməsi.
5. Qax rayon məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(024)-160/2023 nömrəli qətnaməsi.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1306/2021-ci il tarixli qətnaməsi.
7. ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Qax rayon, Əmircan kəndində 60.5 kv.m sahədə yerləşən fərdi yaşayış evi X4 mülkiyyətindədir.
8. Qax rayon Notariat ofisinin xx.xx.2020-ci il tarixli 620 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı X2 adına qeydə alınmış çıxarışın və uyğun texniki pasportun ləğv edilməsindən ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırkı iddia tələbinə əsasən ləğvi tələb olunan X4 adına verilmiş **********14-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu Qax rayon məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsi əsasında verilmişdir.Göründüyü kimi mübahisələndirilən çıxarış mülki mühakimə icraatı qaydasında baxılan mübahisənin hüquqi nəticəsinə əsasən tərtib edilmişdir.Nəticə etibarilə cavabdehin faktiki xarakterli hərəkəti deyil,çıxarışın aparılmasına əsas olan qeydiyyat mübahisələndirilməli olduğundan və həmin qeydiyyatın əsası mülki əqd olduğundan hazırkı iddia tələbi mümkünlük şərtinə cavab vermir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X4 adına, Qax rayonu Əmircan kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin toraq sahəsində yerləşən 60.50 kv.m evə-əmlaka **********14-10301 reyestrli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və uyğun texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə