Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1279/2023 27.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndələri X2 və X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi” tələblərinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ictimai iaşə xidməti ilə məşğul olmuş və xx.xx.2004-cü il tarixində Qəbələdə 10 saylı Ərazi Vergilər İdarəsində rəsmi qeydiyyatdan keçməklə ********** saylı VÖEN almışdır. İddiaçı fəaliyyəti dövründə hər-hansı qanun pozuntuları törətməmiş, vergi və dövlət sosial sığorta borclarını vaxtı-vaxtında ödəmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsinə telefon əlaqəsi ilə dəvət olunmuşdur. Qəbələ rayon İcra və probasiya şöbəsində icra məmurunun qəbulunda olarkən iddiaçıya 10 saylı Vergilər İdarəsinin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarına əsasən 763 manat 76 qəpik əsas, 148 manat 19 qəpik faiz, 30.800 manat 68 qəpik maliyyə sanksiyası olmaqla ümimilikdə 31,712 manat 63 qəpik borcunun olduğu bildirilmişdir. İddiaçı isə həmin borcdan və hansı əsasla yaranmasından məlumatsız olmuşdur. Həmçinin, 10 ildən artıq müddətdir ki, Qəbələ rayonunda yaşamadığından və fəaliyyəti Bakı şəhərində olduğundan Qəbələ rayonundakı rəsmi ünvanına daxil olan məktublardan xəbərsiz olmuşdur. Digər tərəfdən xx.xx.2022-ci il tarixli Qərarda qeyd olunmuşdur ki, qərardan bu qərarın alındığı vaxtdan 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətində məhkəməyə şikayət veriiə bilər. Lakin iddiaçı 10 saylı Vergilər İdarəsinin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarını rəsmən almadığından yuxarı vergi orqanı və məhkəməyə qanunvericilikdə müəyyən olunmuş müddətdə şikayət edə bilməmişdir. İddiaçı qərarı xx.xx.2023-cü il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsindən götürdüyündən yuxarı vergi orqanına xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə məktub vasitəsilə göndərmişdir. Həmçinin, hüququndan istifadə edərək məhkəməyə də müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixli **********265800 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, iddiaçının şikayətindəki tələbin icraya yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli **********274400 nömrəli Qərarda göstərilən ümumilikdə 31712,63 manat vergi borcu xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7605 nömrəli Qərarla hesablanan 30000 manat maliyyə sanksiyasından və xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********1155 nömrəli Qərara əsasən hesablanan 1000 manat maliyyə sanksiyasından ibarətdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9889 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkarlandığından 15 nəfərə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər birinə 2000 manat olmaqla ümumilikdə 30000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətlərindən də aydın görünür ki, fərdi sahibkar İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a (xx.xx.2021-ci il tarixli KY211578484 nömrəli) “tanış oldum” deyə şəxsən imza etmiş və yoxlamanın keçirilməsinə razılıq vermişdir. İddiaçı həmçinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********99891 nömrəli Qərarla tanış olmasına, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********9890 nömrəli Tələbnamə ilə tanış olmasına, “Operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli (Seriya DVX № 000736) Aktla tanış olmasına şəxsən özü iştirak etməklə imza etmişdir. Bununla belə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9889 nömrəli Qərarı ilə tanış olmasına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”la (xx.xx.2021-ci il tarixli KY2********) tanış olmaqla şəxsən imza etməsi, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9891 nömrəli Qərarda tanış olmasına, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********9890 nömrəli Tələbnamə ilə tanış olmasına, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli (Seriya DVX № 005237) Aktla Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 1000 manat maliyyə sanksiyasının tətbiq edilməsinə və aktın bir nüsxəsini almasına şəxsən imza etmişdir. İddiaçı ərizəsində Qərar üzrə olan 31712,63 manat borcdan və borcun hansı əsaslarla yaranmasından məlumatsız olduğunu bildirmişdir. Bildiririk ki, vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********134700 nömrəli bildiriş göndərilməklə onun və ya səlahiyyətli nümayəndəsinin Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə baxılması üçün zəruri hesab edilən sənədlərin və şəxsiyyəti təsdiq edən sənədlə xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə dəvət olunmuşdur (saat 11:00, otaq № 101). Qeyd olunan tarixdə vergi orqanına gəlinmədiyi halda işə iştirakı olmadan baxılması bildirişdə göstərilmişdir. Bildiriş xx.xx.2021-ci il tarixdə ödəyicinin elektron poçt qutusuna göndərilmişdir. Məlumat üçün bildirilir ki, VM-nin 70.2-1.3 elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsində isə göstərilmişdir ki, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçının imzası ilə şəxsən tanış olub imzaladığı məsuliyyətə cəlb edilmə haqqında xx.xx.2021-ci il tarixli **********7605 nömrəli və xx.xx.2021-ci il tarixli **********1155 nömrəli Qərarların qeyd hissəsində isə açıq-aydın göstərilmişdir ki, Qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı qəbul etmiş vergi orqanı vasitəsi ilə yuxarı vergi orqanına şikayət verilə bilər. Əlavə olaraq bildirilir ki, ödəyiciyə Vergi borcunun ödənilməsinə dair müxtəlif tarixlərdə 10 sayda bildirişlər onun elektron poçt qutusuna göndərilməklə vergi borcunun alınması məqsədilə borc ödənilmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət ediləcəyi bildirilmişdir. Ödəyici yuxarıda göstərilənlərə məhəl qoymamaqla bildirişdə göstərilən borcu büdcəyə ödəməmişdir. Bundan sonra ödəyiciyə xx.xx.2022-ci il tarixdə elektron qaydada “Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” Xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıqda onun nəzərinə çatdırılmışdır ki, dövlət büdcəsinə olan vergi borcu ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati icraat haqqında” lanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanı borcu tələbinin icraya yönəldilməsi haqqında inzibati qərar qəbul etmək hüququna malikdir. İddiaçıya göndərilən xəbərdarlıq üzrə olan borc məbləği büdcəyə ödənilmədiyi üçün inzibati iş üzrə toplanmış materialların Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-cı, 23.1.16-cı, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci, 2.0.2-ci, 82-ci, “İcra haqqında” Qanunun 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilməsi üçün 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********274400 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar çıxarılmışdır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın mümkün sayılmaması və ya rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2023-cü il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsindən aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2023-cü il tarixdə poçta təqdim etməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Həmçinin iddia ərizəsində iddiaçının istinad etdiyi işin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı borcun silinməsindən deyil, həmin borcun icraya yönəldilməsi barədə qərarın icrasının qarşısının alınmasından ibarətdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Cavabdehin etirazına əlavə olunmuş: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1155 nömrəli qərardan görünür ki, həmin qərarla iddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********148800 nömrəli məktubu ilə qərar və tələbnamə iddiaçıya ünvanlanmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7605 nömrəli qərardan görünür ki, həmin qərarla iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən AR Əmək Məcəlləsində nəərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 15 nəfər fiziki şəxsli işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 30000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********819300 nömrəli məktubu ilə qərar və tələbnamə iddiaçıya ünvanlanmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli **********560600 nömrəli məktubla “Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” xəbərdarlıq ünvanlanmış, xx.xx.2022-ci il tarixinə 31,897.28 manat dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olduğu bildirilmiş və borcun məcburi qaydada alınması məqsədilə qanuncericiliklə müəyyən edilmiş qaydada icra orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********274400 nömrəli məktubundan görünür ki, Qəbələ rayon İcra və probasiya şöbəsinə “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar göndərilərək, iddiaçı tərəfindən 763,76 manat əsas, 148,19 manat faiz, 30.800,68 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 31.712,63 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 10 saylı Ərazi Vergilər İdarəsinin qərarları xx.xx.2022-ci il tarixdən icraya yönəldilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9889 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkarlandığından 15 nəfərə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər birinə 2000 manat olmaqla ümumilikdə 30000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin şəxslərin siyahısı adları, şəxsiyyətlərini təsdiq edən sənədlərin seriya və nömrəsi, qeydiyyat ünvanı göstərilməklə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000736 nömrəli akta əlavə edilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a (xx.xx.2021-ci il tarixli KY211578484 nömrəli) “tanış oldum” qeydi aparmaqla imza etmişdir. “Operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli (Seriya DVX № 000736) Aktıın sonunda aparılmış qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı aktla tanış olmaqdan və imzalamaqla bir nüsxəsini almaqdan imtina etmişdir. Bununla belə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********9889 nömrəli Qərarı ilə, həmçinin DVX seriyalı 005237 nömrəli xx.xx.2021-ci il tarixli aktla tanış olmuşdur. Göründüyü kimi, faktiki olaraq məlumatlı olmasına baxmayaraq iddiaçı borcun hesablanması barədə qərarı mübahisələndirməmişdir. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin)və vergitutma obyektlərinin uçotunu aparmaq, 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; ... 23.1.6-cı maddəsinə görə müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vəzifəsi daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə əsasən: 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 6.1. Aşağıdakılar icra sənədləri sayılır: ... 6.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; 6.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; ... 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələndirilən qərarı əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə Tələbin icraya yönəldilməsi ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin **********274400 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1279/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1279/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver