Məhkəmə qərarları › İş №2-1(116)-128/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-128/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-128/2020 24.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda işlədiyi 30 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1962-xx.xx.1966-cı illərdə hərbidə qulluq etdiyi illərin, xx.xx.1968xx.xx.1971-ci illərdə X5 Texnikumunda əyani təhsil aldığı illərin və 1973-cü ildən 1985-ci ilədək Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda baytar işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1942-ci il tarixdə Qax rayon İlisu kəndində anadan olmuşdur. İddiaçı hal-hazırda cavabdeh orqandan pensiya alır. İddiaçıya pensiya təyin edilərkən onun 1959-1997-ci illərdə İlisu kənd kolxozundakı əmək stajı, 1962-1966-cı illərdəki həqiqi hərbi xidmətdə olduğu müddət və 1968-1971-ci illərdə Zaqatala rayonunda kənd təsərrüfatı texnikumunda əyani təhsil aldığı müddət nəzərə alınmamışdır. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətdən imtina etmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda işlədiyi 30 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, vətəndaşın müraciətinə şöbənin pensiya sektorunda baxılmış, sosial sığorta stajı 02 il ay 26 gün əyani təhsil aldığı dövr, 03 il 01 ay 26 gün hərbi xidmətdə olduğu müddət və Qax rayon Dövlət Arxivindən verilmiş xx.xx.2018-ci il tarixli 71 nömrəli arayış üzrə hesablanan 24 il 11 ay kolxozdakı fəaliyyəti nəzərə alınmaqla ümumilikdə 30 il 06 ay 22 gün müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3-1. maddəsinə əsasən əmək pensiyalarının xx xxxx 2011-ci il tarixdən yenidən hesablanması zamanı vətəndaşın pensiya işindəki staj məlumatları əsasında pensiyası 32 il sosial sığorta stajı nəzərə alınmaqla hesablandığından, şöbənin əmək pensiyası təyin edən komissiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə mövcud pensiya məbləği yenidən hesablanma nəticəsində müəyyən olunan pensiya məbləğindən yuxarı olduğuna görə əvvəlki pensiya məbləği saxlanılmış və bu barədə vətəndaşa ətraflı məlumat verilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə yenidən Nazirlik yanında Dövlət X9 Qax rayon şöbəsinə Qax rayon Dövlət Arxivinin xx xxxxx 2019-cu il tarixli 86/1 nömrəli arayışını təqdim edərək 1959-cu il tarixdən 1961-ci il tarixə, 1962-ci il tarixdən 1966-cı il tarixə və 1966-cı il tarixdən 1997-ci il tarixədək Qax rayonunun S.M.Kirov adına kolxozunda işlədiyi illərin sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınaraq pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Müraciətinə baxılıqdan sonra vətəndaşa, mövcud qanunvericiliyin tələblərinə görə əmək stajının şəxsin əmək kitabçası əsasında müəyyən olunduğu, pensiyanın yenidən hesablanması üçün Nazirlik yanında Dövlət X9 Qax rayon şöbəsinə etdiyi əvvəlki müraciətində də əmək fəaliyyəti haqqında sənədin əmək kitabçası hesab edildiyi, Qax rayon Dövlət Arxivinin xx xxxxx 2019-cu il tarixli 86/1 nömrəli arayışında Qax rayon Dövlət Arxivində saxlanılan İlisu kəndinin S.M.Kirov adına kolxozun staj kitablarında soyadının ilyasov, Yusifov, adının isə Vəlyəddin qeyd edildiyi üçün həmin illər üzrə sosial sığorta stajının məhkəmənin qərarından sonra nəzərə alınmasının mümkünlüyü barədə şöbənin xx xxxxxx 2019-cu il tarixli **********3 nömrəli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Bildirilir ki, Nazirlik yanında Dövlət X9 Qax rayon şöbəsində Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (PAS) İddiaçı hesablanan 209,24 manat məbləğində əmək pensiyası vətəndaşın qəbul edilən 32 il sosial sığorta stajı nəzərə alınmaqla müəyyən olunmuşdur. Cavabdeh orqan həmçinin bildirir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının hesablanması zamanı vətəndaşın sosial sığorta stajı 1959-cu ildən 1962-ci ilə və 1966-cı ildən 1997-ci ilə kimi Qax rayonunun İlisu kəndi S.M. Kirov adına kolxozdakı fəaliyyətinə dair “İlisu” İstehsal Kooperativinin arayışı əsasında hesablanan 28 il 11 ay və 03 il 01 ay xx.xx.1962-ci ildən xx.xx.1965-ci ilədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə 32 il hesablanmışdır. Məhkəmə tərəfindən təqdim edilmiş İddiaçı pensiya işindən götürülmüş Qax rayonunun İlisu kəndi S.M Kirov adına kolxozundakı fəaliyyətinə dair “İlisu” İstehsal Kooperativinin arayışındakı məlumatlarla Qax rayon Dövlət Arxivindən verilmiş arayışda qeyd edilən məlumatlar arasındakı uyğunsuzluqlarla bağlı bildirilir ki, iddiaçının 1960-cı ildə kolxozdakı fəaliyyəti barədə məlumatlar kolxozun tələbələr üçün tərtib edilmiş hesablaşma kitabında qeyd edildiyindən Qax rayon Dövlət Arxivinin verdiyi xx xxxxxxx 2018-ci il tarixli 270 nömrəli arayışında həmin il üçün məlumat qeyd edilməmişdir. Bundan başqa “İlisu” İstehsal Kooperativinin arayışında həmin ictimai təsərrüfatda 1966,1967,1968 və 1969-cu illərdə minimum əmək iştirakı normasının 300 gün, 1970,1971,1972,1973 və 1974-cü illərdə 270 gün olduğu qeyd edilmişdir. Qax rayon Dövlət Arxivində saxlanılan Qax rayonunun İlisu kəndi S.M.Kirov adına kolxozun kolxozçuların əmək stajı və qazancının uçot kitabında (Fond №38, siyahı №2, saxlanma vahidi №398) 1973-cü və 1974-cü illər üçün il ərzində müəyyən edilmiş minimum adam günü norması 250 gün qeyd edildiyindən Qax rayon Dövlət Arxivi həmin illərdə müəyyən edilmiş minimum adam günü normasını həmin kitabdakı məlumatlara uyğun olaraq qeyd etmişdir. Bildirilir ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların kolxozdakı əmək fəaliyyəti 1965-ci ilə qədər olan müddət üçün həmin ictimai təsərrüfatda müəyyən edilmiş minimum əmək iştirakı normasından asılı olmayaraq tam həcmdə nəzərə alınır. xx xxxxxx 1966-cı ildən sonra isə il ərzində tələb olunan əmək iştirakı norması yerinə yetirilmədikdə işlənilən müddətə uyğun olaraq hesablanır. Tələb olunan minimum əmək iştirakı norması müxtəlif olduqda isə hər il üzrə faktik əmək stajı ayrı-ayrılıqda hesablanıb sonra toplanmaqla müəyyən edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəbdən yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçı 03 il 01 ay 26 gün, xx.xx.1962-ci il tarixdən xx.xx.1965-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, 02 il 05 ay 26 gün, xx.xx.1968-ci il tarixdən xx.xx.1971-ci il tarixədək X5 Texnikumunda əyani təhsil aldığı və mübahisələndirilən 30 il 02 ay, 1959- 1962 və 1966-1997-ci illərdə Qax rayonunun S.M. Kirov adına kolxozunda işlədiyi dövrlər məhkəmənin qərarına əsasən vətəndaşın sosial sığorta stajına daxil edildiyi halda sosial sığorta stajı ümumilikdə 35 il 09 ay 22 gün müəyyən edilə bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 71 nömrəli Arxiv arayışından müəyyən edilir ki, İlyasov, Yusifov, İmamsəddin 1969-1997-ci illərdə Qax rayon ilisu kənd “Kirov” adına kolxozda işləmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 89 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il tarixdən xx.xx.1965-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 270 nömrəli və xx.xx.2019-cu il tarixli 86/1 nömrəli arxiv arayışlarından müəyyən edilir ki, İlyasov, Yusifov, Vəliyəddın İmamsəddin 1959,1961,1962, 1966-1997-ci illərdə Qax rayon ilisu kənd “Kirov” adına kolxozda işləmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)- 231/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, iddiaçı arxiv arayışlarında ad və soyadının fərqli qeyd edildiyi üçün məhkəmədən İddiaçı ilə X1 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-231/2019 nömrəli Qətnaməsi ilə ərizə təmin edilmiş və İddiaçı ilə X1 eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdən xx.xx.1965-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1968-ci il tarixdən xx.xx.1971-ci il tarixədək X5 Texnikumunda əyani təhsil aldığı və 1959-cu il tarixdən 1961-ci il tarixə, 1962-ci il tarixdən 1966-cı il tarixə və 1967-ci il tarixdən 1997-ci il tarixədək Qax rayonunun S.M. Kirov adına kolxozunda işlədiyi dövrlər məhkəmənin qərarına əsasən vətəndaşın sosial sığorta stajına daxil edildiyi halda sosial sığorta stajı 35 il 22 gün hesablanmaqla həmin staj göstəricisinə görə qanunvericiliyə əsasən yenidən hesablanan pensiyanın məbləği 217,81 manat məbləğində müəyyən oluna bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Akt”lardan müəyyən edilir ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanılmış və İddiaçı Qax rayon İlisu kənd “Kirov” kolxozunda 1959-1962 və 1966-1997-ci illərdə işləməsi faktı təsdiq edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019cu il tarixli **********3 nömrəli imtina məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 89 nömrəli arayışı, Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 71 nömrəli, xx.xx.2018-ci il tarixli 270 nömrəli və xx.xx.2019-cu il tarixli 86/1 nömrəli arxiv arayışları, cavabdehin xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubu, Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)- 231/2019 nömrəli Qətnaməsi, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X9 xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının pensiya işinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli “Akt”lar aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Belə ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasının onun hərbi xidmət, əyani təhsil və kolxozdakı iş illərinin sosial sığorta stajına daxil edilərək yenidən hesablanması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələbində qeyd etdiyi kolxozda iş illərinin onun əmək kitabçasında qeyd edilmədiyini, arxiv arayışlarında isə soyadı və adının fərqli qeyd olunduğunu, xx.xx.2018-ci il tarixli **********6 nömrəli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsi ilə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığını əsas gətirərək pensiyanın yenidən hesablanmasından imtina etmiş və beləliklə də, tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubdan müəyyən edilir ki, cavabdeh orqan iddiaçının 1959- 1962 və 1966-1997-ci illərdə kolxozda işlədiyi 30 il 2 ay dövrü mübahisələndirir ki, bu hal da iş materiallarında olan arxiv arayışlarına əsasən öz təsdiqini tapmışdır. Qeyd olunan dövr iddiaçının sosial sığorta stajına əlavə edildiyi təqdirdə onun cəmi sığorta stajı 35 il 9 ay 22 gün təşkil edəcəkdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaqda məqsədi onun əmək pensiyasının məbləğinin yenidən hesablanaraq artırılmasından ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X7” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda işlədiyi 30 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda işlədiyi 30 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar