Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-128/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının JN-389A, KOD 40806018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının JN-389A, KOD 40806018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması, JN-253, KOD 40808048 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarış (torpaq sahəsinin planı və ölçüsü) verilməsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının JN-389A, KOD 40806018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-128/2022 nömrəli qərardadı ilə Göyçay rayonu Qarabaqqal bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli 42 saylı qərarı ilə 0.61 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN- 389A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Daha sonra iddiaçı, ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğundan, sözügedən şəhadətnamə ilə ona verilmiş torpaq sahəsində ƏƏSMN tərəfindən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı müvafiq torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin təqdim etdiyi şəhadətnamə ilə onun xüsusi mülkiyyətinə verilməsi və üzərində inşa edilmiş fərdi yaşayış evi ilə bağlı zəruri sənədləşmə işlərinin aparılması ilə əsaslandırmışdır Cavabdeh orqan, iddia tələbinə etirazında qeyd etmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş, elektron baza məlumatlarında JN-389A saylı Şəhadətnamə ilə bağlı elektron məlumatlar aşkar edilməmişdir. Elektron kadastr məlumat bazasında **********67 reyestr nömrəsilə qeydiyyata alınmış, başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə mövcuddur. Odur ki, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh orqan, iddia tələbində göstərilən torpaq sahəsinin elektron kadastr məlumat bazasında **********67 reyestr nömrəsilə qeydiyyata alınmış, başqa mülkiyyətçiyə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsini qeyd etdiyindən, Məhkəmə tərəfindən həmin mülkiyyətçi ilə bağlı məlumatlar cavabdeh orqandan tələb edilmiş, cavabdeh orqan bildirmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.07 ha torpaq sahəsi xx.xx.2013-cü ildə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1074/2021 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra cavabdehin təqdim mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, İddiaçı məxsus JN-389 saylı Şəhadətnamədə qeyd olunan 0.61 ha torpaq sahəsinin mülkiyyətçisi bələdiyyə, faktiki istifadəçisi İddiaçı, faktiki sahəsi 0,61 ha-dır. Həmçinin, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında üçüncü şəxs X5 izahat verərək göstərmişdir ki, iddia olunan torpaq sahəsi ilə onun torpaq sahəsi arasında ən azı 80 m məsafə var və həmin torpaq sahələrinin üst-üstə düşməsi mümkün deyil. Beləliklə, iddia olunan torpaq sahəsi ilə X4 məxsus 0.07 ha torpaq sahəsinin üstüstə düşməsi müəyyən edilmədiyindən, məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə sonuncunun hüquq və maraqlarına toxunmur, həmçinin mübahisə edilən hüquq münasibətində Zakir Qasımovun iştirakının xarakteri, məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul edilməsini şərtləndirmir. Odur ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-128/2022 nömrəli qərardadı ilə X2 adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş, Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli 42 saylı iclas protokolundan çıxarışdan və vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, Nizami adına sovxoz YAİK-nın xx.xx.1998-ci il tarixli 15 saylı protokolu, həmin təsərrüfatda kompleks yerquruluşu işlərinin aparılmasına dair tərtib olunmuş layihə təsdiq edilmiş, İddiaçı xəritədə nömrəsi – 389, ailənin tərkibi 1 nəfər qeyd edilmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş, ”Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin qeydiyyatı kitabının 389 nömrə ilə aparılmış qeydiyyata dair səhifənin surətindən görünür ki, 389 sıra nömrəsinin qarşısında İddiaçı adı, ümumi sahə 0.61, şəhadətnamənin nömrəsi JN-389 qeyd edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, İddiaçı məxsus JN-389 saylı Şəhadətnamədə qeyd olunan 0.61 ha torpaq sahəsinin elektron baza məlumatlarında təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanı, mülkiyyətçisi bələdiyyə, faktiki istifadəçisi İddiaçı, faktiki sahəsi 0,61 ha-dır. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - DSMF PHŞ-nin 13 saylı regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçıya ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil kimi 259.78 manat pensiya, ikinci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil kimi 350 manat Prezident təqaüdü ödənilir. - Göyçay RİHB-nın Qarabaqqal kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 434 nömrəli arayışından görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, 0.61 ha həyətyanı torpaq sahəsində 2019-cu ildə inşa olunmuş 1 mərtəbəli, 2 otaqdan ibarət, ümumi 86.4 kv.m, yaşayış 32.0 kv.m köməkçi 54.4 kv.m sahədən ibarət yaşayış evi ƏƏDMN tərəfindən inşa olunmuşdur. Hal hazırda ikinci qrup Qarabağ müharibəsi əlili İddiaçı həmin evdə yaşayır. - JN-389A, kod 40806018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1998-ci il tarixli 42 saylı qərarı ilə iddiaçıya həyətyanı məqsədilə 0.61 ha torpaq sahəsi ayrılmışdır. - Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, iddiaçıya məxsus mövcud fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, müvafiq layihə rayonun baş memarı ilə razılaşdırılmışdır. - Göyçay rayon İH-nin xx.xx.2022-ci il tarixli 189 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı, Göyçay RİHB-nın xx.xx.2005-ci il tarixli 38 №-li sərəncamına əsasən müharibə əlili kimi mənzil növbəsinə dayanmışdır. Azərbaycan Respublikası ƏƏSMN tərəfindən M.Məmmədova 2019-cu ildə rayonun Qarabaqqal kəndində 1 mərtəbəli, iki otaqlı fərdi ev inşa olunmuşdur. İnşa olunmuş fərdi yaşayış evinin memarlıq layihəsi tərtib və təsdiq edilmişdir. - Göyçay RİHB-nın xx.xx.2005-ci il tarixli 38 №-li sərəncamından görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ikinci dərəcəli Qarabağ müharibəsi əlili olması nəzərə alınaraq, Mənzil Məcəlləsinin 33-cü və 38-ci maddələrinə əsasən birinci növbədə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların növbəsinə götürülmüşdür. - Azərbaycan Respublikası ƏƏSMN-nin xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə növbəli şəkildə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. 56-cı maddəyə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 59-cu maddəyə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf - dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 146.2-ci maddəyə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara həmin Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.4-cü maddəyə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 08 aprel 2022-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2021-ci ii 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1 -ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “X3” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir. Müraciətinizlə əlaqədar bildiririk ki, respublikanın müxtəlif regionlarında, o cümlədən Göyçay rayonunda imtiyazlı kateqoriyadan olan vətəndaş İddiaçı üçün fərdi yaşayış evinin tikintisi işlərinin aparılması məqsədilə qanunvericilik çərçivəsində Nazirlik ilə podratçı təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05 noyabr 2018-ci il tarixli BM-01 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin icrası çərçivəsində podratçı təşkilat tərəfindən sözügedən fərdi yaşayış evinin tikintisi üzrə işlərə dair “Yerinə yetirilmiş işlərin qəbulu aktları tərtib edilmiş və “Sifarişçi”yə təqdim olunmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdeh orqanın iddiaya qarşı dəlilləri JN-389A nömrəli şəhadətnamənin elektron baza məlumatlarının olmaması və sözgedən torpaq sahəsinin digər mülkiyyətçiyə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi olmuşdur. Məhkəmə cavabdeh orqanın hər iki dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh orqanın özünün təqdim etdiyi rəydən və yerquruluşu planından görünür ki, şəhadətnamədə qeyd edilən torpaq sahəsinin elektron bazada mülkiyyətçisi Qarabaqqal bələdiyyəsi qeyd olunub və Zakir Qasımova məxsus 0.07 ha torpaq sahəsi ilə iddia olunan torpaq sahəsinin hər hansı kəsişməsi yoxdur. Müvafiq şəhadətnamənin elektron baza məlumatlarının olmamasına gəldikdə isə nəzərə alınmalıdır ki, həmin şəhadətnamənin arxiv nüsxəsi mövcuddur və “Şəhadətnamələrin qeydiyyatı kitabı”nda müvafiq qaydada qeydiyyata alınmışdır. Torpaq sahəsinin yerləşdiyi yer və faktiki istifadəçisi məlumdur. Belə ola halda həmin şəhadətnamənin mötəbərliyini şübhə altına alınması yolverilməzdir. Müvafiq şəhadətnamənin elektron bazada qeyd olunması iddiaçının yox, cavabdehin hüquq varisi olduğu DT və XK-nin Göyçay rayon şöbəsinin vəzifəsi olmuş, Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilməsi qanunvericilikdə birbaşa təsbit olunmuşdur. Odur ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İddia tələbinin ikinci hissəsi sözgedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. İş materiallarından görünür ki, müvafiq fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmişdir və məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə aiddir (layihədən görünür ki, yerüstü mərtəbələrinin sayı 1 olmaqla tikilinin hündürlüyü 12 metrdən azdır və aşırımlarının uzunluğu 6 metrdən çox deyil). Odur ki, müvafiq tikili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. İş materiallarındna görünür ki, tikilinin yerləşdiyi torpaq sahəsi JN-389A nömrəli Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Tikilinin eskiz layihəsi hazırlanmışdır. Tikinti barədə məlumatlandırılan orqan qismində Göyçay rayon İcra Hakimiyyəti çıxış edir ki, ƏƏSMN tərəfindən iddiaçının Göyçay rayon İH-də mənzil növbəsində olması və imtiyazlı kateqoriyadan olması nəzərə alınaraq müvafiq tikinti işləri həyata keçirilmişdir. Fərdi yaşayış evi tikildikdən sonra Göyçay rayon İH-nin bilavasitə məlumatlı olmasını, sonuncunun xx.xx.2022-ci il tarixli 189 №-li və Qarabaqqal kənd İƏD üzrə icra nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 434 nömrəli məktubları sübut edir. Belə ki, müvafiq məktublarda fərdi yaşayış evinin ƏƏSMN nazirliyi tərəfindən tikildiyi qeyd olunub, bu isə icra hakimiyyətinin layihə ilə bərabər evin tikilməsindən də bilavasitə məlumatlı olmasını göstərir. ƏƏSMN tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda müvafiq yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, Azərbaycan respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “X3” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərin Azərbaycan Respublikasının ƏƏSMN tərəfindən ayrılmış mənzillərin əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilməsi qeyd edilsə də, məhkəmə müvafiq yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı ƏƏSMN-nin mövqeyini əsaslı hesab etmir. Belə ki, sonuncunun istinad etdiyi normaların məzmunundan göründüyü kimi qeyd edilən hallar ƏƏSMN tərəfindən ayrılmış mənzillərə aiddir. Digər tərəfdən sahibliyə və istifadəyə verilən mənzillər dövlət və ya bələdiyyə mənzil fonduna aid olmalı və tərəflər arasında sosial kirayə müqaviləsinin bağlanmasını təsdiq edən müqavilə olmalıdır ki, hazırkı iş üzrə qeyd edilən hallar müəyyən edilmir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. (-) 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1 Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 74.2 Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı JN-389A, KOD 40806018 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə əvvəllər tanınmış hüquqlarının dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarış və texniki pasport verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.