Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1285/2020 27.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı “mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədinin cizgisində müvafiq düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.2018-ci il tarixdə **********10reyestr nömrəli Çıxarışa əsasən vətəndaş X3 0.06 ha torpaq sahəsini alaraq şəxsi mülkiyyətinə çevirmişdir. Alqı-satqı əməliyyatı ilə bağlı iddiaçıya bütün hüquqi sənədlər, həmçinin torpaq sahəsinin plan-ölçü sənədi təqdim edilmişdir. Sonradan tikinti işləri apararkən iddiaçıya məlum olmuşdur ki, həmin 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədində müəyyən uyğunsuzluqlar vardır. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşür. Halbuki, həmin həmin torpaq sahəsinin konfiqurasiya ölçülərini sənədi verən orqan işləyib hazırlamışdır. Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin konfiqurasiyası sənəd üzrə torpaq sahəsinin konfiqurasiyasından kəskin fərqli olması, həmçinin istifadədə olan torpaq sahəsinin başqa mülkiyyətçilərə aid torpaq sahələri ilə üst-üstə düşməsi səbəbindən cavabdeh orqan tərəfindən plan-ölçü sənədində cizgilərdə düzəliş edilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: İddiaçının müraciəti əsasında faktiki istifadədə olan torpaq sahəsinə baxış keçirilmiş və ərazidə aparılan çöl-ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, faktiki istifadədə olan torpaq sahəsinin konfiqurasiyası sənəd üzrə torpaq sahəsinin konfiqurasiyasından kəskin fərqlənir. Eyni zamanda müəyyən olunmuşdur ki, faktiki istifadədə olan torpaq sahəsinin bir hissəsi başqa mülkiyyətçilərə aid torpaq sahələri ilə üst-üstə düşür. Qeyd olunan səbəbə görə də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Torpaq sahəsi yaşayş məntəqələri torpaqlarına aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.06 hektar təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan RX seriyalı ******* nömrəli Çıxarışdan müəyyən edilir ki, İsmayıllı rayonu, Xanagah kəndində yerləşən yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilən 0.06 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 292352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, İsmayıllı rayonu, Xənəyə kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilən cavabdeh orqanın məhkəməyə təqdim etdiyi tələbdə qeyd olunan torpaq sahəsinin “Yerləşmə sxemi”ndən müəyyən edilir ki, plan və ölçü sənədi olan digər mülkiyyətçiyə məxsus torpaq sahəsinin bir hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********48 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********56 nömrəli bildirişi, RX seriyalı ******* nömrəli çıxarış, xx.xx.2018-ci il tarixli 292352 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, cavabdehin xx.xx.2020-ci il tarixli **********52 nömrəli etiraz məktubu və ona əlavə edilmiş “Yerləşmə sxemi” aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı alqı-satqı qaydasında əldə etdiyi torpaq sahəsini sənəd üzrə müəyyən edilmiş qaydada istifadə etmir. O, torpaq sahəsini alarkən faktiki istifadə etdiyi torpaq sahəsinə uyğun mütəxəssis tərəfindən cizgi tərtib olunmuşdur ki, bu da hüquqmüəyyənedici sənəd olmamaqla torpaq sahəsinin faktiki istifadə olunma vəziyyətinə uyğun tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş cavabdeh inzibati orqan tərəfindən tərtib olunmuş sxemdən də görünür ki, faktiki istifadədə olan torpaq sahəsinin konfiqurasiyası sənəd üzrə torpaq sahəsinin konfiqurasiyasından kəskin fərqlənir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüququ pozulmamışdır. İddiaçının sənəd üzrə torpaq sahəsinin konfiqurasiya baxımından fərqli qaydada istifadə etməsi cavabdeh tərəfindən plan ölçü sənədinin tərtibində səhv etməsini ehtiva edə bilməz. Əgər iddiaçı faktiki istifadəsində olan sahəyə mülkiyyət hüququnun qeydə alınması və müvafiq plan ölçü sənədinin verilməsini arzu edirsə, bu zaman faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən torpaq sahəsinin özgəninkiləşdirilməsi məqsədi ilə mülki qanunvericiliyin tələbinə uyğun olaraq həmin sahənin mülkiyyətçisi ilə razılığa gəlməklə (müqavilə bağlamaqla) istədiyi nəticəni əladə edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. İddiaçının plan-ölçü sənədinin cizgisində müvafiq düzəlişlərin aparılmasında imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X4rşı “mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin plan-ölçü sənədinin cizgisində müvafiq düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1285/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1285/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver