Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1286/2022 24.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, Azərbaycan Respublikası ərazi bütövlüyü ugrunda döyüşlərə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən N993-ci il noyabr ayı tarixdən Ordu sıralarına çağırılmış və N994-cü il fevral ayı tarixədək Azərbaycan Ordusuna aid N saylı hərbi hissənin tərkibində Kəlbəcər bölgəsində erməni işğalçı ordusuna qarşı döyüşmüşdür. Döyüşdüyü müddətdə Kəlbəcər rayon müdafiəsi zamanı N4 fevral N994-cü il tarixdə ağır yaralanmışdır. Müalicə olunduqdan sonra o, yenidən hərbi hissəyə qayıtmış və onu hərbi hissədə kəllə beyin travması və Kontuziya aldığı üçün qəbul etməmişlər. Hərbi hissə komandiri onu Mingəçevir şəhər Hərbi Komissarlığına göndərmişdir. Mingəçevir şəhər Hərbi Komissarlığından ona bildirmişlər ki, müalicə olunmalıdır. Əgər lazım olsa yenidən çağırılacaqdır. O, həmin tarixdən müalicə olunur. Onun barəsində Hərbi Prokurorluq cinayətin olmaması haqqında məktub vermişdir. O, müharibə veteranı vəsiqəsi almaq üçün cavabdehə bütün qanuni sənədləri təqdim etməyinə baxmayaraq, müraciəti təmin edilməmişdir. O, Azərbaycan Respublikası ərazi bütövlüyü ugrunda döyüşmüş yaralanmış və N994-cü il tarixdən Mingəçevir şəhər Hərbi Komissarlığında qeydiyyatda olmuş və ordudan təxris olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, N993-cü ilin sonunda yaralanmış və 2 ay müddətində Mingəçevir MRX-da müalicə almışdır. Müalicəsi başa çatdıqdan sonra komissarlığa qayıtmış, lakin ona məlumat veriləcəyi bildirilməklə hərbi hissəyə göndərilməmişdir. Sonradan 70N-ci batalyonun şəhərə qayıtdığını öyrənmiş və bir daha hərbi xidmətə çağırılmamışdır. Cavabdeh orqan iddia tələbinə qarşı etirazını iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehiyata buraxılması ilə arxiv sənədlərində məlumatın olmaması ilə əsaslandırmış, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Müdafiə Nazirinin katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-230 və xx.xx.202N-ci il tarixli 4/3-N956 nömrəli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022ci il tarixli hüquq idarəsinin rəisinə ünvanlanan məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli 254 №-li əmrində (əsas: § 7, səh 9) Mingəçevir ŞHK-dan çağırılmış, bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: kitab “NN.N993”, səh 70, sıra NN) Mingəçevir ŞHK-dan çağırılmış, N96N-ci il təvəllüdlü, çavuş İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas; səh 56, sıra N0N) İddiaçı adı qeyd edilmiş, lakin xidməti barədə müvafiq qeydiyyat aparılmamışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin dekabr N993-cü il və yanvar-fevral N994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması və müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissənin N993-N994-cü il tarixli əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.N-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı, imtina cavabı alındıqdan sonra məhkəməyə müraciət etmişdir. Həmçinin iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli 254 №-li əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi müəyyən edilsə də, iddiaçının qanuni əsaslarla ehtiyata burxaılması müəyyən edilmir. Belə ki, sözügedən məktubda N №-li hərbi hissə komandirinin dekabr N993-cü il və yanvar-fevral N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, yaralanması və müalicəyə göndərilməsi barədə məlumatın olmadığı qeyd edilmişdir. İddiaçı özü də, məhkəmə iclasında izahat verərəkən N993-cü ilin sonlarında (noyabr ayında) yaralandıqdan və müalicə olunduqdan sonra komissarlığa gəlməsini, lakin onun hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə göndərilməməsini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hər bir halda müalicədən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmalı və qanuni əsaslarla ehtiyata buraxılanadək hərbi xidmətini davam etdirməli idi. Göüründüyü kimi N №-li hərbi hissənin nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumatların olmamasının səbəbinin faktiki olaraq iddiaçının müalicədən sonra həmin hərbi hissədə xidmətinin davam etdirməməsi ilə bağlı olmuşdur. Qeyd edilən hal iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmadığını sübut edir. Belə ki, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, iddiaçının müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.N.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.N-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in NN0.N-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.N.N2-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 3N8) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1286/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1286/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver