Məhkəmə qərarları › İş №2-1(116)-1288/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1288/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1288/2022 09.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Balakən Rayon Notariat Kontoruna qarşı "X1 ilə arasında bağlanmış 01.04.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə icra sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Balakən Rayon Notariat Kontoruna qarşı "X1 ilə arasında bağlanmış 01.04.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə icra sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.12.2021-ci il tarixli 12 nömrəli Qərarının 6-cı bəndinə əsasən, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında dəyişiklik edilərək 8-ci bənd aşağıdakı redaksiyada verilmişdir: "8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1ci, "Notariat haqqında" Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin." Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin mövqeyinə uyğun olaraq, hazırkı iddiaya baxılması Şəki İnzibati Məhkəməsinin deyil, ümumi məhkəmə olan Balakən Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Şəki İnzibati Məhkəməsinin 05.05.2022-ci il tarixli məktubu ilə həmin hallar İddiaçı diqqətinə çatdırılmış, bununla bağlı fikrini məhkəməyə yazılı şəkildə bildirməsi üçün 5 gün müddət təyin edilmişdir. "Poçt göndərişinin verilməsi haqqında xəbərnamə" məhkəməyə qaytarılmadığına görə məhkəmə tərəfindən "xxxx" MMC-nin Şəki regional poçt filialına sorğu edilərək cavab alınmış və bu cavabdan məlum olmuşdur ki, məhkəmənin məktubu ünvançıya 13.05.2022-ci ildə çatdırılmışdır. İddiaçı təyin olunmuş müddət ərzində və ondan sonra ötən günlərdə məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Məhkəmə yuxarıda qeyd olunan hallara görə bu qənaətə gəldi ki, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Balakən Rayon Notariat Kontoruna qarşı "X1 ilə arasında bağlanmış 01.04.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə icra sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar