Məhkəmə qərarları › İş №2-1(116)-129/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-129/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-129/2025 21.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-13230/2023 nömrəli qərarının ləğv edilməsini, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ucar Bələdiyyəsinin ümumi şöbəsinin müdiri vəzifəsində bələdiyyə qulluqçusu kimi işlədiyi müddət dövlət qulluğu stajına daxil edilməklə əmək pensına əlavələr hesablanmasını, İddiaçı pensiyaya çıxdıqdan sonra işlədiyi xx.xx.2011- ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla aprılması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “dövlət qulluğu vəzifəsində 15 il 7 ay 27 gün qulluq stajı nəzərə alınmaqla, İddiaçı təyin edilmiş əmək pensiyasının xx.xx.2022-ci ildən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə işə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə əlavə edərək, “cavabdehin xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-13230/2023 nömrəli qərarının ləğv edilməsi, dövlət qulluğu vəzifəsində 15 il 7 ay 27 gün qulluq stajı nəzərə alınmaqla, İddiaçı təyin edilmiş əmək pensiyasının xx.xx.2022-ci ildən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-751/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi sonuncu dəfə xx.xx.2025-ci il tarixində iddia tələbinin həcminin artırlımasına dair elekron ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-13230/2023 nömrəli qərarının ləğv edilməsini, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ucar Bələdiyyəsinin ümumi şöbəsinin müdiri vəzifəsində bələdiyyə qulluqçusu kimi işlədiyi müddət dövlət qulluğu stajına daxil edilməklə əmək pensına əlavələr hesablanmasını, İddiaçı pensiyaya çıxdıqdan sonra işlədiyi xx.xx.2011- ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla aparılması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçıya Dövlət Sosial X5 rayon şöbəsi tərəfindən 12 aprel 2013-cu ildən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin muvafiq sərəncamlarına uygun olaraq pensiyanın məbləği bir neçə dəfə artırılmışdır. xx.xx.2022-ci ildən cavabdeh orqan tərəfindən iddiaçıya məlumat verilmədən pensiya məbləgi 300.0 manat, 2023-cu ilin yanvar ayından başlayaraq 113,0 manat azaldılmış, iyun ayından isə o cumlədən, sonrakı artımlar (pensiya təyin olunduqdan sonra bələdiyyədə işlədiyi dövr üzrə hesablanmış) da nəzərə alınmamışdır. İnzibati orqana müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olunmuşdur ki, 12 aprel 2013-cü il tarixində vaxtı ilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə maaşınızın orta aylıq aylıq məbləği 429,97 manat, qulluq stajına görə əlavəniz 70,21 manat olmaqla orta aylıq əmək haqqınız 500,18 manat təşkil edilmişdir. Bununla əlaqədər əmək pensiyanız "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 7 ay 24 gün qulluq stajına uyğun olaraq aylıq əmək haqqınızın (500,18 manat) 75 faizi 375,14 manat məbləğində həsablanmalı olduğu halda, 404,70 manat müəyyən edilməklə xx.xx.2013- 11.2013-cü il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabınıza köçürülüb. Buna görə də həmin dövr üzrə sizə 378,31 manat artıq pul vəsaiti ödənilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq, artımlar zamanı pensiyanın məbləğlərinin düzgün hesablanmaması, kart hesabına artıq pul vəsaitinin köçürülməsi və qeyd olunanlara əsasən, xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 12.922,39 manat artıq pul vəsaiti ödənilməsinin müəyyən edildiyi göstərilmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt övlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi hesab olunmadıqda, habelə 1991-ci oktybarın 18-dək dövlət, sovet, partiya orqanlarında lışmış dövlət qulluqçularının vəzifələrinin "inzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə 'uyğunlaşdırılması Siyahısı"nda Ucar Rayon X4 və həmin qurumda mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Bu səbəbdəndə üraciətdə göstərdiyiniz vəzifədə işlədiyiniz dövrün dövlət qulluğu stajınıza aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İnzibati orqan inzibati icraat zamanı işin duzgun həlli uçun əhəmiyyət kəsb edən butun faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə pensiya hüququma əsassız müdaxilə etmişdir. 12 aprel 2013-cu il tarixindən təyin edilmiş pensiyanın xx.xx.2022-ci il tarixdən xəbərdarlıq olunmadan azaldılmasını qanunsuz hesab edir və ağıdakıları məhkəmənin nəzərinə çatdırır. xx.xx.1950-ci il təvəllüdlüdür. 1967-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutun riyaziyyat fakültəsinə daxil olub, 1971-ci iə həmin fəkültəni bitirərək "orta məktəbdə riyaziyyat müəllimi" ixtisasına yiyələnmişdir. xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Ucar rayonunun Alpout kənd orta məktəbində müəllim işləmişdir. 1972-ci ilin may ayından 1973-cu ilin iyun ayınadək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1973-cu ildən xx.xx.1973-cu idək Ucar rayon, Alpout kənd orta məktəbində müəllim, xx.xx.1973-cu ildən xx.xx.1976-cı ilədək Ucar şəhər 3 №-li 8 illik məktəbdə müəllim, 09.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Ucar şəhər 2 №-li orta məktəbdə müəllim işləmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan Lenin Kommunist X6 rayon komitəsində təlimatçı, 02.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Lenin Kommunist X6 rayon komitəsində təşkilat şobəsinin müdiri və katib vəzifəsində işləmidir. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Kommunist Partiyası Ucar rayon komitəsində təlimatçı, xx.xx.1981-ci il rixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Kommunist Partiyası Ucar rayon komitəsində təbligat və təşviqat şöbəsinin müdiri, xx.xx.1988-ci il rixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Kommunist Partiyası Ucar rayon komitəsində ideologiya şobəsinin müdiri, xx.xx.1991-ci il tarixdən i.09.1991-ci il tarixədək Azərbaycan Kommunist Partiyası Ucar rayon komitəsində katib-ideologiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycan Kommunist partiyasının fəaliyyəti dayandığına gorə işdən azad olunmuş və xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixədək işsizlik statusu almışdır. xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ucar rayon İcra Hakimiyyəti Başçısının köməkçisi, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Ucar rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər uzrə müavini-şöbə müdiri, xx.xx.1994-cu il tarixdən xx.xx.1995-ci il rixədək Ucar rayon X2 sədr müavini, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Ucar Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəis müavini və aqrar istehsalat şöbəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ucar Rayon İşçi Orqanında özəlləşdirmə üzrə mütəxəssis, xx.xx.2001-ci il tarixdən 01.2005-ci il tarixədək Ucar bələdiyyəsində umumi şöbənin mudiri, xx.xx.2005-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Ucar bələdiyyəsinin sədr müavini, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək YAP Ucar rayon təşkilatı qərargahının aparat rəhbəri vəzifələrində çalışmışdır. xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Ucar bələdiyyəsinin sədr müavini, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bələdiyyənin şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində işləmiş və həmin tarixdən ərizəsinə əsasən işdən azad olunmuşdur. İddaçının ümumi stajının 15 il, 7 ay, 27 günü (xx.xx.1981 - xx.xx.1997-ci illər) dövlət qulluğu stajıdır. İnzibati orqanın qərarı (hərəkəti) ona gorə əsaslı deyil ki, dövlət qulluqçusu kimi təyin olunmuş pensiyanın məbləgi inzibati orqanın öz qərarı əsasında müəyyən olunmuş, sonrakı dövrlərdə dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq pensiyanın məbləği müxtəlif vaxtlarda bir neçə dəfə artırılmışdır. Cavabdeh orqan, iddia tələbinə İddiaçı N.X7 Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində iddia tələbini belə əsaslandırmışdır ki, Fondun Ucar rayon şöbəsi tərəfindən ona 12 aprel 2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin edilən zaman onun dövlət qulluğu vəzifəsində 15 il 7 ay 27 gün qulluq stajı nəzərə alınmamışdır. Odur ki, o dövlət qulluğu vəzifəsində 15 il 7 ay 27 gün qulluq stajı nəzərə alınmaqla ona təyin edilmiş pensiyanın xx.xx.2022-ci il tarixdən yenidən hesablanmasını xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2013-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Ucar rayon şöbəsinə müraciət etmişdir. İddiaçının xx.xx.2013-cü il tarixli müraciətinə cavab olaraq ona Ucar rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı dövrlərdə iddiaçının pensiyası dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq bir neçə dəfə artırılmışdır. İddiaçı cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 14 il 7 ay 24 gün dövlət qulluğu stajına aşağıdakı dövrlər daxil edilmişdir: > xx.xx.1981 -ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan Kommunist Partiyası Ucar rayon komitəsində təlimatçı vəzifəsində; > xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Kommunist Partiyası Ucar rayon komitəsində təbliğat şöbəsinin və ideologiya şöbəsinin müdiri vəzifəsində; > xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ucar rayon İcra Hakimiyyəti Başçısının köməkçisi vəzifəsində; > xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Ucar rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini-şöbə müdiri vəzifəsində; > xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Ucar Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin rəis müavini və aqrar istehsalat şöbəsinin rəisi vəzifəsində işlədiyi dövrlər. iddiaçıya xx.xx.2018-ci il tarixindən 21 08.2019-cu il tarixinədək 629,55 manat, xx.xx.2019-u il tarixindən xx.xx.2022-ci il tarixinədək 840,34 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 924,37 manat məbləğində pensiya ödənişi həyata keçirilmişdir. xx.xx.2022- ci il tarixindən iddiaçının pensiyasından 143 manat məbləğində tutulma olduğu üçün ona 634,03 manat məbləğində pensiya ödənilmişdir.İddiaçıya xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 767,03 manat məbləğində və xx.xx.2023-cü il tarixindən isə 879,78 manat məbləğində pensiya ödənilmişdir. İddiaçı 18.11 2022-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək pensiyasının azaldılması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir, iddiaçının pensiya işinə aid sənədlərdə Fondun Ucar rayon şöbəsi tərəfindən 12 aprel 2013-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2013-cü il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 429,97 manat, qulluq stajına görə əlavə 70,21 manat olmaqla orta aylıq əmək haqqı 500,18 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 7 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (500,18 manat) 75 faizi-375,14 manat məbləğində hesablanmalı olduğu halda, 424,70 manat müəyyən edilməklə xx.xx.2013-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 378,31 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 560,75 manat, qulluq stajına görə əlavə 91,57 manat olmaqla orta aylıq əmək haqqı 652,32 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 7 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (652,32 manat) 75 faizi-489,24 manat məbləğində hesablanmalı olduğu halda, 590,58 manat müəyyən edilməklə xx.xx.2013- xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 5168,34 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 14 il 7 ay 24 gün qulluq stajına görə iddiaçının əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 48,61 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 618,25 manat, qulluq stajına görə əlavə 100,96 manat olmaqla orta aylıq əmək haqqı 719,21 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (652,32 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (719,21 manat) arasındakı fərq məbləğinin (66,89 manat) 48,61 faizi-32,52 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (489,24 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 521,76 manat məbləğində hesablanmalı olduğu halda, 629,55 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə hər ay iddaçının müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 1940,22 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 928,67 manat, qulluq stajına görə əlavə 151,65 manat olmaqla orta aylıq əmək haqqı 1080,32 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (719,21 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1080,32 manat) arasındakı fərq məbləğinin (361,11 manat) 48,61 faizi-175,54 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (521,76 manat) üzərinə əlavə olunmaqla iddiaçının əmək pensiyası 697,30 manat məbləğində hesablanmalı olduğu halda, 840,34 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 5435,52 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, iddiaçıya ümumilikdə xx.xx.2013-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 12922,39 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 12922,39 manatdan 5041,30 manata (“Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin yanvar ayı üzrə sizə ödənilməli olan 112,75 manat vəsaitin artıq ödənilmiş pul vəsaitinizdən çıxılaraq büdcəyə bərpa edilməsi nəzərə alınmaqla) azaldılıb. Mərkəzi Filial tərəfindən cari ilin noyabr ayından etibarən iddiaçının əmək pensiyası 697,30 manat müəyyən edilib. Bundan başqa xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialın xx.xx.2023-cü il tarixli 3-7-1/3-7- 6493/2023 nömrəli qərarı ilə iddiaçı N.Xalilovun pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 879,78 manata çatdırılmışdır. Hal-hazırda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 879,78 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda Ucar rayon X4 və həmin qurumda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının 01,06.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi Ucar bələdiyyəsinin sədr müavini vəzifəsi sözügedən siyahıda nəzərdə tutulmadığından iddiaçının müraciətində göstərdiyi vəzifədə işlədiyi dövrün onun dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində göstərdiyi vəzifədə işlədiyi dövrün onun dövlət qulluğu stajına aid edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

1. Cavabdeh orqanın imtina cavabları.

2. AZE ******* nömrəli kolxozçunun əmək kitabçası,

3. AZE 01159857 nömrəli şəxsiyyət vəsiqəsi,

4. Cavabdehin xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı.

5. İddiaçıya aid pensiya alt sistemindən çıxarışlar;

6. Cavabdehin xx.xx.2023-cü il tarixli etirazı və ona əlavə olunan sənədlər.

7. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraza əlavəsi və ona əlavə olunan sənədlər.

Əsaslandırma hissəsi:

Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı iddia tələbinə əsasən iddia tələbi aşağıdakı hissələrdən ibarətdir :

1. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-13230/2023 nömrəli qərarının ləğv edilməsini;

2. iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ucar Bələdiyyəsinin ümumi şöbəsinin müdiri vəzifəsində bələdiyyə qulluqçusu kimi işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasına əlavələrin hesablanmasını;

3. İddiaçı pensiyaya çıxdıqdan sonra işlədiyi xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla aparılmasını;

4. Pensiyanın yenidən hesablanmasından sonra yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddianın birinci hissəsinə münasibətdə qeyd edir ki,iddiaçıya 12 aprel 2013-cü il tarixindən 15 il 7 ay 27 gün qulluq stajı nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.Cavabdeh tərəfindən pensiyanın yenidən hesablanılması nəticəsində pensiya məbləği azaldılmışdır.İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 14 il 7 ay 24 gün qulluq stajına uyğun pensiya ödənişi müəyyən edilmiş,əvvəlki hesablanma ilə arasında yaranan məbləğ fərdinin iddiaçıya artıq ödəmə kimi geri qaytarılmalı olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki,cavabdehin pensiyanın azalmasına yönələn faktiki hərəkətləri,o cümlədən pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki,şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Cavabdeh inzibati orqan həmin qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun bir sıra tələblərinə,o cümlədən 67.12-ci maddəsinə riayət etməmiş,iddiaçının etimad hüququnu nəzərə almamışdır. Tələbin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki,iddiaçıya 12 aprel 2013-cü il tarixindən dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyası təyin edildiyi zaman mövcud olan dövlət qulluğu stajı nəzərə alınmaqla bərpa edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Ucar Bələdiyyəsinin ümumi şöbəsinin müdiri vəzifəsində bələdiyyə qulluqçusu kimi işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmasından cavabdehin imtinası əsaslıdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı əsasında mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ucar Bələdiyyəsinin ümumi şöbəsinin müdiri vəzifəsində bələdiyyə qulluqçusu kimi işlədiyi vəzifə nəzərdə tutulmamışdır. İddiaçı pensiyaya çıxdıqdan sonra işlədiyi xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək olan müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasının (qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla) aparılmasını tələb edir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən və bu, iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından, Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən təyin edilmiş pensiyanın yenidən hesablanmasını və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını tələb etməkdə haqlıdır. İddia tələbinin dördüncü hissəsi üçüncü hissənin,yəni yenidən hesablamadan sonrakı fər məbləğinin birdəfəlik ödənilməsi ilə bağlıdır.Məhkəmə həmin məbləğin birdəfəlik ödənilməsinə dair tələbi əsassız hesab edir. Beləki “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Nəzərə alınmalıdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda şəxsə hesablanmış və uzun müddət ərzində ödənilən əmək pensiyası məbləğinin azaldılması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilən vəsaitin azaldılması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin azaldılmasının qanuniliyini yoxlamağa və yalnız bundan sonra pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının əmək pensiyasını yenidən hesablaması qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır.Lakin mahiyyət etibarilə qismən əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia qismən təmin edilir. Cavabdehin xx.xx.2023-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-13230/2023 nömrəli qərarı ləğv edilir. İddiaçıya 12 aprel 2013-cü il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi zaman qəbul edilən dövlət qulluğu stajı nəzərə alınmaqla pensiyanın bərpa edilməsi, iddiaçı pensiyaya çıxdıqdan sonra xx.xx.2011-ci ildən xx.xx.2021-ci ilədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması (qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla aprılması) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. İddia tələbi “İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Ucar Bələdiyyəsinin ümumi şöbəsinin müdiri vəzifəsində bələdiyyə qulluqçusu kimi işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməklə əmək pensiyasına əlavələr hesablanması,əmək pensiyasının yenidən hesablanması zamanı yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrində təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar