Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1291/2020 23.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, X4 X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrına qarşı "Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X1 adına verilmiş JN-3xx xxx 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının Balakən meşə fonduna aid torpaqlarla üst-üstə düşübdüşmədiyinin müəyyən edilməsinin yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxaraq, müəyyən etdi: X4 X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrına qarşı "Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X1 adına verilmiş JN-3xx xxx 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə Balakən meşə fonduna aid torpaqlarla üst-üstə düşübdüşmədiyinin müəyyən edilməsinin yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bir sıra formal xətalara yol verildiyinə görə məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları ilə həmin formal xətaların aradan qaldırılması iddiaçıya təklif olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli 243 nömrəli məktubla müraciət edərək, iddianın dəyişdirilməsi ilə əlaqədar iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində deyilir ki, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmənin fikrincə, iddiaçı iddia sənədlərinin geri qaytarılmasını tələb etməklə hazırkı inzibati prosesin davam etdirilməsinə hüquqi marağını itirdiyini nümayiş etdirmişdir. Bu hal üçün məhkəmənin etməli olduğu hərəkətlər İnzibati Prosessual Məcəllədə konkret nəzərdə tutulmasa da, məhkəmə hesab edir ki, iddiaçının öz iddia ərizəsini geri tələb etməsi onun 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınması ilə eyni hüquqi nəticəyə səbəb olmalıdır. Belə olan halda isə, iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : X4 X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrına qarşı "Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X1 adına verilmiş JN-3xx xxx 40108018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə Balakən meşə fonduna aid torpaqlarla üst-üstə düşübdüşmədiyinin müəyyən edilməsinin yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılsın və icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1291/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1291/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver