Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1291/2021 27.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin nümayəndəsi X11 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “**********38 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********38 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yaşayır. Yaşadığı ünvan kolxozçu təsərrüfatı olmuşdur. X2 təsərrüfatında 0,15 ha həyətyanı torpaq sahəsi olmuşdur. ünvan 3 keçmiş Q.Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokoluna əsasən X2 ölümündən sonra onun adında olan 0,15 ha həyətyanı torpaq sahəsi anası X3 adına keçirilmişdir. Bundan sonra əsassız olaraq anasının adında olan 0,15 ha həyətyanı torpaq sahəsi heç bir əsas olmadan azaldılaraq 0,05 ha həyətyanı torpaq sahəsinə Torpağın mülkiyyətə verilməsinə dair JN 517A nömrəli şəhadətnamə hazırlanmışdır. Eyni zamanda ona bitişik olan 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-1902 saylı Dövlət Aktı hazırlanmışdır. Anasına məxsus olan 0,15 ha torpaq sahəsinin 0,10 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi Dövlət Aktına işlənmişdir. Anasının ölümündən sonra ona məxsus olan daşınmaz əmlakları vərəsəlik qaydasında öz adına keçirmişdir. Belə ki, öz adına 04 may 2021-ci il tarixdə 0,0593 ha həyətyanı torpaq sahəsinə reyestr nömrəsi **********12 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 27 aprel 2021-ci il tarixdə 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə reyestr nömrəsi **********38 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Balakən rayonu keçmiş Q.Musabəyov adına kolxozun qərarı ilə mərhum anası X6 verilmiş 0,15 ha torpaq sahəsinin çıxarış əsasında adına rəsmiləşdirilmiş 0,0593 ha torpaq sahəsindən əlavə olan hissəsinə ölçülərini yerində müəyyən edərək faktiki sahəyə uyğun adına rəsmiləşdirilməsinə köməklik göstərilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının ərizəsinə 29 iyul 2021-ci il tarixli **********95 nömrəli imtina məktubu verilmişdir. Cavabdeh 29.07.2021-ci il tarixli **********95 nömrəli imtinasında bildirmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizədə qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin (ünvan 3 Q.Musabəyov adına kolxozun 07 sentyabr 1989-cu il tarixli, 5 saylı ümumi yığıncaq protokolundan çıxarışın və ya arxiv arayışının) əsli, qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 39 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü təqdim olunmalıdır. Cavabdeh 01.10.2021-ci il tarixli **********65 nömrəli etirazında qeyd etmişdir ki, İddiaçı Balakən rayonu, keçmiş Q.Musabəyov adına kolxozun qərarı ilə mərhum anası X6 verilmiş 0,15 ha torpaq sahəsinin çıxarış əsasında rəsmiləşdirilmiş 0,0593 ha torpaq sahəsindən əlavə olan hissəsinə ölçülərini yerində müəyyən edərək faktiki sahəyə uyğun rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əsli, qeyd olunan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmamışdır. Qeyd olunan sənədlərlə yenidən 18 saylı Zaqatala ərazi idarəsinə müraciət etməsi barədə İddiaçı 21.06.2021-ci tarixli, **********77 nömrəli və 29.07.2021-ci il tarixli, **********95 nömrəli məktublar göndərilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan 04.05.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir ki, Balakən rayonu, Qasbinə kəndi ərazisində yerləşən 0,0593 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********12) xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına tam pay hüququ ilə qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, plan və ölçünün tərtib edilməsinə əsas kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” (2V-268, 13.04.2021) və Balakən rayon DTXK-nın “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi” (JN-517A, 26.05.2006) çıxış etmişdir. Həmçinin 04.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanı: Mahamalar kəndi) ərazisində yerləşən 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********38) xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına tam pay hüququ ilə qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, plan və ölçünün tərtib edilməsinə əsas kimi Balakən rayon DTXK-nın “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” (JN:1902, 15.03.1999) və “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” (2V- 251, 06.04.2021) çıxış etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X16 filialı məhkəmənin sorğusuna cavab olaraq ünvan 3 Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncaq protokolunun təsdiq olunmuş surətini 31.08.2021-ci il tarixli 234 nömrəli məktubla məhkəməyə göndərmişdir. Protokola əsasən müəyyən olunur ki, kolxozçu H.Qımriyeva ərizə yazaraq əri X12 vəfat etdiyi üçün ərinin adına olan 0,15 ha torpaq sahəsinin öz adına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan JN:1902 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,29 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 06.04.2021-ci il tarixli reyestrdə 2V-251 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, 01.02.2007-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu İddiaçıdur və o miraz əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak qismində isə Balakən rayonu DTXK tərəfindən 15.03.1999-cu il tarixdə H.Qımriyevaya verilmiş, seriya nömrəsi JN:1902, KOD:40108018 olan Dövlət aktına əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,29 ha olan torpaq sahəsi göstərilmişdir. İş materiallarında olan JN-517A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhafətnaməyə əsasən müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə X7 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 13.04.2021-ci il tarixli reyestrdə 2V-268 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən müəyyən olunmuşdur ki, 01.02.2007-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi oğlu İddiaçıdur və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak qismində isə Balakən rayonu DTXK tərəfindən 26.05.2006-cı il tarixdə H.Qımriyevaya verilmiş, seriya nömrəsi JN-517A, KOD:40108038 olan Şəhadətnaməyə əsasən ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi göstərilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının qismən ləğv olunmasını tələb etdiyi **********38 reyestr nömrəli çıxarış “Torpağa mülkiyyət hüququna dair” JN-1902 Kod 40108018 nömrəli Dövlət aktı və 06.04.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-1902 Kod 40108018 nömrəli Dövlət aktı Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarına əsasən X4 adına (01.02.2007ci il tarixdə vəfat etmişdir) onun sağlığında 15.03.1999-cu il tarixdə verilmişdir ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı H.Qımrıyeva tərəfindən mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Eyni zamanda H.Qımrıyevanın adına tərtib olunmuş 26.05.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-517A Kod 40108038 nömrəli Şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı əsasında 0,06 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmiş, 13.04.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında həmin torpaq sahəsi miras əmlak sırasına daxil edilmiş və iddiaçının adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdehin mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədlərə münasibətdə hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş, çıxarış qüvvədə olan Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı əsasında verilmiş, Dövlət aktına uyğun tərtib edilmişdir. X9 isə nə onun sağlığında verilmiş Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarını, nə də sağlığında tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktı və şəhadətnaməni mübahisələndirməmişdir. Bu hüquq faktiki olaraq ona aid olmuş, o isə hüququndan istifadə etməmiş və qərarı mübahisələndirmək imkanını itirmişdir. Faktiki olaraq isə iddiaçının Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirmək hüququ yoxdur. Aqrar İslahat Komissiyasının qərarının mübahisələndirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X5 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X17 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X5 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. X5 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa, Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Bununla yanaşı iddiaçının 0,10 ha həyətyanı sahədən ibarət olduğunu iddia etdiyi torpaq sahəsi vərəsə qismində onun alacağı miras əmlaklar siyahısına daxil edilməmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçı tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyil və bu hal məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Həmçinin iddiaçı anasına ünvan 3 Musabəyov adına kolxozun 07.09.1989-cu il tarixli 5 nömrəli ümumi yığıncağının qərarı ilə 0,15 ha torpaq sahəsinin ayrıldığını iddia etsə də, faktiki olaraq on ilə yaxın müddət keçdikdən sonra ölkədə torpaq islahatı həyata keçirilmiş, iddiaçının anasına münasibətdə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Balakən rayon Aqrar İslahat Komissiyasının 30.06.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 0,29 ha və 0,6 ha olmaqla torpaq sahəsi ayrılmış, aqrar islahat nəticəsində ayrılmış torpaq sahəsi faktiki ölçüsü onun əvvəllər istifadəsində olmuş torpaq sahəsindən çox olmuş, H.Qımrıyeva tərəfindən müvafiq qərar, Dövlət aktı və Şəhadətnamə mübahisələndirilməmişdir. İddiaçı isə öz növbəsində miras əmlak qismində H.Qımrıyevaya məxsus olmuş torpaq sahələrini vərəsəlik qaydasında əldə etmişdir. Həmçinin H.Qımrıyevaya kolxoz qərarı ilə torpaq sahəsinin hansı ərazidə ayrılması, torpaq sahəsinin plan-sxemi, təyinatını müəyyən etməyə imkan verən sənədlər belə kolxozun qərarına əlavə olunmamış, arxiv materiallarına əsasən aşkar edilməmişdir. Cavabdeh “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə əsasında, iddiaçıya miras olaraq keçmiş əmlakı onun adına rəsmiləşdirməklə, qanunvericiliyin tələblərinə əməl etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “**********38 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi, Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sənədinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1291/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1291/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver