Məhkəmə qərarları › İş №2-1(116)-1291/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1291/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1291/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "faktiki istifadəsində olan yerdə qalan 0,0206 ha torpaq sahəsi üzərində hüquqları tanınaraq tam şəkildə 0,10455 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınıb çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göyçay Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 1 nömrəli iclas protokolu ilə müəyyən edilmişdir ki, 1960 nömrəli texniki pasporta əsasən, nə X16, nə də X1 130 nömrəli evi və mülkü zəbt etməmişlər və onlara məxsusdur. Ona görə də həmin protokola əsasən, Nizami küçəsi 134 (sonrakı Kirov küçəsi 24) nömrəli evdə yaşamış mərhum X5 adına hüquqi sənədin verilməsi qərara alınmışdır. Bundan sonra X10 xx.xx.1974-cü ildə vəfat etmiş və onun mirası olan həmin ev və torpaq sahəsi X11 miras qalmış və bu barədə ona xx.xx.1983-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin torpaq sahəsində yerləşən yaşayış evi Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən X7 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq ona bu barədə xx.xx.1989-cu il tarixli 1962 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarına istinadən, Göyçay şəhərində yerləşən 824,71 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X7 adına A-283647 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və xx.xx.2010-cu ildə 776 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. Həmin torpaq sahəsinin ölçüsü Göyçay şəhərində fərdi həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" işlənmiş vətəndaşların adlı siyahısından çıxarışda da öz əksini tapmışdır. Sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı X7 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin faktiki ölçüsü 1045,5 kv.m göstərilmişdir. Həmin torpaq sahəsinə və onun üzərində yerləşən 72,2 kv.m ümumi sahəsi, 45,5 kv.m yaşayış sahəsi və 26,7 kv.m yardımçı sahəsi olan fərdi yaşayış evinə X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra X16 xx.xx.2014-cü ildə vəfat etmiş və onun miras əmlakı olan həmin evə və 0,0825 ha torpaq sahəsinin hər ½ hissəsinə onun vərəsələri olan X12 və X13 adına miras əmlakdan bərabər hissədə pay almaqla xx.xx.2015-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lər verilmişdir. X17 xx.xx.2015-ci il tarixli "Bağışlama müqaviləsi" ilə həmin fərdi yaşayış evinin və 0,0825 ha torpaq sahəsinin ona çatası ½ hissəsini X15 bağışlamışdır. Cavabdeh tərəfindən X12 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,08247 ha, faktiki sahə 0,12836 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1950-ci il qeyd olunmuşdur. Sözügedən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bundan sonra X18 xx.xx.2019-cu ildə bağlanmış ******* nömrəli müqaviləyə əsasən, 0,0825 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,4 kv.m ibarət olan yaşayış evini İddiaçı satmışdır. Həmin 0,0825 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Daha sonra İddiaçı cavabdehə ərizə ilə müraciət edərək 0,0825 ha həyətyanı torpaq sahəsi üzərində dövlət reyestrində cari dəyişikliklərin edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********41 nömrəli məktubla bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Göyçay rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-93 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində qeydiyyata alındığı və torpaq sahəsinin 0,0825 ha qeyd edilməklə fərdi yaşayış evinə elektron çıxarış işlənildiyi üçün ərizənin icrası mümkün olmamışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, X24 küçəsi 22 ünvanında yerləşən torpaq sahəsi üzərində olan evlə birlikdə xx.xx.2019-cu ildə əvvəlki mülkiyyətçisi X8 alqı-satqı müqaviləsi əsasında aldıqdan sonra hüquqlarını dövlət qeydiyyatından keçirərək çıxarış almışdır. Sözügedən əmlak X9 vərəsəlik qaydasında mərhum atasından keçmiş və o, əmlak üzərində hüquqlarını qeydiyyata aldıraraq çıxarış əldə etmişdir. Onunla iddiaçı arasında bağlanmış müqavilədə ərazi 0,0825 ha göstərilsə də, faktiki ərazi 0,10455 ha-dır. Bu rəqəm əvvəlki mülkiyyətçinin mərhum atasının adına tərtib olunmuş ilkin texniki pasportda öz əksini tapmışdır. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********01 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, A-283647 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarına istinadən, Göyçay şəhərində yerləşən 824,71 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı X7 adına tərtib edilmiş və xx.xx.2010-cu ildə 776 nömrə ilə dövlət torpaq kadastrı kitabında uçota alınmışdır. - İşdə olan, Texniki pasportdan görünür ki, həmin sənəd torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı X7 adına tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin faktiki ölçüsü 1045,5 kv.m göstərilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin torpaq sahəsinə və onun üzərində yerləşən 72,2 kv.m ümumi sahəsi, 45,5 kv.m yaşayış sahəsi və 26,7 kv.m yardımçı sahəsi olan fərdi yaşayış evinə X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2015-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"lərindən görünür ki, X16 xx.xx.2014-cü ildə vəfat etmiş və onun miras əmlakı olan həmin evə və 0,0825 ha torpaq sahəsinin hər ½ hissəsinə onun vərəsələri olan X18 və X17 miras əmlakdan bərabər hissədə pay almışdırlar. - İşdə olan, xx.xx.2015-ci il tarixli "Bağışlama müqaviləsi"ndən görünür ki, X17 həmin fərdi yaşayış evinin və 0,0825 ha torpaq sahəsinin ona çatası ½ hissəsini X15 bağışlamışdır. - İşdə olan Texniki pasportdan görünür ki, həmin sənəd cavabdeh tərəfindən X12 adına tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,08247 ha, faktiki sahə 0,12836 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1950ci il qeyd olunmuşdur. - İşdə olan, RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, xx.xx.2019-cu ildə bağlanmış ******* nömrəli müqavilədən görünür ki, X18 0,0825 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,4 kv.m ibarət olan yaşayış evini İddiaçı satmışdır. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,0825 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, hazırda üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış, Göyçay şəhəri X24 küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1987-ci ilin iyul ayında, yəni 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 1045,5 kv.m göstərilmişdir. Yuxarıda göstərilən normanın tələbinə görə, həmin texniki pasport 1045,5 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunsa da, cavabdeh həmin torpaq sahəsinin 0,0825 ha hissəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almış, qalan 0,02205 ha hissəsinə qeydiyyat aparmaqdan əsassız olaraq imtina etmişdir. Müəyyən edildi ki, iddiaçı öz iddia ərizəsində bütövlükdə 0,10455 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etsə də, qeydiyyata alınmamış torpağın sahəsini 0,02205 ha deyil, səhvən 0,0206 ha kimi qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də məhkəmə qeyd edir ki, iddia tələbi məhz 0,10455 ha torpaq sahəsi ilə bağlı olduğuna görə bu səhvin mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının tələbini təmin etməməkdə haqlı olmamışdır, ona görə də hazırkı iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı faktiki istifadəsində olan, Göyçay şəhəri X24 küçəsi ev 22 ünvanında yerləşən, 0,02205 ha da daxil olmaqla, X7 adına 1987-ci ilin iyul ayında tərtib edilmiş Texniki pasportda göstərilən cəmi 0,10455 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar