Məhkəmə qərarları › İş №2-1(116)-1294/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1294/2025

15.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1294/2025 15.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “qeydiyyat nömrəsi 307009700, reyestr nömrəsi **********26 olan çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) “yaşayış məntəqələri torpaqları” kimi düzəliş olunaraq yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qeydiyyat nömrəsi 307009700, reyestr nömrəsi **********26 olan çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) “yaşayış məntəqələri torpaqları” kimi düzəliş olunaraq yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, “İddiaçı mülkiyyətində olan Şəki rayonu, Baltalı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsini 26 dekabr 2017-ci il tarixdə oğlu X11 tərəfindən iddiaçıya bağışlanılmışdır. İddiaçı bildirir, torpaq sahəsinə çıxarış verilərkən həmin torpaq sahəsinin kataqoriyası (məqsədli təyinatı) “Kənd təsərrüfatı təyinatlı torpaqları kimi qeyd olunmuşdur. Həmin qeyd olunmuş kataqoriya ilə razılaşmayaraq cavabdehə müraciət etmişdir. Beləki həmin torpaq sahəsi oğlu X3 Şəki rayonu, Baltalı Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli qərarı ilə ayrılmışdır. Həmin qərardada qeyd olunmuşdur ki, kənd təsərrüfatı üçün yararsız sahədən 0.12 ha torpaq sahəsi ayrılsın. Cavabdehə torpağın kataqoriyasında buraxılmış səhvə düzəliş edilməsi üçün müraciət etsə də bildirir ki, DWG (kompleks yerquruluşu xəritəsi), Azcad və TEKUİS (X10 X21) məlumat bazalarına əsasən sözügedən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar olduğundan torpaq sahəsinin kataqoriyasının dəyişdirilməsi mümkün olmamışdır” məzmunlu imtina məktubu almışdır. Cavabdeh tərəfindən imtinası ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki rayonu Baltalı Bələdiyyəsinin xəritə materiallarında torpaq sahəsi kənd təsərrüfatına yarasız daşlıq kimi göstərilmişdir. İddiaçı bildirir ki, Şəki şəhərinin baş memarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinin müdiri tərəfindən təsdiqlənmiş torpaq ayırma sxemində X3 ayrılmış torpaq sahəsinin sağ qonşuluğunda olan **********40 reyestr nömrəli X6 mülkiyyətində olan torpaq sahəsi və sol qonşuluğunda olan **********3-10301 reyestr nömrəli X15 mülkiyyətində olan torpaq sahəsi yaşayış məntəqisinin torpaqları kimi qeydiyyata alınmış və cavabdeh tərəfindən çıxarışlar verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan iddiaçının ərizəsinə obyektiv baxmamaqla, qanunla üzərlərinə vəzifə qoyulan öhdəlikləri yerinə yetirməməklə qanunvericiliyin bir çox tələblərini pozmuşdur.”. Cavabdehin orqan xx.xx.2025-ci il tarixli iddia tələbinə münasibətində qeyd etmişdir ki, “İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki rayonu, Baltalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ rəsmiləşdirilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki sənədlərdə torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) ilə bağlı dövlət reyestrində aparılmış «kənd təsərrüfatı təyinatlı torpaqlar» qeydinə «yaşayış məntəqələrinin torpaqları» qeydi ilə düzəliş aparılmasından sonra yenidən dövlət reyestrindən çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaya qarşı öz münasibətimizi yazılı şəkildə məhkəməyə bildirmək tələbinizə dair sərəncama Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla baxılmışdır. xx.xx.2025-ci İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki rayonu, Baltalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ rəsmiləşdirilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki sənədlərdə torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) ilə bağlı dövlət reyestrində aparılmış «kənd təsərrüfatı təyinatlı torpaqlar» qeydinə «yaşayış məntəqələrinin torpaqları» qeydi ilə düzəliş aparılmasından sonra yenidən dövlət reyestrindən çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaya qarşı öz münasibətimizi yazılı şəkildə məhkəməyə bildirmək tələbinizə dair sərəncama Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla baxılmışdır. müraciət edərək, Şəki rayonu, Baltalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmış **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışda düzəliş edilərək torpağın kateqoriyasının (məqsədli təyinatının) yaşayış məntəqələrinin torpaqları kimi qeyd olunmasını xahiş etmişdir. Ərizəyə baxılması ilə əlaqədar müraciət olunan torpaq sahəsinin elektron baza, kadastr xəritə və arxiv məlumatları yoxlanılarkən Şəki rayonu, Baltalı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin həm "DWG” yəni, mülkiyyətə verilən torpaqların elektron yerquruluşu xəritəsində, həm “AZCAD” elektron məlumat bazasında, həm də “TEKUİS” yəni, X12 X13 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu müəyyən edildiyindən həmin torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) dəyişdirilməsinin mümkün olmaması əsası ilə dövlət reyestrində düzəlişin aparılması ilə bağlı ərizəçiyə 12 sentyabr 2024-cü il tarixli 3-21-3-39/2-Y-00xx-xx/2024 №-li imtina məktubu verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Şəki rayonu, Baltalı kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd “X12 X18”ndə əks olunmuş məlumatlara uyğun olduğundan, elektron baza, kadastr xəritə məlumatlarına düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid olmadığından, həmin torpaq sahəsi bələdiyyə qərarı ilə həyətyanı məqsədilə ayrılmış olsa belə, Şəki rayonu, Baltalı kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ rəsmiləşdirilmiş **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki sənədlərdə torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) ilə bağlı dövlət reyestrində aparılmış «kənd təsərrüfatı təyinatlı torpaqlar» qeydinə «yaşayış məntəqələrinin torpaqları» qeydi ilə düzəliş aparılması tərəfimizdən qanunamüvafiq hesab olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra orqanıdır. Bundan başqa, xx.xx.2025-ci il tarixli, 2-1(116)-1294/2025 nömrəli sərəncamda mübahisə predmeti olan torpaq sahəsinin və həmin torpaq sahəsinin qonşuluğunda yerləşən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə sorğunuza əsasən İddiaçı mülkiyyətinə verilmiş mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici və texniki sənədlər; Şəki rayonu, Baltalı kəndində iddia olunan torpaq sahəsinin qonşuluğundan X4 mülkiyyətinə verilmiş kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0.06 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********0 reyestr nömrəli; X7 mülkiyyətinə verilmiş kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,12 ha torpaq sahəsinə dair xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli; X8 mülkiyyətinə verilmiş, kateqoriyası digər təyinatlı torpaqlar, məqsədli istifadə növü kənd təsərrüfatı məhsulları istehsalı üçün sahibkarlıq olan 0,13 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********35 reyestr nömrəli; X15 mülkiyyətinə verilmiş kateqoriyası yaşayış məntəqələrinin torpaqları olan 0,12 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli çıxarışlar və texniki sənədlər, habelə həmin torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlər, o cümlədən ilkin torpaqayırma sənədlərinin təsdiq edilmiş surətləri və iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto görünüşü iddiaya qarşı rəsmi münasibətimizin əks olunduğu məktuba əlavə olunur.”. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:  cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.  cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.  RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Baltalı kəndində yerləşən 0,12 ha torpaq sahəsini xüsusi mülkiyyətçisi İddiaçıdır.  RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Baltalı kəndində yerləşən 0,12 ha torpaq sahəsini xüsusi mülkiyyətçisi X5r.  Şəki rayonu, Baltalı Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli qərarı ilə X3 0,12 ha torpaq sahəsi verilmişdir.  Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.  xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki X11 özünə məxsus 0,12 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Əsaslandırma hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Şəki rayonu, Baltalı Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli qərarı ilə X3 0,12 ha torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki X11 özünə məxsus 0,12 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ, xx.xx.2018-ci il tarixli, **********26 reyestr nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da torpaq sahəsinin kateqoriyası «kənd təsərrüfatı təyinatlı torpaqlar» kimi göstərilmişdir. Cavabdeh imtinasının əsası kimi "DWG”, “AZCAD” və “TEKUİS” sistemində sözügedən sahənin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) dəyişdirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iş üzrə mübahisəsiz qaydada müəyyən olunur ki, Şəki rayonu, Baltalı Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli qərarı ilə X3 0,12 ha torpaq sahəsi satılarkən onun kənd təsərrüfatı üçün yararsız həyətyanı sahə olması göstərilmişdir. Bundan əlavə iddiaçının bilavasitə qonşuluğunda yerləşən və Baltalı Bələdiyyəsi tərəfindən ayırılan X4 mülkiyyətində olan (reyestr nömrəsi **********40) torpağın kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”, X9 mülkiyyətində olan (reyestr nömrəsi **********35) torpağın kateqoriyası “digər təyinatlı torpaqlar”, X7 mülkiyyətində olan (reyestr nömrəsi **********99) torpağın kateqoriyası “yaşayış məntəqələrinin torpaqları”, X16 mülkiyyətində olan (reyestr nömrəsi **********83) torpağın kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur. Göründüyü kimi hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal mövcud olmadığı halda iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş vermişdir. Bir biri ilə qonşuluqda yerləşən torpaq sahələrinin kateqoriyaları “yaşayış məntəqələrinin torpaqları” və “digər təyinatlı torpaqlar” olduğu halda iddiaçının mülkiyyətində olan və ayırılan zaman faktiki olaraq kənd təsərrüfatı üçün yararsız həyətyanı sahə kimi ayırılan torpağın kateqoriyasının kənd təsərrüfatı təyinatlı olması ağlabatan mühakimə ilə əsaslı sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Qeyd olunmalıdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır(Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 472/2023 nömrəli qərarı). Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən müvafiq çıxarışla rəsmiləşdirilmiş iddiaçının mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Lakin onun mülkiyyətində olan torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları kimi deyil kənd təsərrüfatı təyinatlı kimi qeyd edilməsi onun sözügedən sahədən yalnız kənd təsərrüfatı məqsədi ilə istifadə etməsi ilə nəticələnir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən:

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi onun iddia tələbinin məzmununa və iş üzrə materiallara əsasən, əslində torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mövcud inzibati praktika nəzərə alınmaqla “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmasından ibarətdir. Digər tərəfdən, Şəki rayonu, Baltalı Bələdiyyəsinin 31 yanvar 2007-ci il tarixli qərarı ilə X1 0,12 ha torpaq sahəsinin kateqoriyasında cavabdehin elektron baza məlumatları arasında uyğunsuzluğun olması həmin qərarın mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin qərarın mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin qərarda göstərilən torpaq sahəsi ilə elektron baza məlumatlarında uyğunsuzluq olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar, eyni zamanda, mübahisəli torpaq sahəsi ilə bağlı iddia edilən texniki uyğunsuzluğun aradan qaldırılmasının cavabdeh inzibati orqanın məsuliyyət sferasına aid olduğu mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz. Qeyd olunmalıdır ki, inzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Lakin hazırkı halda cavabdeh tərəfindən inzibati icraat lazımi qaydada aparılmayaraq, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulub-pozulmadığı araşdırılmadan iddiaçının müraciətini təmin etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı məxsus “X17 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndə və xx.xx.2018-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) “yaşayış məntəqələri torpaqları”na düzəliş olunaraq yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə həvalə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə İddiaçı məxsus “X17 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndə və xx.xx.2018-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışda torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) “yaşayış məntəqələri torpaqları”na düzəliş olunaraq yeni çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar