Məhkəmə qərarları › İş №2-1(116)-1295/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1295/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1295/2020 03.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “1974-cü ildən 1979-cu ilə kimi Şəki rayonu Baş Göynük kənd “Qafqaz” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin müddət nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1974-cü ildən 1979-cu ilə kimi Şəki rayonu Baş Göynük kənd “Qafqaz” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin müddət nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. O, 1974-cü il tarixdən etibarən əmək faəliyyəti ilə məşğul olur. Belə ki, iddiaçı 1974-cü ildən 1979-cu ilədək Şəki rayonu, Baş Göynük kənd “Qafqaz” kolxozunda kolxozçu işləmişdir. Lakin iddiaçının əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. İddiaçı Dövlət Arxivinin Şəki filialına müraciət edərək, kolxozdakı iş illərinə dair arayış almışdır. O, həmin arayışı digər sənədlərlə birgə cavabdeh orqana təqdim edərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan iddiaçının arxiv arayışının olmasına baxmayaraq onun kolxozdakı iş illərinin əmək kitabçasında qeyd edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan etiraz məktubu ilə iddiaya münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, 1974-cü ildən 1979-cu ilə kimi Şəki rayonu Baş Göynük kənd “Qafqaz kolxozunda” kolxozçu kimi işləmişdir. Lakin bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. Daha sonra Dövlət Arxivinin Şəki filialına müraciət edərək xx xxxx 2020-ci il tarixli 406 nömrəli arayış əldə etmiş və Şəki şəhər filialına müraciət edərək həmin dövrlərin sosial sığorta stajına əlavə edilərək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. xx.xx.2020-ci il tarixli Şəki şəhər filialının məktubunda bildirilmişdir ki, vətəndaşın işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında göstərilmədiyindən həmin dövrlərin sığorta stajına əlavə edilərək yenidən hesablanması qanuna ziddir. Cavabdeh orqan hesab edir ki, imtina əsaslıdır və iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması həyata keçirilməməlidir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının həmin dövr üçün təsdiq olunmuş pensiya kapitalı 26205.4577 manat təşkil edir və hal-hazırda şəxsə təyin olunan pensiya məbləği 271.14 manatdır. Milli Arxiv İdarəsinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 406 №-li arayışa əsasən şəxsin kolxozda cəmi 1 il 5 ay sığorta stajı vardır və həmin illər pensiya kapitalına çevrildikdə alınan məbləğ 1050.18 manat təşkil edir. İddiaçının mövcud pensiya kapitalı ilə ona əlavə olunması nəzərdə tutulmuş məbləğin cəmi (27255.63 manat) onun pensiya hüququnun yarandığı tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalını-28800 manat (144*200(144=gözlənilən pensiya ödənişli ayların sayı, 200=təyin olunmalı pensiyanın minimum həddi)) ödəmir. Vətəndaşa hal-hazırda təyin olunmuş pensiya minimum həddə çatdırılmaqla ödənilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, şəxsin işlədiyini iddia etdiyi 1 il 5 ay sığorta stajı pensiya kapitalına çevrilərək onun mövcud kapitalına əlavə olunması heç bir dəyişiklik yaratmayacaq, pensiyanın yenidən hesablanması zamanı heç bir artım olmayacaqdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iddiaçıya təqdim olunmuş bildirişdə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İş materiallarını araşdırıb, iddiaçının hüquqi marağını nəzərə alan məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 406 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı 1974-1979-cu illərdə Şəki rayonu, Baş Göynük kənd “Qafqaz” kolxozunda işləmişdir. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********197 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşın xx.xx.2006-cı il tarixədək 26 il 9 ay sosial sığorta stajı mövcuddur. İddia ərizəsində tələb düzgün qoyulmamışdır. Belə ki, iddia tələbində pensiya təyin edilməsi deyil, yenidən hesablanması qoyulmalı idi. İddiaçinin Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 406 №-li arayışa əsasən cəmi 1 il 5 ay sosial sığorta stajı vardır (1 il - minimum bitirən- 1975-ci il. minimum bitirməyən illər 93 : 220 = 0.4 x 12 ay = 5 ay). İddiaçının Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 406 №-li arayışa əsasən 1974-1978-ci illərdə Baş Göynük “Qafqaz” kolxozunda işlədiyi müddət əmək kitabçasına qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının hüquqşünası Şəfa Orucovanın məhkəməyə ünvanladığı Arayışda qeyd edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının həmin dövr üçün təsdiq olunmuş pensiya kapitalı 26205.4577 manat təşkil edir və halhazırda şəxsə təyin olunan pensiya məbləği 271.14 manatdır. Milli Arxiv İdarəsinin Şəki filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 406 №-li arayışa əsasən şəxsin kolxozda cəmi 1 il 5 ay sığorta stajı vardır və həmin illər pensiya kapitalına çevrildikdə alınan məbləğ 1050.18 manat təşkil edir. İddiaçının mövcud pensiya kapitalı ilə ona əlavə olunması nəzərdə tutulmuş məbləğin cəmi (27255.63 manat) onun pensiya hüququnun yarandığı tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalını-28800 manat (144*200(144= gözlənilən pensiya ödənişli ayların sayı, 200=təyin olunmalı pensiyanın minimum həddi)) ödəmir. Vətəndaşa hal-hazırda təyin olunmuş pensiya minimum həddə çatdırılmaqla ödənilir. Şəxsin işlədiyini iddia etdiyi 1 il 5 ay sığorta stajının pensiya kapitalına çevrilərək onun mövcud kapitalına əlavə olunması heç bir dəyişiklik yaratmayacaq, iddiaçının pensiyasının yenidən hesablanması zamanı heç bir artım olmayacaqdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi iş müddəti onun sosial sığorta stajına əlavə edilsə belə ona xx.xx.2020-ci il tarixindən təyin edilmiş əmək pensiyasının məbləğində artım olmayacaqdır. Bu səbəblə də iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “1974-cü ildən 1979-cu ilə kimi Şəki rayonu Baş Göynük kənd “Qafqaz” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin müddət nəzərə alınmaqla pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar