Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1297/2020 25.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X20 və X12 adına Qax rayon Aqrar İslahat Komissiyasının iyul 2000-ci il tarixli 07 saylı qərarı ilə 0,29 hektar torpaq sahəsinin verilməsi barədə JN-026 F olan KOD 40309088 olan torpaq mülkiyyəti barədə olan şəhadətnamənin qüvvədən salınaraq etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X20 və X12 adına Qax rayon Aqrar İslahat Komissiyasının iyul 2000-ci il tarixli 07 saylı qərarı ilə 0,29 hektar torpaq sahəsinin verilməsi barədə JN-026 F olan KOD 40309088olan torpaq mülkiyyəti barədə olan şəhadətnamənin qüvvədən salınaraq etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, Xələftala kəndində olan mübahisəli torpaq sahəsi həmişə valideynlərinin, sonra da faktiki onların istifadələrində olmuşdur. Həmin sahə təqribən 14-15 faizdir. Həmin torpağa da fındıq kollarını valideynləri salmışdır. İndiyə qədər də onlar istifadə etmiş və həmin torpağın torpaq pulunu da onlar ödəmişdir. Hal-hazırda da onların istifadələrindədir. Həmin kənddə belə istifadədə olub vergisi ödənən torpaqlar çoxdur və belə torpaq istifadəçilərinə həmişə reyestr idarəsindən və torpaqla əlaqədar digər təşkilatlardan mütəxəsislər bildirmişlər ki, həmin torpaqların hüquqi sənədləri 5-6 ay müddətinə işlənib hazırlanaraq istifadəçilərə veriləcəkdir. Son zamanlar onlara məlum olmuşdur ki, istifadələrində olan 14-15 faiz torpaq sahəsi iş üzrə olan maraqlı şəxslər X10 və onun oğlu X13 adına JN-026 F olan 40309088 KOD nömrəli şəhadətnamə ilə yazılmışdır. Həmin şəhadətnamə qanunun tələblərinə zidd olaraq tərtib edilmişdir. Həmin şəhadətnamə maraqlı tərəfin istəkləri və mənafei naminə tərtib edilmişdir. Ona görə də həmin şəhadətnaməni inzibati məhkəmə vasitəsi ilə etibarsız hesab etdirmək istəyir. Fiziki şəxslərin və ya hüquqi şəxslərin fəaliyyətləri ilə əlaqədar qanunsuz əməllərinin aşkar edilməsi yalnız inzibati məhkəmələrin səlahiyyətlərinə aid olduğu üçün, ilk növbədə məhkəmədən xahiş edir ki, həmin şəhadətnamənin yaranması ilə yaranmış bütün qanunsuz halları üzə çıxarsın. Onu da bildirir ki, 16 iyul 1996-cı il tarixli «Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanunu başa çatmış olsa idi daima istifadələrində olan torpağa başqasının adına qanuna zidd şəhadətnamə yazıla bilməz idi. Məhkəmədən xahiş edir ki, aşağıda göstərilən məsələlərə aydınlıq gətirsin. Torpaq İslahatı haqqında qanuna əsasən bir şəxs yalnız bir dəfə pay torpağı ala bilər. Maraqlı şəxs olan X21 Qax rayonun Turaclı kəndində bir dəfə pay torpağı alıb satıb. Onlar istifadələrində olan və hər il vergisini verdikləri, torpaq sahəsi hansı səbəbdən ona verilmişdir. Onların və bir çox istifadəsində torpaq sahəsi olan şəxslərə, səlahiyyətli şəxslər və DƏDRX-nın 12 saylı ərazi idarəsinin işçiləri həmişə bildirmişlər ki, belə torpaqlara hüquqi sənədlər işlənir və 5-6 aya hazırlanıb veriləcəkdir. Məhkəmədən xahiş edir ki, araşdırılsın ki, həmin torpaqlarla əlaqədar istifadəçilərə hüquqi sənədlər həqiqətən də işlənilirmi. Üzərində əmlakı olan torpaq onlara məlumat verilmədən necə başqasına verilə bilər. Xahiş olunur həmin fakt araşdırılsın. Məhkəməyə bildirir ki, həmin torpaq sahəsi ailəsinin dolanacaq yeridir və ailəsi indiyə kimi həmin istifadələrində olan torpaq sahəsinin hüquqi sənədini gözləyir. Kənd camaatının çoxuda öz istifadələrində olan torpaq sahələrinin hüquqi sənədlərini gözləyir. İddia ərizəsində göstərdiyi faktları aşağıda göstərilən şahidlərdə təstiq edə bilərlər. X15 sabiq kolxoz sədri Qaxingiloy kəndi, X7, Xərəftala kəndi, Qax İngiloy kənd İcra Nümayəndəliyinin müavini Fərhad müəllim, Qaxingiloy kəndi, X2, X1. Bildirir ki, X20 hal-hazırda X11 imkansız vəziyyətindən istifadə edərək onun istifadəsində olan torpaq sahəsini də onun əlindən alıb özü istifadə edir. Ona görə də həmin şahidlərin hamısının dindirilməsini məhkəmədən xahiş edir. Bildirir ki, bu hadisənin yaranmasında kənd bələdiyyəsinin də məhsuliyyəti böyükdür. İstifadə olunan torpaqların hamısından bələdiyyələr vergi alır. 2019 və 2020-ci ildə dəfələrlə bələdiyəyə gedərək həmin torpağın pulunu ödəmək istədikdə onlar bəhanələrlə bu pulu qəbul etməyiblər. Torpaq pulu aldıqları torpaqların yeri və sahəsi bələdiyyənin kitablarında dəqiq görünməlidir. Həmin 2 ilin torpaq pulunun götürülməməsi bələdiyyələrə qarşı çox böyük şübhələr yaradır. Əgər həmin torpaq sahəsi onun istifadəsində olduğu üçün vergisini də o verirsə maraqlı şəxslərin də verdiyi torpaq pulu hansı sahəyə ödədiyi onların kitablarında görünməlidir. Onlar yaxşı bilirlər ki, istifadəsində olan torpaq üzərində iddiaçının əmlakı da var. Belə bir saxta şəhadətnamənin yaranmasında ən çox həmin təşkilatın fəaliyyəti var. Məhkəməyə bildirir ki, maraqlı şəxslər olan X20 və oğlu X21 ayrı-ayrı təsərrüfatlardadır və torpaq payı düşəndə də ayrı-ayrı şəhadətnamələr yazılmalıdır və X21 Turaclı kənd ərazisində aldığı torpaq da 29 hektar olub. Onların sonradan bir şəhadətnamədə birlikdə 29 hektar torpaqlarının yaranması araşdırılmalı məsələdir. Bildirir ki, həmin şəhadətnamənin üzə çıxmasında həmin bələdiyyənin və xəritəçəkmə idarəsinin Şəkidə olan şöbəsinin çox böyük fəaliyyətləri ola bilər. Əgər həmin qurumların birgə iş birliyi olmasa belə bir qanunsuz şəhadətnamə yarana bilməz. Ən azı bu işdən onların vaxtında xəbərləri olardı. Papiaşvili Amiranın atasının adı şəxsiyyət vəsiqəsində Jorayeviç gedir, şəhadətnamədə isə Jorjikoyeviç gedir. Bildirir ki, istifadəsində olan fındıq kollarını valideynləri salıb, bu günə qədər də onların istifadələrindədir. Əgər kolxozun qərarı ilə X14 və onun oğlu Papiaşvili Amirana kolxozdan əmlak payı düşübsə hansı əmlakdan və neçə manat dəyərində əmlakın düşdüyü kolxozun qərarında aydın göstərilməlidir. Əmlak düşəndə qərarda göstərilən miqdarda əmlak verilməlidir. Və həmin şəhadətnamədə həmin Qərar da göstərilməlidir. Şəhadətnamədə isə göstərilib ki, «dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilib» Beləliklə də aşağıdakı araşdırılmalı məsələlər üzə çıxır. İslahat Komissiyasının göstərilən qərarına baxış keçirilməsi, maraqlı şəxslərə kolxozdan əmlak payı düşübmü və düşən əmlak payları nədən ibarət olmuşdur, hansı məbləğdə olmuşdur və həmin əmlak payını maraqlı şəxslər almışdırmı, kolxozun bağçılıq təsərrüfatı hansı kənd ərazisində olub təsisçiləri kim olmuşdur, həmin bağda hansı meyvə yetişdirilmişdir və təsisçilər arasında necə bölünmüşdür. Bildirir ki, həmin saxta şəhadətnamənin yaranmasının əsas səbəbkarları yerquruluşu Layihə İnstitutu İdarəsinin işçiləri və bələdiyyə işçiləri ola bilər. Həmin şəhadətnamə maraqlı tərəfin istəyi əsasında tərtib edilmişdir. Şəhadətnaməylə torpaq ev olan ərazidə olan torpaq sahəsində verilir. Maraqlı tərəf isə Xərəftala kəndində yox, Qaxingiloy kəndində yaşayır. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununun 58.1-ci maddəsinə əsasən «İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. JN-026 F olan torpaq şəhadətnaməsi, bu qanunun 65.1.5-ci maddəsinə əsasən, faktiki səbəblər üzündən icrası mümkün olmayan torpaq şəhadətnaməsidir. Həmin şəhadətnamə X16 və X17 maraqları əsasında tərtib edilmişdir. Həmin bağ valideynləri tərəfindən salınmışdır. Əmlak faktiki onlara məxsusdur. Bu gunə kimi onların ailəsi həmin torpaq sahəsində işləyərək dolanır. Həmin sahənin saxtakarlıq yolu ilə tərtib edilmiş şəhadətnamə əsasında ailəsinin istifadəsindən alınması qanunun tələblərinə tamamilə ziddir. Həmin şəhadətnamə inzibati icraat haqqında hüquq normalarının pozulması və düzgün tədbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Həmin şəhadətnamə göstərilən qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz şəhadətnamədir. Bildirir ki, həmin saxta şəhadətnamədən xəbəri olan kimi DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 2 aya yaxındır ki, ərizəsinə cavab da ala bilməmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və iddia ərizəsinin məzmunundan da iddiaçının birbaşa məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Bu səbəblərdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən, habelə cavabdeh tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X20 və X12 adına Qax rayon Aqrar İslahat Komissiyasının iyul 2000-ci il tarixli 07 saylı qərarı ilə 0,29 hektar torpaq sahəsinin verilməsi barədə JN-026 F olan KOD 40309088olan torpaq mülkiyyəti barədə olan şəhadətnamənin qüvvədən salınaraq etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1297/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1297/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver