Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1299/2022 05.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən "xxxx" MMC-yə Qəbələ rayon Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncamın və xx.xx.2006-cı il tarixli 379 nömrəli icarə müqaviləsinin, həmçinin həmin sərəncam və icarə müqaviləsi əsasında verilən MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə iş materialları ilə birgə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC-yə Qəbələ rayon Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncamın və xx.xx.2006-cı il tarixli 379 nömrəli icarə müqaviləsinin, həmçinin həmin sərəncam və icarə müqaviləsi əsasında verilən MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Cavabdeh tərəfindən (iddiaçıya məlum olmayan sərəncamla) "xxxx" MMC-yə Qəbələ rayon Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixli 379 nömrəli icarə müqaviləsi əsasında 90 illik icarəyə verilmiş, həmin torpaq sahəsinə seriya MH ******* olan reyestr nömrəsi **********43, qeydiyyat tarixi xx.xx.2007-ci il qeydiyyat nömrəsi ********* saylı çıxarış işlənmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının və kənd sakinlərinin bu yaxınlarda "xxxx" MMC tərəfindən iddiaçı məhkəməyə cavabdeh qismində cəlb edilərkən xəbəri olmuşdur. Həmin torpaq sahəsi 40 nəfər kənd sakininin (aralarında qazi və şəhid ailələri də vardır) istifadə etdiyi Kürd kənd ərazisində yerləşən, Toxumçu təsərrüfat kimi istifadə edilən torpaqlardır. İddiaçı və toxumçu təsərrüfatın xəbəri olmadan, iddiaçı və torpağı istifadə edən kənd sakinlərinə bildirilmədən istifadə etdikləri torpaq sahəsinin 102 ha hissəsi Cavabdeh onlara məlum olmayan sərəncamı ilə "xxxx" MMC-yə, 198 ha hissəsi isə Qəbələ rayon Əmili kənd sakini X2 verilmiş, həmin torpağın da 102 ha hissəsinə reyestrdəm çıxarış alınmışdır. İddiaçı və torpaq sahəsinin digər istifadəçiləri artıq bu torpaqlardan istifadə edə bilmir, hansı ki, əvvəllər bu torpaq sahələrindən maneəsiz istifadə etmişlər. Qeyd olunan səbəblərə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1299/2022 nömrəli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuş "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron kabinet vasitəsilə iddia tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim olunmuşdur. Ərizədə qeyd edilmişdir ki, hazırkı iddia tələbi MMC-nin birbaşa maraqlarına toxunur. Belə ki, sözügedən ləğvi tələbi qoyulmuş müqavilənin bir tərəfi kimi çıxış etməklə yanaşı ləğvi qoyulmuş çıxarış üzrə də icarə hüquqları və onların dövlət qeydiyyatı onlara məxsusdur. AR Cavabdeh başçısının 145 saylı 11 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə (3 və 4-cü bəndlər üzrə) qərara alınmışdır ki, "xxxx" MMC-yə üzümçülüyün inkişafı üçün uzunmüddətli icarəyə ayrılmış 174.0 ha torpaq sahəsi cəmiyyətə təhkim olunsun və ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə olunmasına həmçinin qeyd olunan sahənin biomüxtəlifliyinin qorunub saxlanmasına nəzarəti gücləndirməklə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən istifadə şəhadətnaməsinin alınmasına köməklik göstərilsin. Həmçinin 4-cü bənd üzrə isə qeyd edilmişdir ki, "xxxx" MMC-yə tapşırılsın ki, ayrılmış torpaq sahəsindən istifadəni AR Torpaq Məcəlləsinə uyğun həyata keçirməklə qeyd olunan sahədən təyinatı üzrə istifadə etsin, rayon icra hakimiyyəti ilə icarə müqaviləsi bağlasın. Daha sonra bu Sərəncam əsasında Cavabdeh ilə "xxxx" MMC arasında 30 oktyabr 2006-cı il tarixli 379 saylı İcarə müqaviləsi bağlanaraq 174 ha torpaq sahəsi 90 illik müddətinə MMC-nin icarəsinə verilmişdir. Bütün bu sənədləşmənin yekununda isə faktiki təhvil verilmiş 102 ha torpaq sahəsinə dair icarə hüquqlarının qeydiyyatını təsdiq edən Seriya MH ******* olan ********* qeydiyyat nömrəli, reyestr nömrəsi **********43, qeydiyyat tarixi 9.06.2007-ci il tarixli çıxarış verilmişdir. "xxxx" MMC tərəfindən İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz olaraq əkməsi və torpaq sahəsindən qanunsuz istifadəsi halı aşkarlanmış və ona dəfələrlə şifahi şəkildə torpaq sahəsini boşaltması təklif olunsa da, o buna məhəl qoymamışdır. Ona görə də tərəfimizdən Şəki Kommersiya məhkəməsinə müraciət edilərək “cavabdeh İddiaçı Qəbələ Rayonu Qaş ərazisində yerləşən, ümumi sahəsi 102 ha olan torpaq sahəsinə girişinə və ondan istifadəyə qadağa qoyulması, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının sahibliyində olan torpaq sahəsinə münasibətdə istənilən müdaxiləsinə son qoyulması barədə müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Həmin iddia 63/2022 saylı nömrə ilə məhkənin icraatında götürlmüş və məhkəmə araşdırması nəticəsində iş üzrə zəbt edilmə halının olub-olmamasının təyin edilməsi və s. məqsədlərlə “işin hallarının araşdırılaraq məhkəməyə mütəxəssis rəyinin verilməsi” üçün Şəki Kommersiya məhkəməsi tərəfindən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edilmişdir. 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən verilmiş **********29 saylı 05 mart 2022-ci il tarixli mütəxəssis rəyi ilə məhkəməyə cavab verilmişdir ki, "xxxx" MMC-yə məxsus torpaq sahəsinin çıxarışda göstərilən 102 ha ərazisindən 56,46 ha hissəsi həqiqətən də İddiaçı tərəfindən zəbt edilmişdir. Beləliklə, göründüyü kimi İddiaçı özünə məxsus olmayan torpaq sahəsinə qanunsuz müdaxilələr həyata keçirməyi yetməzmiş kimi həm də iddia tələbi ilə də çıxış edir ki, "xxxx" MMC-yə məxsus (icarə hüquqları əsasında) torpaq sahəsinin çıxarışı ləğv edilsin, onunla bağlanmış icarə müqaviləsi ləğv edilsin. İş üzrə üçüncü şəxs ərizəsində iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan: "xxxx" MMC-nin ərizəsinə əlavə olunmuş Qəbələ RİH başçısının xx.xx.2006-cı il tarixli 145 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncamla Qəbələ rayonunun “Qaş” adlanan ərazisindən X4 məxsus olan torpaqlardan 174,0 ha torpaq sahəsi Aqro-Azərinvest” MMC-nin uzunmüddətli icarəsinə ayrılmışdır. "xxxx" MMC-nin ərizəsinə əlavə olunmuş xx.xx.2006-cı il tarixli 379 nömrəli “Müqavilə”nin surətindən görünür ki, Qəbələ RİH başçısının xx.xx.2006-cı il tarixli 145 nömrəli sərəncamı ilə ayrılmış 174,0 hektar torpaq sahəsi 90 il müddətinə MMC-nin icarəsinə verilmişdir. "xxxx" MMC-nin ərizəsinə əlavə olunmuş mütəxəssis rəyinin surətində qeyd olunur ki, Qəbələ rayonunun “Qaş” adlanan ərazisində "xxxx" MMC-yə məxsus çıxarışda göstərilən ümumi sahəsi 102 ha olan torpaq sahəsinin faktiki sahəsi 94,9820 ha təşkil edir. Həmin torpaq sahəsinin 56,4516 ha sahəsi İddiaçı tərəfindən zəbt olunmuşdur. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, nəzərinə çatdırılmışdır ki, iddia tələbində "xxxx" MMC-yə Qəbələ Rayon Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncamın, icarə müqaviləsinin, həmin sərəncam və icarə müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edilsə də, mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Qaldırılan iddia üzrə iddiaçının subyektiv hüquqa malik olub-olmadığının araşdırılması zərurəti yaranmışdır. Bu səbəbdən "xxxx" MMC-yə qarşı mübahisəli torpaq sahəsinə dair tərtib edilmiş sərəncam, icarə müqaviləsi və çıxarışın ləğv edilməsinə münasibətdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zərurəti yarandığından, mübahisəli torpaq sahəsinə dair iddiaçının hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etmək təklif olunmuşdur. Yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya vaxt verilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əlavə olunmuş Kürd kənd İƏD nümayəndəliyin xx.xx.2022-ci il tarixli 143 nömrəli arayışında qeyd olunur ki, Qəbələ rayonunun “Qaş” adlanan ərazisində yerləşən 102 ha torpaq sahəsi bölgü üzrə Qəbələ rayonu Kürd kəndinin ərazisində yerləşir. İddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əlavə olunmuş “İcarə müqaviləsi”nin surətindən görünür ki, Qəbələ RİH başçısının sərəncamı ilə “Səbuhi” kəndli fermer tərəsərrüfatına 20 il müddətinə 50 ha torpaq sahəsi icarəyə verilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə əlavə olunmuş xx.xx.2017-ci il tarixli **********213800 nömrəli “Kommersiya qurumunun dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, “Səbuhi” kəndli fermer təsərrüfatının qanuni təmsilçisi İddiaçıdur. Həmçinin ərizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Təsis payının bağışlanması müqaviləsindən görünür ki, İddiaçı “Səbuhi” Kəndli (Fermer) Təsərrüfatında olan nizamnamə kapitalının məbləği 10 manat, nizamnamə kapitalındakı payı 100 pay, nizamnamə kapitalındakı faizi 100% olan payından 10 manat məbləği, 100%-i hədiyyə alan X1 verir, hədiyyə alan isə qəbul edir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi mübahisəli torpaq sahəsinə dair iddiaçıya məxsus olan hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İddiaçı iddia ərizəsində də, mübahisəli torpaq sahəsinə onun mülkiyyət və ya istifadə hüququnun olmasını təsdiq edən sənədə malik olmasını bildirməmiş, belə bir sənəd təqdim etmədən hazırkı iddia tələbini irəli sürmüşdür. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddia mümkün hesab edilməməlidir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən "xxxx" MMC-yə Qəbələ rayon Kürd kəndinin Qaş adlanan ərazisindən 102 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş sərəncamın və xx.xx.2006-cı il tarixli 379 nömrəli icarə müqaviləsinin, həmçinin həmin sərəncam və icarə müqaviləsi əsasında verilən MH seriyalı ******* nömrəli, ********* qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1299/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1299/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver