Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-13/2020 11.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən 599,5 kv.m torpaq sahəsindən 0.02 ha torpağı hərracdan kənar qaydada onun ailəsinə satılması öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən 599,5 kv.m torpaq sahəsindən 0.02 ha torpağı hərracdan kənar qaydada onun ailəsinə satılmasını öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 mənzil 2 saylı ünvanda yerləşən 2 otaqlı ümumi sahəsi 37.88 m2 olan yaşayış evindən iddiaçının payına 1/56 övladları Mehdizadə Rövşən, Mehdizadə Elşən, Mehdizadə Aygünün hərəsinə 1/56 olmaqla ailəsinə ümumi 4/56 vərəsə payı bölünmüşdür. Yerdə qalan hissə isə vərəsələr arasında bölünmüşdür. Bu payların bölgüsü onun adına verilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli Çıxışda qeyd olunmuşdur. Yaşadığı ünvan N.Rəfibəyli küçəsi ev 4/8 mənzil 2 həyət evinin ümumi sahəsi 37.88 m2 yaşayış evinin altındaki 599,5 kv metr torpaq sahəsindən ayırıb onun ailəsinə 0,02 ha hərracdan kənar qaydada satılması haqda cavabdeh X1 ərizə ilə müraciət etsə də mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə üçünçü şəxs X2 Ali Məhkəmədəki cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı "Mingəçevir Bələdiyyəsi tərəfindən təsdiq edilmiş "ünvan 2 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(84)-641/2018 nömrəli işinə baxılıb yekun qərar qəbul edilənədək hazırkı işin icraatı dayandırılmışdır. İddiaçı X2 cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı "Mingəçevir Bələdiyyəsi tərəfindən təsdiq edilmiş "ünvan 2 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-641/2018 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Həmin iş üzrə üçüncü şəxs X3 tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(107)-18/2020 nömrəli qərardadı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2-1(84)-641/2018 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(102)-950/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(107)-18/2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-13/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən 599,5 kv.m torpaq sahəsindən 0.02 ha torpağı hərracdan kənar qaydada onun ailəsinə satılması öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən mümkün sayılmamalıdır. İş materiallarında olan X4 Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1085 saylı məktubundan görünür ki, ünvan 2 mənzil 2 saylı ünvanda yerləşən 599,5 kv metr torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-950/2020 nömrəli qərarında (əsaslandırma hissəsində) qeyd olunmuşdur ki, işdən görünür ki, iddiaçının hüquqi marağı evinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının rəsmiləşdirilməsi ilə bağlıdır. Bu məqsədlə o, bələdiyyəyə qarşı iddia qaldıraraq evinin yerləşdiyi torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, apelyasiya instansiyası məhkəməsi həmin qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Hər iki məhkəmə instansiyası bu nəticəyə gələrkən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının qərarı ilə ləğv edilmişdir. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ona əsaslanmışdır ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir, məhkəmələr isə torpağın bələdiyyə və ya dövlət mülkiyyətində olması ilə bağlı ətraflı araşdırma aparmamışlar. Təkrar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alan apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mübahisəli torpaq sahəsinin statusunun müəyyənləşdirilməsi ilə bağlı sorğu edilmiş, buna cavab olaraq Xidmətin xx xxxxxx 2019cu il tarixli arayışında bildirilmişdir ki, Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, 4/8 saylı ev dövlət vəsaiti hesabına tikilmiş həyətyanı torpaq sahəsi olan evlərdəndir. Torpaq sahəsi evin mülkiyyətçisi tərəfindən qanunsuz istifadə edilən torpaq deyildir. Lakin, bununla belə torpağın mülkiyyətə verilməsinə dair JN-1488A nömrəli şəhadətnamənin qanuni olmasını demək olmaz. Çünki, şəhadətnamədə mülkiyyətçi kimi yalnız evin mülkiyyətçilərinin adları qeyd oluna bilər. Bunu isə aidiyyəti sahə üzrə mütəxəssis və ya ekspert araşdıra bilər. Torpaq sahəsinin mülkiyyət növünə gəldikdə isə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatın idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin dördüncü və beşinci hissələrinə müvafiq olaraq fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinin ikinci hissəsinə görə, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Belə olan halda, iddiaçı arzuladığı məqsədə çatmaq üçün, yəni evinin yerləşdiyi torpaq sahəsinə hüququnu rəsmiləşdirmək üçün yuxarıda qeyd edilən Qanuna əsasən mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən və iddiaya inzibati məhkəmədə baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən 599,5 kv.m torpaq sahəsindən 0.02 ha torpağı hərracdan kənar qaydada onun ailəsinə satılması öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-13/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-13/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver