Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-130/2020 11.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili X14, üçüncü şəxs X20, cavabdehin nümayəndəsi X21 iştirakı ilə İddiaçılarİddiaçı1, İddiaçı2, X33, X15, X8 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X37rşı (üçüncü şəxslər X31, X34, X26, X35) “cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, X33, X15, X8 və X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X37rşı (maraqlı şəxs X31) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılara ailədə 8 nəfər olmaqla Azərbaycan Respublikasında aparılan Aqrar İslahat nəticəsində JN-0056 nömrəli Dövlət Aktı əsasında verilmiş 3.35 ha pay torpaq sahəsinə X16 adına təmamiylə qanunsuz əsaslarla Azərbaycan Respublikası ƏMDK DDRX-nin 12 saylı X51 tərəfindən ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçıya xx xxxxxxxx 2019-cu il tarixdə yardım məktubu göndərilərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin maddənin tələbinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəməyə ünvanladığı ərizə iddia ərizəsi formasında tərtib edilməmiş, habelə iddiaçıların adı, ünvanı göstərilməmiş və X31 maraqlı şəxs kimi qeyd edilmişdir. İddiaçı yardım məktubunda qeyd olunan çatışmazlıqları aradan qaldıraraq məhkəməyə xx xxxxxxxx 2019-cu il tarixli ərizə göndərmiş və X22 üçüncü şəxs qismində qeyd etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli 2-1(84)-1428/2019 nömrəli qərardadla X34, X26, X27 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019cu il tarixli 2-1(84)-1428/2019 nömrəli Qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Qax rayonu Qaysarlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 10 saylı qərarının, Qax rayonu X13 xx xxxxxx 2004-cü il tarixli qərarının ləğv edilməsi iddiası təmin edilməmişdir. İddiaçı1 Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli Qətnaməsindən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(107)- 331 saylı qərarı ilə təmin edilməmişdir. İddiaçı1 Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(107)-331 saylı qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. X11 rayon X13 xx xxxxxx 2004-cü il tarixli, 02 saylı qərarını, Qaysarlı Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli, 10 saylı qərarını, bələdiyyə tərəfindən təsdiqlənmiş sxem və məhkəmə qərarlarını təqdim etməklə Qaysarlı kəndində yerləşən və faktiki istifadəsində olan 3.35 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün ərazi darəsinə müraciət etmiş, xx xxxxxx 2017ci il tarixdə sözügedən torpaq sahəsinə X16 adına 4 nəfər ailə üzvü ilə birlikdə RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirərək qeyd etmişlər ki, bu əsassız iddia ərizəsinə əlavə olunmuş sənədlərin siyahısına baxdıqda görünür ki, mübahisələndirilən eyni bir məsələ barəsində 9 (doqquz) məhkəmə qətnaməsi, 3 (üç) ədəd - Ali Məhkəmənin də qərardadı daxil olmaqla, məhkəmə qərardadları, 1 (bir) ədəd DƏX-in imtina məktubu vardır. Artıq 5 (beş) ildir davam edən bu məhkəmə çəkişmələri, ortada olan 12 (on iki) ədəd məhkəmə qərarları və imtina məktubu «iddiaçılar» kimi qarşı tərəfi qane etmirsə, onlar «sakitləşmirlərsə», deməli, cığallıq edirlər. Belə demək mümkünsə, bu 5 (beş) ildə «cığallıq eləmək» sanki onlar üçün vərdişə çevrilib və qarşı tərəf onları qıcıqlandırmağı özlərinin xobbisinə çeviriblər. Bu arada qeyd etmək yerinə düşür ki, 5 (beş) illik məhkəmə çəkişmələrinin labüd və qanuni nəticəsi ortada olduğu halda, «iddiaçıların» vəkili T.C.Şamxalovun onları yenə «darta-darta» dalınca aparması və «iddiaçıların» da onun dalınca getməsi, sadəcə olaraq, acı təəssüf doğurur. Üçüncüsü, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli qərardadındakı izahatında hazırkı - artıq «5 (beş) illik iddiaçı» İddiaçı1 özü bildirir ki, pay torpaq sahələri atası Məmmədəli Davudovun razılığı və imzası ilə dəyişdirilmişdir və dəyişdirilmə həmin dövrün tələb etdiyi rəsmiyyət - sənədləşdirmə qaydalarına tam uyğun şəkildə aparılmışdır. Yəni «iddiaçıların» «vəkilinin» uydurduğu «notarial müqaviləyə» heç bir ehtiyac qalmır. Çünki torpaq islahatını notariat kontoru aparmamışdır, islahatı Azərbaycan Respublikası Dövlət X29 özünün rayon və rayonlarda yerli aqrar islahat komissiyaları vasitəsilə aparmışdır. Ona görə də, pay torpaqları ilə bağlı istənilən məsələni yerli X13, yerli bələdiyyənin və Qax rayon X13 həll etmək hüququ vardır və onlar tamamilə qanuni olaraq bu hüquqlarını tətbiq ediblər. Özlərini «iddiaçılar» kimi qələmə verən qarşı tərəf (6 (altı) nəfər)-dən, üstəlik də «vəkili», bunlardan biri də olsa dərk eləmirlərmi ki, bütün bu 5 (beş) illik məhkəmə icaatlarının onlar üçün heç bir perspektivi ola bilməz! Digər tərəfdən hazırkı mübahisəyə gətirib çıxaran JN-00xx xxx 40313018 №li «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» payçı - mülkiyyətçi kimi X4 adına verilmişdir və hazırda peyda olmuş «iddiaçılar» mülkiyyətçi M.S.Davudovun ailə üzvləri kimi bu aktda qeyd olunmuşlar. Mübahisələndirilən torpaq sahəsi hələ islahatdan əvvəl onların istifadəsində olmuş və indi də onların mülkiyyəti olaraq rəsmiləşdirilmişdir. İslahat zamanı, sadəcə olaraq, texniki səhv üzündən Dövlət Aktları səhv işlənmişdir. Dövlət Aktlarının səhv işlənildiyini bildikdən sonra mülkiyyətçi kimi onun və mülkiyyətçi kimi M.S.Davudovun razılığı ilə Qaysarlı kənd bələdiyyəsinin qərarı olmuş və bu qərar Qax rayon AİK-nın qərarı ilə təsdiq edilmişdir. Bununla da iş bitmişdir. Bundan sonra keçən 10 (on) ildən çox müddət ərzində, mülkiyyətçi M.S.Davudovun sağlığında hazırkı «iddiaçıların» səsləri çıxmamış, kişi öləndən sonra kimlərinsə fitvası ilə küyə düşüb artıq 5 (ildir) ki, cürbəcür mənasız və əsassız iddialarla, öz yanlarında fikirləşirlər ki, guya onları məhkəmə qapılarında süründürürlər. Ancaq anlamırlar ki, indidən sonra da 5 (beş) il çabalasalar da, yenə də tələbləri əsassız və qanunsuz olduğuna görə özləri məhkəmə qapılarında sürünə-sürünə qalacaqlar. Adamlar anlamırlar ki, öz ataları mülkiyyətçi kimi iradəsini ortaya qoyaraq, qarşılıqlı razılıqla pay torpaqlarının səhv işlənmiş aktlarının dəyişdirilməsinə icazə vermiş və bu barədə rəsmi qərarlar verilmişdir. Əgər, onlar bu qərarlardan narazı idilərsə, atalarının sağlığında - on ildən çox müddət ərzində bu narazılıqlarını niyə bildirmirdilər. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxs iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan JN-00xx xxx 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı”nın surətindən müəyyən edilir ki, Qax RAİK-nın 1998-ci il 30 iyul tarixli 08 nömrəli qərarı ilə 3.35 ha torpaq sahəsi X4 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(84)-303/2015 nömrəli Qərarı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X16 Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (həmin iş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod 40313028) və JN seriyalı 0057 nömrəli (kod 403130028) Dövlət aktlarının etibarsızlığının tanınması” barədə iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(107)-246/2015 nömrəli Qərarı ilə həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-207/2016 nömrəli Qərarı ilə həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(107)-246/2015 nömrəli Qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(107)-114/2016 nömrəli Qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli Qərarı ləğv edilmiş, həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X16 Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (həmin iş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod 40313028) və JN seriyalı 0057 nömrəli (kod 403130028) Dövlət aktlarının etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-1060/16 nömrəli Qərarı ilə , həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X31 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(107)-114/2016 nömrəli Qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsi ilə həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X33, X15, X8 və X1 həmin iş üzrə cavabdehlər X32, X28 və X7 qarşı “cavabdehlərin onların qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, Qax rayon X13 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 3.35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə onlara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək onlara təhvil verilməsinə dair” iddia tələbi əsassız olduğundan rədd edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-382/2016 nömrəli Qətnaməsi ilə Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsindən həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X33, X15, X8 və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilmiş, cavabdehlər X32, X28 və X10 JN 0056 nömrəli (kod 40313028) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X33, X15, X8 və X1 qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmışdır. Qax rayon X13 xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli (kod 40313028) Torpağa mülkiyyət hüququna dair dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X33, X15, X8 və X2 verilmiş 3.35 ha pay torpaq sahəsi həmin qərarla naturada ölçülərək onlara təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-1845/17 nömrəli Qərarı ilə Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli işi üzrə cavabdeh X5 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-382/2016 nömrəli Qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)-382/2016 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(84)-866/2016 nömrəli Qərardadı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X16 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Ərazi İdarəsinə qarşı “Davudov Məmmədəli və onun ailə üzvlərinə verilmiş JN seriyalı 0056 nömrəli KOD 40313028 olan xx.xx.1998-ci il tarixli dövlət aktının cizgiləri (cizgi planı) X31 və onun ailə üzvlərinin adına verilmiş JN 0057 nömrəli KOD 40313028 olan xx.xx.1998-ci il tarixli dövlət aktının cizgiləri (cizgi planı) ilə dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(84)-673/2015 nömrəli Qərardadı ilə hazırkı iş üzrə İddiaçı1 həmin iş üzrə cavabdehlər Qax rayon Qıpçaq bələdiyyəsinə, Qax rayon İcra Hakimiyyətinə qarşı “Qax rayon Qaysarlı kənd bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı iclas qərarının, Qaysarlı kənd sakini X16, X4 razılığı nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-biri ilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax rayon X13 xx xxxxxx 2004-cü il tarixli qərarının, Qaysarlı kənd bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı iclas qərarına aid hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli Qərardadı ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli Qərardadından həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-640/16 nömrəli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli Qərardadından həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)-331/2015 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X31 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 360 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qaysarlı kənd sakini X16 ərizəsi nəzərə alınmış, ona Qıpçaq kəndinin Arx arası sahəsindən düşmüş 3.12 ha torpaq payını Qıpçaq kənd sakini X6 Qaysarlı kəndinin “yonca qoruq” adlanan ərazisindən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməyə icazə verilmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 360-9 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon X13 iclasının Qərarına əsasən Qaysarlı bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 saylı iclasının qərarı təsdiq edilmiş, Qaysarlı kənd sakini X23 Qıpçaq kəndinin Arx arası sahəsində düşən 3.12 ha torpaq payı Qıpçaq kənd sakini X6 Qaysarlı kəndinin “yonca qoruq” adlanan ərazisindən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X40 və ölçü sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli Qərarına əsasən X12 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN 00xx xxx 40313028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” sənədin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax RAİK-nın 1998-ci il 30 iyul tarixli 08 nömrəli Qərarı ilə 3.12 ha torpaq sahəsi hazırkı iş üzrə üçüncü şəxslər X31 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Qax rayon Məhkəməsinin hakimi X30 ilə təyin edilmiş xx.xx.2015-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinin surətindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin x xxxxxx 2015-ci il tarixli **********71 saylı məktubu ilə məhkəməyə və mərkəzə ünvanlanmış X19-Tədqiqat Mərkəzinin 12 saylı Şəki LTİ-nin tərtib etdiyi mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq Qax rayonu X13 1998-ci il iyul tarixli, 08 saylı qərarı ilə 3.35 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulmuş pay torpaq sahəsi JN 0056 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş pay torpaq sahəsinin uzun müddətdir cavabdeh X32 tərəfindən istifadə edildiyi müəyyən edilir. Həmçinin rəydə qeyd olunur ki, mütəxəssis rəyində Qax rayonu AİK-nın 1998-ci il 30 iyul tarixli 08 saylı qərarı ilə 3.35 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulmuş pay torpaq sahəsi JN 0056 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək iddiaçılara təhvil verilməsinin məhkəmənin müvafiq qərarından sonra mümkün olduğu göstərilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli Qərarı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(107)-246/2015 nömrəli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2- 1(102)-207/2016 nömrəli Qərarı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(107)-114/2016 nömrəli Qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-1060/16 nömrəli Qərarı, Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-382/2016 nömrəli Qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-1845/17 nömrəli Qərarı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)- 866/2016 nömrəli Qərardadı, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-382/2016 nömrəli Qərardadı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-673/2015 nömrəli Qərardadı, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(107)- 331/2015 nömrəli Qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2-1(102)-640/16 nömrəli Qərarı, RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışın təsdiq edilmiş surəti, Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 360 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surəti, Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 360-9 nömrəli arxiv çıxarışının təsdiq edilmiş surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X40 və ölçü sənədinin təsdiq edilmiş surəti, JN 00xx xxx 40313028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” sənədin təsdiq edilmiş surəti, xx.xx.2015-ci il tarixdə Qax rayon Məhkəməsinin hakimi X30 ilə təyin edilmiş xx.xx.2015-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi, JN-00xx xxx 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı”nın surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Üçüncü şəxslər X31, X26 və X35 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15-dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. İşin araşdırlmış halları ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan mübahisəli çıxarışı verərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçıların adına verilmiş JN-00xx xxx 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı” qüvvədə olduğu halda həmin torpaq sahəsinə dair 3-cü şəxslərin mülkiyyət hüququnu qeydə almışdır. Çıxarışın verilməsinə əsas kimi qəbul etdikləri Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli qərardadı üzrə hazırki cavabdeh ümumiyyətlə tərəf olmamış, həmin qərardadla onun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X41 üzərinə RX seriyalı ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-130/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-130/2020
11.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver