Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1301/2020 25.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “2017, 2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi “Dostluq” parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “2017, 2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri N.Nərimanov küçəsi "Dostluq" parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşamaqla həmin ünvanda qeydiyyatdadır. İddiaçı Mingəçevir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxx 2017-ci il tarixdə Mingəçevir Bələdiyyəsi ilə torpaq sahəsinə dair icarə müqaviləsi bağlayaraq Mingəçevir Bələdiyyəsinin ümumi istifadəsində olan şəhərin N.Nərimanov küçəsində yerləşən "Dostluq" parkının cənub hissəsində 200 kv.m torpaq sahəsini icarəyə götürmüşdür. Həmin ərazi əvvəllər xarabalıq və baxımsız ərazi olduğundan şəhər icra hakimiyyəti ilə razılaşaraq həmin ərazidə abadlaşdırma işləri aparmışdır. 20000 manat məbləğində həmin əraziyə ağac və gül kolları əkmişdir. 2017, 2018 və 2019-cu illərdə həmin ərazidə əsaslı abadlaşdırma işləri apararaq həmin ərazidə böyük bir park salmışdır. Həmin ərazidə iddiaçıya məxsus avtoyuma sexi və çayxana fəaliyyət göstərirdi. 2019-cu ilin iyul ayının 1-də Mingəçevir Bələdiyyəsinə müraciət edərək, 2017, 2018 və 2019-cu illərdə bağlanmış torpaq icarə müqaviləsinin müddətinin uzadılması üçün cavabdeh orqana müraciət etmişdir. X1 x xxxxxx 2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Mingəçevir şəhərində xx xxxxxx 2020-ci ilədək sərt karantin rejimi tətbiq edilməsi və yay mövsümünün bitməsi ilə əlaqdar onunla müqavilə bağlanması mümkün deyil. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin məktubda qeyd edilmişdir ki, təqdim etdiyi tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, qeyd etdiyi tələblə bağlı aidiyyəti üzrə rayon (şəhər) və ya kommersiya məhkəməsinə müraciət etmək iddiaçıya tövsiyə edilmişdir. Yuxarıda qeyd olunanla bağlı münasibət bildirməsi üçün üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu xx xxxxxxxx 2020-ci il tarixdə imzalanaraq alınmışdır. Məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı 2017, 2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri N.Nərimanov küçəsi “Dostluq” parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 07/3 nömrəli qərarından görünür ki, iddiaçıya Mingəçevir Bələdiyyəsinin ümumi istifadədə olan torpağında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə və s) ödənilməsi məqsədi ilə tikinti aparılmadan, xidmət yerinin seçilməsi, mövsümi xarakter daşıyan obyektin yerləşdirilməsi və quraşdırılmasına razılıq verilmişdir. İş matriallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli 67 nömrəli müqavilənin 1-ci bəndinə əsasən iddiaçıya 200 kv.m torpaq sahəsi mövsümi çayxana fəaliyyəti üçün 1 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müqavilə müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1029 nömrəli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçının mövsümi xarakter daşıyan ictimai iaşə obyektinin yerləşdirilməsi üçün müqavilə bağlanması ilə bağlı müraciətinə baxılmışdır. Mingəçevir şəhərində xx.xx.2020-ci ilədək sərt karantin rejimi tətbiq edilməsi və yay mövsümünün bitməsi ilə əlaqədar onunla müqavilə bağlanmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının hüquqi marağı onunla bağlanmış icarə müqaviləsinin müddətinin uzadılmasından ibarətdir, bunun üçün də o, hazırki tələblə mülki icraat qaydasında kommersiya məhəməsinə müraciət etməlidir. Tərəflər arasında olan münasibətlər mülki xarakterlidir və müqavilə ilə tənzimlənir. Onlar mülki hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış edirlər. Bundan başqa iddiaçının iddia ərizəsinə əlavə etdiyi iddianın təmini tədbiri barədə ərizəsinə münasibətdə də qeyd olunur ki, işə inzibati məhkəmədə baxılmalı olmadığından həmin ərizəyə də qiymət verilməsi mümkün deyil. Ona görə də iddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommersiya və ya rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “2017, 2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi “Dostluq” parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2-1(116)-1301/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1301/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver