Məhkəmə qərarları › İş №2-1(116)-1303/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1303/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1303/2025 11.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz hesab edilməsi və torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1 etdi: Təsviri hissə : Qəbələ rayonu Həzrə bələdiyyəsi 21 may 2006-cı il tarixli iclasında bələdiyyənin (bələdiyyə şurasının) rayonun Bunud kənd İN-in 102 saylı 19 may 2006-cı il tarixli arayışına əsasən Həzrə kənd sakinləri Həmidova (nikahdan sonra Dəmirova soyadı verilmişdir) Sevincə və Nümayəndə texniki səhv olaraq ayrılmamış torpaq paylarının verilməsinə etiraz etməməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar bələdiyyənin 21 may 2006-cı il tarixli 05 saylı iclas protokolu ilə rəsmiləşdirilmişdir. İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, Qəbələ rayonunun Həzrə kəndində yerləşən 0,52 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsi 27 may 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinanı torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh DƏDKR 9 saylı Şəki Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz hesab edilməsi və torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürmüşdür. İddiaçı mövqeyini belə əsaslandırır ki, o, Qəbələ rayonunun Həzrə kənd sakinidir. Torpaq islahatı aparılan zaman Həzrə kəndində yaşamağına baxmayaraq, səhvən onun adı torpaq payı almaq hüququ olan şəxslərin siyahısına daxil edilməmişdir. Bu səbəbdən iddiaçı Həzrə bələdiyyəsinə müraciət edərək ona torpaq payının verilməsini xahiş etmişdir. Həzrə bələdiyyəsi isə 21 may 2006-cı il tarixli 05 saylı protokolu ilə səhvən ayrılmamış torpaq sahəsinin ona verilməsinə etiraz olunmamasını qərara almışdır. Bundan sonra DTXK Qəbələ rayon şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və torpaq sahəsi ona təhvil verilmişdir. Torpaq sahəsi həmin vaxtdan indiyədək onun istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh DƏDKR 9 saylı Qəbələ Ərazi İdarəsinin imtinasını mübahisələndirir. Cavabdeh DƏDKR 9 saylı Şəki Ərazi İdarəsi iddia ilə bağlı məhkəməyə 27 may 2024-cü il tarixli imtina məktubu ilə eyni məzmunda yazılı münasibət təqdim etmişdir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etdi və onun mümkün sayılmamasını xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Qəbələ rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Qəbələ rayonu ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Hazırkı işin hallarına görə İddiaçı barəsində Qəbələ rayonu Həzrə bələdiyyəsinin qərarı ona torpaq sahəsi ayrılması barədə deyil, torpaq sahəsinin ayrılmasına etiraz olunmaması barədədir. Başqa sözlə desək, iddiaçıya torpaq sahəsi ayrılması ilə bağlı icraatı cavabdeh Qəbələ rayonu Həzrə bələdiyyəsi tam başa çatdırmamışdır. Belə hal nəticə yaradır ki, iddiaçının konkret hansısa torpaq sahəsinə hüququ yaranmış olmur. Odur ki, hazırkı iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcud deyil. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz hesab edilməsi və torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar