Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1305/2020 25.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “Şəki rayonu Çeşməli kənd sakini Cavabdeh2 adına qeydiyyata alınmış, ******* nömrəli, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatının və 19.02.2019-cu il tarixli reyestr nömrəsi **********19 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Çeşməli kənd sakini Cavabdeh2 adına qeydiyyata alınmış, ******* nömrəli, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatının və 19.02.2019-cu il tarixli reyestr nömrəsi **********19 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin ləğvi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki şəhər Bələdiyyəsinin 30.01.2007-ci il tarixli 01/05 nömrəli qərarı ilə Şəki şəhəri 125-ci kvartaldan fərdi yaşayış evi tikmək üçün X1 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahəsi 14.01.2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə onun adına qeydiyyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. O zaman həmin torpaq sahəsi üçün sənədlər əsasında (reyestrdən çıxarış) evi inşa edərkən evinin arxasından qonşu ərazi ilə 1 metrə yaxın ərazi saxlayaraq evi inşa etdirmişdir. Həmin saxladığı 1 metr ərazini gələcəkdə evin arxasında nəmişlik olmaması üşün beton bərkitmə işləri görmək üçün saxlamışdır. Lakin sonradan 2019-cu ilin əvvəllərində yeni sənədlər hazırlanarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən onun sahəsi ilə qonşu sahənin üst-üstə düşdüyü bildirilmişdir. Və bunu texniki səhv kimi qiymətləndirmişlər. Həmin səhvi aradan qaldırmaq üçün ona və üçüncü şəxs Cavabdeh2 təklif etmişlər ki, aktla həmin texniki səhv aradan qaldırılsın və onlara yeni torpaq sahəsinin planı və ölçüsü sənədi verilsin. Eyni zamanda bildirmişlər ki, evin arxasında saxladığı torpaq sahəsindən onsuzda heç biri istifadə edə bilməyəcək. Ora nə isə əkmək və ya sərhəd zonası olduğu üçün tikili aparmaq mümkün deyil. Məhz buna görədə razılıqları əsasında 18.02.2019-cu il tarixində akt tərtib edilmiş və texniki səhv aradan qaldırılmış və evinin arasında gələcəkdə görəcəyi işlər üçün saxladığı 1 metrə yaxın torpaq sahəsi qonşu əraziyə, iddiaçı Cavabdeh2 verilmişdir. Həmin ərazi qonşu ərazisinə verildikdən sonra onun ərazisi artıq 600 kv.m-dən az qalmışdır. Son dövrlər yağış damcıları və s. nəticəsində evinin arxasında nəmişlik yaranmışdır. Bu gələcəkdə evin çökməsi ilə nəticələnə bilər. Məhz buna görədə həmin hissəyə beton bərkitmə işləri aparmaq məcburiyyətində qalmışdır. Buna görədə evin arxasında beton bərkitmə işləri apardıqdan sonra Cavabdeh2 iddia tələbi ilə məhkəməyə müraciət edərək onun evinin sökülməsini xahiş etmişdir. Nəticədə işə məhkəmədə baxılaraq tərəfindən aparılmış beton bərkitmə işlərinin sökülməsi qət edilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi kimi qeyd olunan ərazi ona məxsus olmuş və ev tikərkən həmin ərazini məhz bu işlər üçün saxlamışdır. Cavabdeh təşkilatın əməkdaşlarının xahişi ilə akta qol çəkmişdir. Onlar o zaman bu işləri görərkən Cavabdeh2 ilə hər hansı bir problem olmayacağına vəd vermişlər. Göründüyü kimi onlar iddiaçıya yalan vəd verərək aldatmışlar. Məhz buna görədə bu iddia tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkıiddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və iddia ərizəsinin məzmunundan da iddiaçının birbaşa məhkəməyə müraciət etdiyi müəyyən olunmuşdur. Bu səbəblərdən də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən, bununla da tərəflər arasında iddia predmeti barədə mübahisə hazırda mövcud olmadığından iddia mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli Qərarı). İşdən görünür ki, iddiaçı hazırkı tələblə bağlı cavabdeh orqana müraciət etməmiş və cavabdeh orqan rəsmi olaraq imtina etməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən, habelə cavabdeh tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3, 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “Şəki rayonu Çeşməli kənd sakini Cavabdeh2 adına qeydiyyata alınmış, ******* nömrəli, qeydiyyat nömrəsi ********** hüquqların dövlət qeydiyyatının və 19.02.2019-cu il tarixli reyestr nömrəsi **********19 “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin ləğvi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1305/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1305/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver