Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1308/2025 02.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 24 noyabr 2003-cü il tarixli, 12-30 nömrəli qeydiyyat vəsiqəsi və 376 inventar nömrəli X6 X16 pasportunda göstərilən 0,106265 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, vahid daşınmaz əmlak kimi ev və həyətyanı torpaq sahəsinə dair DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 24 noyabr 2003-cü il tarixli, 12-30 nömrəli qeydiyyat vəsiqəsi və 376 inventar nömrəli X6 X16 pasportunda göstərilən 0,106265 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, vahid daşınmaz əmlak kimi ev və həyətyanı torpaq sahəsinə dair DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçı 20 noyabr 2003-cü il tarixdə Oğuz rayon Dövlət notariat kontorunda rəsmi alqı satqı müqaviləsi bağlamaqla Oğuz rayon Kərimli kəndində yerləşən X3 mülkiyyətində olan fərdi yaşayış evini satın almışdır. Qeyd edilən müqavilə əsasında adına 24 noyabr 2003-cü il tarixli, 12-30 nömrəli qeydiyyat vəsiqəsi və inventar nömrəsi 376 olan X6 X16 pasportu hazırlanmış, həmin sənədlərdə iddiaçının adı ev sahibi kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək satın aldığı evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni texniki pasportun hazırlanıb verilməsini xahiş etmişdir. Həmin təşkilatdan verilən 29 avqust 2024cü il tarixli, 3-21-3-42/2-4718/2024 saylı cavab məktubunda ərizəyə baxıldığı, sənədlərin ekspertizası zamanı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair başqa vətəndaşın adına ləğv olunmuş DT və XK-i tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunduğu bildirilmiş, evinin və yerləşdiyi həyətyanı torpaq sahəsinin dövlət reyestrində adına qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd edilən həyətyanı torpaq sahəsi 20 noyabr 2003-cü il tarixdən iddiaçının qanuni və faktiki istifadəsində olduğundan, həmin tarixdən həmin torpaq sahəsinə dair evin köhnə sahibinin hüquqlarına xitam verilərək həmin hüquqlar iddiaçıya keçdiyindən onun və ya hər hansı digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasını qanunsuz və əsassız hesab edir. Artıq torpaq islahatı başa çatmışdır. Oğuz rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi artıq fəaliyyət göstərmir. X18 Komissİyalarnın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin səlahiyyətlərini isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 Saylı Ərazi İdarəsi həyata keçirir.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, İddiaçı iddia etdiyi Oğuz rayonu, Kərimli kədində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Oğuz rayon Şöbəsi tərəfindən başqa vətəndaşın adına plan və ölçü sənədi tərtib edilmişdir. Bu səbəbdəndə fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinnin qeydiyyata alınması mümkün deyildir. Eyni zamanda qeyd etmək istəyirik ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Belə ki, iddia olunan torpaq sahəsi həmin başqa vətəndaşın adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədi ilə üst üstə düşür. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır.”. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin 07xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. 200176 nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, X14 X1 verdiyi etibarnaməyə əsasən Oğuz rayon Kərimli kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən iki otaqdan ibarət yaşayış evi İddiaçı satmışdır;
3. 376 inventar nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Oğuz rayon Kərimli kəndində yerləşən iki otaqdan ibarət fərdi yaşayış evinin hüquqi subyekti İddiaçıdır.
4. 2003-cü il tarixli 376 inventar nömrəli X6 X16 Pasportunun surətindən görünür ki, Oğuz rayon Kərimli kəndində yerləşən iki otaqdan ibarət fərdi yaşayış evinin hüquqi subyekti İddiaçıdır.
5. A 085214 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 999 kv.m torpaq sahəsi X4 verilmişdir.
6. Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş 4-Ə- 1/98 reyestr nömrəli notariat işi;
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,86 hektar torpaq sahəsi, Oğuz rayonu Kərimli kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Oğuz rayonu Kərimli kənd inzibati ərazi dairəsinin sərhədləri daxilində yaşayış məntəqələri təyinatlı torpaqlarına aid, uqodiyası tikintialtı olan Kərimli bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi göstərilmişdir. Faktiki naturada ölçülmüş 0,86 hektar torpaq sahəsinin 0,10 hektar hissəsi JN-160F nömrəli Şəhadətnamədə göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. X9 X11 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. Oktyabr 2003-cü il tarixli, 376 inventar nömrəli texniki pasportda göstərilən torpaq sahəsinin plan-ölçü sənədi olmadığına görə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 9 saylı Qəbələ Ərazi İdarəsində məlumat bazasında mövcud olmadığına görə iddia olunan torpaq sahəsinin uyuğunluq təşkil etməsini müəyyən etmək mümkün deyil. Faktiki naturada ölçülmüş torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. Oktyabr 2003-cü il tarixli, 376 inventar nömrəli texniki pasport barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində məlumat olmadığına görə mövcüd olan fərdi X16 göstəriciləri ilə uyğunluqunu təyin etmək mümkün deyil. Faktiki naturada ölçülmüş fərdi yaşayış evi 0,0273 hektar (273,0 kv.m) olmaqla, yerləşdiyi torpaq sahəsi, torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X9 X11 (TEKUİS) əsasən təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası tikintialtı olmaqla Kərimli bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Sualın cavablandırılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İddia olunan torpaq sahəsi və fərdi yaşayış evinin yerləşmə vəziyyəti haqqında izahlı ortofoto xəritəsindən çıxarış təqdim edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 88.
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərinetimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbuledilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuşvədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyətkəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə24.2.İnzibatiorqanmaraqlışəxslərinxeyrinəolanhallarınaraşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibatiorqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Əsaslandırma hissə:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 24 noyabr 2003-cü il tarixli, 12-30 nömrəli qeydiyyat vəsiqəsi və 376 inventar nömrəli X6 X16 pasportunda göstərilən 0,106265 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, vahid daşınmaz əmlak kimi ev və həyətyanı torpaq sahəsinə dair DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İşin müəyyən edilən hallarına görə iddiaçı xx.xx.2003-cü ildə notaril qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Oğuz rayon Kərimli kəndində yerləşən X3 mülkiyyətində olan 1064,0 kv.m torpaq sahəsində yerləşən 46,0 kv.m. ibarət fərdi yaşayış evini satın almışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 24 noyabr 2003-cü il tarixli, 12-30 nömrəli qeydiyyat vəsiqəsi və 376 inventar nömrəli X6 X16 pasportunda göstərilən 0,106265 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, vahid daşınmaz əmlak kimi ev və həyətyanı torpaq sahəsinə dair DƏDR-dən çıxarışın və müvafiq texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh iddiaya münasibətində imtinaya dəlili Oğuz rayonu, Kərimli kədində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Oğuz rayon Şöbəsi tərəfindən başqa vətəndaşın adına plan və ölçü sənədi tərtib edilməsi ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən imtinanı əsaslı hesab etmir. İlk növbədə qeyd edilməlidir ki, X3 mülkiyyətində olmuş mübahisəli torpaq sahəsinin və yaşayış evinin 200176 nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınması, həmin evə dair onun adına 376 inventar nömrəli “Qeydiyyat vəsiqəsi” və 2003-cü il tarixli 376 inventar nömrəli “X6 X16 Pasportu” tərtib edilməsi işin mübahisəsiz halıdır. Cavabdeh imtinasında Oğuz rayonu, Kərimli kədində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Oğuz rayon Şöbəsi tərəfindən başqa vətəndaşın adına plan və ölçü sənədinin tərtib edilməsinə istinad edərkən, lazımi inzibati araşdırma aparmamışdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, “DTXK-nin Oğuz rayon Şöbəsi tərəfindən başqa vətəndaşın adına plan və ölçü sənədi” elə 200176 nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə satıcı X5r. Həmin müqavilənin ləğv və ya eibarsız hesab olunmasına dair heç bir sübut təqdim edilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdlərin mübahisələndirilməsi üçün çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evi Oğuz rayonu Kərimli kəndində yerləşən torpaq sahəsində inşa edilmişdir. X1 verdiyi etibarnaməyə əsasən X14 tərəfindən alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alıcının (iddiaçının) mülkiyyətinə verməklə bərabər həmin torpaq sahəsinə dair “gözlənilən mülkiyyət hüququnu” da iddiaçıya ötürmüşdür. Hazırkı iş üzrə sözügedən daşınmaz əmlakın iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı X3 iradə ifadəsi 200176 nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində əks olunduğu halda, cavabdeh bunu nəzərə almamışdır. Halbu ki, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən imtina edilməsi “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. İş materiallarında olan A 085214 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 999 kv.m torpaq sahəsi X4 verilmişdir. Burdanda aydın olur ki, cavabdehin imtina dəlili kimi irəli sürdüyü “Torpaq sahəsinin planı və ölçüsü” sənədi həmin torpaq sahəsinin iddiaçının adına özgəninkiləşdirilməsi ilə bağlı artıq iradə ifadəsini 200176 nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində bəyan etmiş əvvəlki mülkiyyətçiyə məxsusdur. İddiaçı 0,106265 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etsədə, iş materiallarında olan iddiaçının adına tərtib edilmiş 2003-cü il tarixli 376 inventar nömrəli “X6 X16 Pasportu”nda torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1000,0 kv.m. olduğu göstərilmişdir. Digər hissələr isə faktiki istifadədədir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi “X6 X16 Pasportu”nda göstərilən sənəd üzrə 1000,0 kv.m ölçü həcmində əsaslı hesab olunmalıdır. Tələbin “yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin araşdırılması zərurəti ilə verilmiş mütəxəssis rəyindən görünür ki, faktiki naturada ölçülmüş fərdi yaşayış evinin sahəsi 273,0 kv.m. təşkil edir. Lakin 24 noyabr 2003-cü il tarixli, 12-30 nömrəli “Qeydiyyat vəsiqəsi”ndə evin ümumi sahəsi 46 kv.m. olduğu qeyd edilmişdir. Göründyü kimi sözügedən yaşayış evinin sahəsinin əvvəlki göstəriciləri ilə hazırkı göstəricələri arasında kəskin fərq olduğu halda, bunun qanuni əsaslarla baş verməsinə dair iddiaçı heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddia iddia həmin hissədə əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 200176 nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində və oktyabr 2003-cü il tarixli, 376 inventar nömrəli texniki pasportda göstərilən 0,10 hektar torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ona çıxarışın və müvafiq texniki pasportun verilməsi hissəsində təmin olunmalı, iddia qalan rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 200176 nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində və oktyabr 2003-cü il tarixli, 376 inventar nömrəli texniki pasportda göstərilən 0,10 hektar torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq ona çıxarışın və müvafiq texniki pasportun verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.