Məhkəmə qərarları › İş №2-1(116)-131/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-131/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-131/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X12, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “JN 0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşetinin iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi, JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metr-0057 planşet hissədə qismən ləğv edilməsi, JN-0228 saylı Dövlət Aktının 9024,23 kv.metr 228 planşet hissədə qismən ləvğ edilməsi, iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsi ilə sənəd üzrə torpaq sahələrinin ölçü və koordinatlarında mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla, JN-0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşeti hissəsində kompleks yerquruluşu sənədlərinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə düşən hissədə dəyişdirilməsi, iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli nömrəli qərardadı ilə iş üzrə Bazarov Kamil Ömər oğlu, X6, Bazarov Ömər Kamil oğlu, Bazarova (Nəbiyeva) Günay Kamil qızı, Bazarova (Alıyeva) Gülnar Kamil qızı, X8 və X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2023cü il tarixdə ərizə təqdim edərək “JN 0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşetinin iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi, JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı Balakən rayonu Meşəşambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçıların mübahisələndirdiyi ərazidə özünə və X9 və qeyrilərinə məxsus torpaq sahəsi vardır. İstifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsindədir. Balakən rayonu Meşəşambul kəndində 1998-ci ildə torpaq islahatı aparılmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN 0057 Kod 40109018 olan Dövlət Aktı hazırlanmışdır. 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri əraziyə gələrək naturada göstərmişlər. Həmin vaxtdan sonra torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Torpaq sahəsi ona verilərkən çöllük ərazi idi. JN 0057 Kod 40109018 olan Dövlət Aktından da görünür ki, həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. 2000-ci ildə həmin torpaq sahəsində fındıq ağacları əkərək oranı bağ formasına salmışdır. İş üzrə üçüncü şəxs Bazarov Kamil Ömər oğlu ona və onun ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə olan 9024.23 kvm torpaq sahəsinin onun faktiki istifadəsində olan torpaq sahəsinə düşdüyünü bildirir. Həmin ərazidə olan torpaq mülkiyyətçilərinin heç biri kadastr yerquruluşu xəritələrində göstərilmiş qaydada torpaqlardan istifadə etmirlər. Belə ki, torpaq mülkiyyətçilərinə verilmiş torpaq sahələrinin cizgiləri onların istifadə etdikləri ölçülərlə düzgün işlənməmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə vətəndaşların faktiki istifadə vəziyyəti ilə Kompleks Yerquruluşu layihələrində göstərilən ölçülər arasında kəskin fərqlər olduğundan ilk növbədə tərəflərin mülkiyyətinə verilmiş onların faktiki istifadəsində olan torpaq sahələri ilə sənəd üzrə (müvafiq Dövlət aktları) olan torpaq sahələrinin ölçü və koordinatlarında mövcud olan uyğunsuzluqlar aradan qaldırılmalıdır. Torpaq islahatı zamanı verilmiş pay torpağında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) aradan qaldırılması və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh xx.xx.2022-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Əliyev X2 rayonu, Meşəşambul kəndində yerləşən 0,7459 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir (**********). Bununla bağlı aparılmış kadastr ekspertizası zamanı müəyyən olmuşdur ki, JN- 0057 saylı Dövlət Aktının 0057 planşetində göstərilən 0,7459 ha torpaq sahəsi döngə nöqtələrinin koordinatlarına əsasən elektron baza xəritələrində 0057 nömrə ilə deyil, 229 nömrə ilə öz əksini tapmışdır. Belə ki, həmin torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-cı il tarixli 01 saylı qərarı ilə X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin qərara əsasən Ləğv edilmiş DTXK tərəfindən onların adına JN-229 saylı Dövlət Aktı (sözügedən 0,7458 ha torpaq sahəsi 229 planşet hissədə göstərilmişdir) ilə rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2022-ci tarixli, **********53 nömrəli məktub göndərilmişdir. Üçüncü şəxslər iddia tələbinə münasibətlərini aşağıdakı kimi əsaslandırmışlar: - Bazarov Kamil Ömər oğluna və ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1988-ci tarixli 07 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair JN0228 KOD 40109018 saylı Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi İddiaçı şifahi razılaşma əsasında icarəyə verilmişdir. Özü isə bir müddət ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Lakin, İddiaçı icarə pulunu ödəməmiş və həmin torpağı ondan alacağını bildirmişdir. Bununla belə aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. O, ailəsi ilə birlikdə Balakən rayonuna qayıtdıqda özünə və ailə üzvlərinə məxsus torpaqda İddiaçı özbaşına fındıq bağı saldığını görmüşdür. Odur ki, sözgüedən torpaq sahəsi ilə bağlı aralarında mübahisə yaranmışdır. Mübahisəli torpaq sahəsi ilə əlaqədar 2 dəfə ekspertiza keçirilmiş və həmin ekspert rəylərində konkret olaraq koordinatlarla vurulduqda ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmiş və həmin ərazi hasarlanmışdır. İddiaçının həmin torpaq sahəsinə heç bir subyektiv hüququ yoxdur və məhkəmə qətnaməsi ilə JN 0228 KOD 40109018 saylı Dövlət aktında qeyd olunan 0,87 ha hissəsindən çıxarılmışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - JN0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Balakən rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 1.11 ha torpaq sahəsi X1 3 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. - JN0228 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Balakən rayonu AİK-nın xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı ilə Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2.41 ha torpaq sahəsi Bazarov Kamil Ömər oğluna 5 nəfər ailə üzvü ilə birlikdə ayrılmışdır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşetinin faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğvi, JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına və çıxarışın verilməsinə nail olmaqdır. Mübahisələndirilən JN-0057 saylı X18 rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı, JN-0228 saylı Dövlət Aktı isə Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarı əsasında verilmişdir. Odur ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli və xx.xx.2002-ci il tarixli, 01 nömrəli qərarları mübahisələndirilmədən onun əsasında verilmiş sənədlərin mübahisələndirilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxıla bilməz. Belə ki, X5 qərarları inzibati aktdır və ləğv edilməsi, o cümlədən faktiki istifadə vəziyyətinə uyğun düzəliş edilməsi tələb edilən Dövlət Aktları rayon aqrar islahat komissiyasının qərarları ilə təsdiq edilmiş kompleks yeruquruluşu layihələri əsasında tərtib edilmişdir. Odur ki, həmin inzibati aktlar mübahisələndirilmədən onun əsasında tərtib edilmiş hüquqmüəyyənedici və texniki sənədlərə düzəliş edilə bilməz. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X5 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X16 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X5 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. İddiaçının “faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə münasibətdə isə izah edilmişdir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. Yəni, mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, mübahisələndirilən JN-0228 saylı Dövlət Aktının 228 planşeti 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilmədən həmin torpaq sahəsi üzərində digər subyektlərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsi mümkün deyildir. İş materiallarına əlavə olunmuş cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə məhkəmə daxil olmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, DWJ məlumatlarına əsasən JN-0057 planşetində qeyd edilmiş 7459,60 torpaq sahəsi JN-0228 nömrəli Dövlət Aktının 226 planşetində qeyd edilmiş 9024,23 kv.metr torpaq sahəsi ilə üst-üstə düşmür. DWJ məlumatlarına əsasən JN-0228 nömrəli Dövlət Aktında qeyd edilmiş 9024,23 kv.metr torpaq sahəsinin hüdudları daxilinə iddiaçının naturada istifadə etdiyi 0,7862 ha hissəsi düşür. Bunun üçün iddiaçı, ilk növbədə JN-0228 saylı Dövlət Aktının 228 planşeti 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğvinə nail olmalı, qaldırılmış məsələ müsbət həll olunduqdan sonra JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə cavabdeh orqana, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya izah edilmiş, həmçinin inzibati işin şifahi məhkəmə baxışı iclasında iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçının nümayəndəsinə (vəkilinə) izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “JN 0228 saylı Dövlət Aktının 9024,23 kv.metrə dair 228 planşetinin iddiaçının faktiki istifadəsində olan 7459,60 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi, JN-0057 saylı Dövlət Aktının 7459,60 kv.metrə dair 0057 planşetində qeyd edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətini faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla həmin 7459,60 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar