Məhkəmə qərarları › İş №2-1(116)-1314/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1314/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1314/2021 18.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu iddiaçı X1 “əmrdən çıxarışın arxiv arayışının verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə, müəyyən etdi: İddiaçı X2 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 23.09.2020-ci il tarixdən 10.10.2020-ci il tarixədək N və N saylı hərbi hissələrin tərkibində Qubadlı və Zəngilan istiqamətində vətən müharibəsində iştirak etməsi barədə əmrdən çıxarışın arxiv arayışının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6247/2021 nömrəli iş üzrə 22.06.2021-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İş 24.08.2021-ci il tarixdə Məhkəmənin icraatına daxil olmuşdur. 29.09.2021-ci il tarixli məktubla müraciət olunaraq Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6247/2021 nömrəli iş üzrə 22.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyindən, işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin məktubu 18.10.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin iş üzrə 22.06.2021-ci il tarixli 2-1(112)-6247/2021 nömrəli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi üçün iş icraatdan çıxarılaraq növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X1 “əmrdən çıxarışın arxiv arayışının verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş icraatdan çıxarılaraq Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar