Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1315/2020 26.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin mart ayında Cavabdehnə heç bir yerdə işləməməsi barədə arayış təqdim etmiş, lakin Mərkəz onu işaxtaran kimi qeydə almışdır. İddiaçı dəfələrlə işlə təmin olunması üçün şifahi şəkildə Mərkəzə müraciət etsə də, Mərkəz 4 il ərzində iddiaçını işlə təmin etməmişdir. COVİD-19 pandemiyası dövründə iddiaçıya məlum olmuşdur ki, Mərkəzdə “işsiz” və ya “işaxtaran” kimi qeydiyyata düşmək arasında fərqlər vardır. Buna görə də o, işlə təmin edilməsi üçün Mərkəzə ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədlə Mərkəzə yaxınlaşması bildirilmişdir. X4 adlı əməkdaşı şifahi olaraq bildirmişdir ki, iyun ayının 15-də yaxınlaşsın, onu işlə təmin edəcəkdir. İddiaçı Mərkəzi tərk etdikdən sonra aldadıldığını düşünmüş və xx.xx.2020-ci il tarixdə yenidən ərizə ilə Mərkəzə müraciət etmişdir. Məktub xx.xx.2020-ci il tarixdə cavablandırılsa da, verilən cavab iddiaçını qane etmədiyi üçün o, yenidən xx.xx.2020-ci il tarixində Mərkəzə üçüncü dəfə ərizə ilə müraciət etmişdir. İddiaçının Mərkəzə ünvanladığı sonuncu ərizəyə cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı özü Mərkəzə yaxınlaşmış, Mərkəzin rəhbəri və Şahin adlı şəxsin qəbulunda olmuş, lakin onunla kobud və aqressiv şəkildə davranılmışdır. Sonra Mərkəzdə iddiaçıya bir neçə iş yeri arasında seçim etməsini bildirmişlər, iddiaçı isə “Azəriqaz” İB seçərək Mərkəzdən rəsmi göndəriş verilməsini xahiş etsə də, ona göndəriş verilməmişdir. Bundan sonra iddiaçı xx xxxx 2020ci il tarixdə Ağsu rayon Prokurorluğuna müraciət etmişdir. Prokurorluğun əməkdaşı telefon vasitəsi ilə Məşğulluq Mərkəzi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, “Azəriqaz” İB ümumiyyətlə iş yoxdur. Cavabdeh orqan iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh tərəfindən işaxtaran kimi qeydiyyata alınmışdır. Vətəndaş bir neçə dəfə işlə təmin edilməsi ilə əlaqədar Cavabdehndə olmuşdur. Cavabdeh orqan qeyd edir ki, Cavabdehndə olan vakansiyalar idarə, müəssisə və təşkilatlar tərəfindən Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Dövlət X1 Alt Sistemində yaradılmış X5 daxil edilmiş boş iş yerləri əsasında formalaşır və Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlara həmin boş iş yerləri haqqında məlumat verilir. Əgər vətəndaşın ixtisasına və peşəsinə uyğun münasib iş olarsa həmin vətəndaşa müvafiq vakansiya üzrə elektron vakansiyaya göndəriş verilir. Həmçinin vətəndaşlar esosial.az və e-gov.az portallarında da qeydiyyatdan keçməklə Respublika üzrə olan bütün vakansiyalarla tanış ola və həmin vakansiyalara elektron müraciət edə bilərlər. Vətəndaşların işə qəbulunda (hər idarə üçün təsdiq olunmuş kvota istisna olmaqla) idarə, müəssisə və təşkilatlar sərbəstdirlər və işçinin seçimi işəgötürənlər tərəfindən həyata keçirilir. İddiaçı də Mərkəzdə olarkən bütün bu prosedurlar ona izah edilmiş və ona X6 rayonu üzrə olan 5 boş iş yerinə (Ağsu rayon X2, X8 Təsərrüfatı Mərkəzinə, “X10” ASC-ə, “xxxxxxxx” MMC-yə və Azəriqaz İstehsalat birliyinə (göndərişlər məktuba əlavə olunur)) elektron vakansiyaya göndəriş verilmişdir. Lakin həmin təşkilatlar tərəfindən vətəndaşın işə qəbulundan imtina edilmişdir. Cavabdeh orqan əlavə olaraq bildirir ki, ’’X11" MMC-də sosial işçi kimi işləmək üçün Cavabdehnə müraciət etmiş vətəndaşların adlı siyahısı Ağsu rayon İcra Hakimiyyətinin tabeliyində yaradılmış Araşdırma komissiyasına təqdim edilir. Vətəndaşlar barəsində ümumi məlumatlar araşdırıldıqdan sonra Araşdırma komissiyası tərəfindən ictimai işlərə cəlb ediləcək vətəndaşlar barəsində təsdiq edilmiş adlı siyahı hazırlanır və Cavabdehnə təqdim edilir. İddiaçı pinəçiliklə (ayaqqabı təmiri) məşğuldur və qeyri formal məşğulluqla məşğuldur. Bu səbəbdən də işsiz statusuna malik olmaması əsas götürülmüş və “X11” MMC-də ictimai işlərə (təmizlik və abadlıq işlərinə) cəlb edilməsi məqbul hesab edilməmişdir. Əlavə olaraq vətəndaşa ayaqqabı təmiri ilə bağlı özünüməşğulluq layihəsinə cəlb edilməsi və ayaqqabı təmiri ilə bağlı müvafiq yeni avadanlıqlarla təmin edilməsi tövsiyyə olunmuşdur. Lakin İddiaçı özünüməşğulluq layihəsinə cəlb edilməkdən imtina etmişdir. Cavabdeh üzərinə düşən bütün öhdəliklərə əməl etmişdir və vətəndaş barəsində qərəzli mövqedə olmamışdır və buna görə də vətəndaşın Cavabdeh ilə bağlı olan iddialarını əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. İş materiallarında olan cavabdehin xx.xx.2016-cı il tarixli 118 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı Cavabdehndə “işaxtaran” kimi qeydiyyatdadır. İş materiallarında olan cavabdeh orqanın məktubuna əlavə edilən “vakansiyaya göndəriş” sənədlərindən müəyyən edilir ki, “Azəriqaz” İB və X7 İdarəsində vakansiyalar olsa da, iddiaçı tələb olunan vəzifəyə uyğun olmadığı üçün işəgötürən orqan tərəfindən işlə təmin olunmamışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2016-cı il tarixli arayışı, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları, cavabdehin məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş etiraz məktubu və ona əlavə edilmiş “vakansiyaya göndəriş” sənədləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiasının birinci hissəsi öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Tələbinin 2-ci hissəsi İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır mümkün iddiadır.Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı həqiqətən işaxtaran şəxs kimi qeydiyyata alınmış, cavabdeh inzibati orqan tərəfindən vakansiya elan olunmuş orqanlara göndəriş verilmişdir. Lakin həmin təşkilatlar tərəfindən vətəndaşın işə qəbulundan imtina edilmişdir. Vətəndaşların işə qəbulunda idarə, müəssisə və təşkilatlar sərbəstdirlər və işçinin seçimi işəgötürənlər tərəfindən həyata keçirilir. Buna görə də cavabdeh inzibati orqanın üzərinə iddiaçının işlə təmin edilməsi öhdəliyi qoyula bilməz. İddianın “4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinə dair məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçı ona dəymiş ziyanın cavabdeh orqanın qanunsuz və əsassız hərəkətləri nəticəsində nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, bu hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 4 il 5 ay müddətində onu əsassız olaraq işlə təmin etmədiklərinə və bu müddətdə maddi, mənəvi və psixoloji iztirab verdiklərinə görə 15000 (on beş min) manat məbləğində təzminat ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1315/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1315/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver