Məhkəmə qərarları › İş №2-1(116)-1319/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1319/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1319/2021 26.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Qəbələ Rayon Mənzil-Təmir Tikinti və Kommunal Müəssisələri Kombinatı idarəsinə qarşı “Cavabdeh1 26.05.1993-cü ildə 60 saylı və yaşayış evlərinin verilməsinə dair Komissiyanın 4 saylı protokolu ilə X1na ünvan 1 ünvanında verilmiş 28 kv.metr sahəsi olan mənzilə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərin verilməsi və həmin mənzilin ailə üzvü olaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh1 26.05.1993cü ildə 60 saylı və yaşayış evlərinin verilməsinə dair Komissiyanın 4 saylı protokolu ilə X1na ünvan 1 ünvanında verilmiş 28 kv.metr sahəsi olan mənzilə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərin verilməsi və həmin mənzilin ailə üzvü olaraq ona təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Qəbələ-2 ünvanda Rusiya Federasiyasının N saylı hərbi hissənin hələ Sovetlər Birliyi dövründə Qəbələ rayonu ərazisində fəaliyyəti ilə bağlı həmin hərbi hissədə xidmət keçən zabitlərin ailə üzvləri yaşamışlar. X1 da həmin hərbi hissənin qulluqçusu olmuşdur. Buna görə də qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə yaşamaq üçün xidməti yaşayış yeri ayrılmışdır. Bu barədə Cavabdeh1 1976-cı ildə doğulmuş X1na ünvan 2 ünvanda 28 kv.metr sahəsi olsan mənzilə 26 may 1993-cü ildə 60 saylı xidməti order hazırlamış və vermişdir. Orderin verilməsi üçün əsas olaraq Yaşayış evlərinin verilməsinə dair Komissiyanın 4 saylı protokolu göstərilmişdir. Orderdə ailə üzvü olaraq iddiaçının adı qeyd edilmişdir.Sonradan Rusiya Federasiyası hərbi hissənin yerləşməsi və Azərbaycan Respublikası ərazisindəki fəaliyyəti ilə bağlı iki dövlət arasında olan müqavilə ilə ödəməli olduğu icarə haqqını ödəməkdən imtina etmiş, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bağlanmış icarə müqaviləsinə xitam verilməklə, 04.12.2012-ci il tarixdən həmin hərbi hissə Respublikamızın ərazisini tərk etmişdir. Bu zaman Qəbələ-2 ərazisində yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan xidməti fərdi yaşayış evlərində olan mənzillərdə yaşayan zabit və digər xidmət sahələrində çalışan insanlar mənzilləri Gəncə şəhərində yerləşən mənzil istsmar idarəsinin balansında olduğu üçün həmin təşkilata təhvil vermişlər. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013 cü il tarixli, 112 s nömrəli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının yaşayış şəhərciiyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Cavabdeh1 balansına verilmişdir. Gəncə Mənzil İstismar İdarəsinin balansından həmin evlər Cavabdeh1 balansına veriləndən əvvəl evlərin inventarizasiyası aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri qanunvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki .qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində göstərilmişdir ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qanunvericiliyin yuxarıda sadalanan tələbləri baxımdan həmin mənzil ərinə xidmətə görə verilmiş olsa da, iddiaçı da ailə üzvü olaraq həmin mənzilə dair iddia qaldırmaq hüququna malikdir. Çünki onun pasport qeydiyyatı da həmin mənzilədir. Buna görə də, adı çəkilən mənzilə dair qanunvericiliyin tələblərini nəzərə alaraq iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmə tərəfindən iddiaçıya 30. 08.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki cavabdeh - Cavabdeh1 və Qəbələ Rayon Mənzil-Təmir Tikinti və Kommunal Müəssisələri Kombinatı idarəsi göstərilsə də, ərizənin xahiş etdi hissəsində Cavabdeh1 26.02.1993-cü ildə 60 saylı və yaşayış evlərinin verilməsinə dair Komissiyanın 4 saylı protokolu ilə X1na ünvan 1 ünvanında verilmiş 28 kv.metr sahəsi olan mənzilə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hansı sənədlərin verilməsini və həmin mənzilin ailə üzvü olaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin hansı cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi dəqiq qeyd olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. Həmçinin izah olunmuşdur ki, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı iddia ərizəsinin təqdim edildiyi tarixdən əvvələ aid olmalıdır. Odur ki, iş üzrə göstərilən çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya vaxt verilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Məhkəmənin yardım məktubu iddiaçıya 04.09.2021-ci il tarixdə çatdırılmışdır. İddiaçı 21.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddia tələbinə dəqiqləşdirmə təqdim etməyərək, Cavabdeh1 ona göndərdiyi imtina məktubunun surətini məhkəməyə göndərdiyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Lakin ərizənin qoşmasında iddia ərizəsinə kserosurət olaraq əlavə etmiş olduğu orderin kserosurətinin və şəxsiyyət vəsiqəsinin surətinin olduğu aşkar edilmişdir. Ərizənin məzmununda isə məhkəmənin yardımında göstərilən imtina məktublarının alınması üçün aidiyyəti üzrə müraciət etdiyini, cavabları alan anda məhkəməyə təqdim edəcəyini bundan əvvəl ərizə ilə bildirdiyini qeyd etmiş, lakin belə bir ərizə təqdim etməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə iki müxtəlif cavabdehə qarşı iddia qaldırmış, məhkəmənin yardım məktubunu almasına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin müvafiq göstərişlərinə əməl etməmiş, fakitiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçı məhkəmədə iddia qaldıranadək mübahisə predmeti ilə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməli olduğu halda, onun tərəfindən belə bir müraciət edilmədiyindən, işin qeyd olunan halını təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən öz təsdiqini tapdığından iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1 və Qəbələ Rayon Mənzil-Təmir Tikinti və Kommunal Müəssisələri Kombinatı idarəsinə qarşı “Cavabdeh1 26.05.1993-cü ildə 60 saylı və yaşayış evlərinin verilməsinə dair Komissiyanın 4 saylı protokolu ilə X1na ünvan 1 ünvanında verilmiş 28 kv.metr sahəsi olan mənzilə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərin verilməsi və həmin mənzilin ailə üzvü olaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar