Məhkəmə qərarları › İş №2-1(116)-132/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-132/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-132/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “iddiaçıya məxsus həyətyanı torpaq sahəsindən keçən ümumi istifadə üçün olan qaz xəttinin iddiaçının həyətindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus həyətyanı torpaq sahəsindən keçən ümumi istifadə üçün olan küçə qaz xəttinin iddiaçının həyətindən çıxarılması öhdəliyinin cavabdeh X2 İstismarı İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçıya məxsus həyətyanı torpaq sahəsindən keçən ümumi istifadə üçün olan küçə qaz xəttinin iddiaçının həyətindən çıxarılması öhdəliyinin “Azəriqaz” İstehsalat Birliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı Qax bələdiyyəsinin 14 dekabr 2004-cü il tarixli 11 saylı iclas protokolunun qərarına əsasən fərdi yaşayış evi tikmək üçün bələdiyyənin inkişaf fondu torpaqlarından 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya həyətyanı torpaq sahəsinin verilməsi barədə Qax bələdiyyəsinin qərarının icrası ilə bağlı Qax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin razılıq rəyi alınmışdır. Bundan sonra DT və XK-nin Qax rayon şöbəsi tərəfindən ayrılmış torpaq sahəsinin sxematik planı işlənilmiş və bu plan Qax bələdiyyəsinin sədri və Qax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilərək, torpaq sahəsi yerində ayrılaraq və mərzlər çəkilərək təhvil verilmişdir. Lakin ərazinin aerokosmik planında və bu iddia ərizəsinə əlavə olunan fotoşəkillərdə görünən kimi, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin və iddiaçıdan savayı daha 2 (iki) qonşunun torpaq sahələrinin ortasından küçə ilə aparılmalı olan ümumi qaz xətti keçir. İddiaçı dəfələrlə Qax rayon X1 həm şifahi, həm də yazılı müraciətlərlə xahiş etmişdir ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin ortasından keçən, vaxtilə özlərinin çəkdiyi qaz borusunu (turbanı) həyətin kənarına-küçəyə çıxarsınlar. Lakin iddiaçılar bildirmişlər ki, qaz borusunun həyətdən çıxarılması üçün Zaqatala RQİİ-nin icazəsi olmalıdır. Zaqatala RQİİ-si isə bildirmişdir ki, bu məsələnin həlli üçün “Azəriqaz” İstehsalat Birliyinin göstərişi olmalıdır. Nəhayət, iddiaçı birbaşa Azərbaycan Respublikası “Azətiqaz” İstehsalat Birliyinə müraciət etmişdir. Bu müraciət araşdırılması üçün Zaqatala RQİİ-nə göndərilmiş, oradan məsələ ilə bağlı zəruri sənədlər toplanaraq yenidən “Azəriqaz” İB-nə qaytarılmış,ona qaz xəttinin vaxtı ilə layihəsmeta sənədləri əsasında, “Tikinti Norma və Qaydalarına uyğun çəkildiyi üçün qeyd olunan qaz xəttinin yerinin dəyişdirilmədi məqsədə uyğun hesab edilmədiyi bildirmişdir. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibətində (etiraz) bildirmişdir ki, İddiaçı iddia ərizəsində çıxarılması tələb edilən mübahisəli qaz xətti Qax şəhəri "Gər Bağı” (S.Həmzəyev küçəsi) ərazisindən keçməklə şəhərin həmin hissədə olan istehlakçıları təbii qazla təmin edən daşıyıcı və paylayıcı qaz kəməridir Həmin ərazidən keçən qaz kəmərləri 2011-ci it podratçı təşkilat olan "xxxx" MMC tərəfindən çəkilmiş və hamın il "Azəriqaz" İBnin təhvil verilərək istismara başlanılmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki. qaz kəmərlərinin layihələndirilməsi, çəkilişi zamanı və sonrakı dövrdə İddiaçı tərəfindən hazırkı mübahisə ilə hər hansı müraciət daxıl olmamış və eyni zamanda kəmərin çəkilişi zamanı sözügedən ərazidə hər hansı tikinti işlən aparılmamış və yə tikili mövcud olmamışdır Yalnız sonradan ərazidə tıkmtı işləri aparılaraq qaz kəməri həytyanı sahəyə salınmışdır Hundan sonra İddiaçı mübahisəli qaz xəttinin yerinin dəyəişdirilməsi ilə bağlı Azəriqaz İB-yə müraciət etmişdir. Daxil olmuş müraciət yerində araşdırılmış və qeyd olunan ünvandan keçən qaz xətti vaxtı ilə layihə smeta sənədləri əsasında "Tikinti Norma və Qaydalarına uyğun çəkildiyi üçün qeyd olunan qaz xəttinin yerinin dəyişdirilməsi məqsədə uyğun hesab edilməmişdir. Qeyd edirik ki, İddiaçı X2 istismarı idarəsinə və sonradan Şəki inzibati Məhkəməsinə təqdim etdiyi iddia ərzəsındən göründüyü kimi çıxarılması tələb edilən qaz xəttinin keçiciyi ərazinin onun xüsusi mülkiyyəti olaraq dövlət qeydiyyatına alınmamış və bunun əksini sübut edəcək sənəd məhkəməyə təqdim etməmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunun surəti.

2. Qax bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 70 nömrəli arayışı.

3. Qax bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 nömrəli qərarının surəti.

4. Qax rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 219 nömrəli məktubu.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-39/2-796/2025 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki,İddiaçı Qax bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə satılmış 0.05 ha həyətyanı torpaq sahəsi faktiki 0.0525 ha olub döngələri və koordinatları tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi DWG (Mülkiyyətə verilmiş torpaqların kompleks yerquruluşu layihəsi) faylına əsasən Perpekstiv inkişaf fond torpaqlarından ayrılmışdır. TEKUİS məlumat bazasına əsasən, Qax bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqəsi həyətyanı torpaqları kimi göstərilmişdir. İddiaçıya məxsus torpaq sahəsindən keşən qaz xəttinin yerləşmə vəziyyəti barədə sxem tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Qaz xəttinin iddiaçıya məxsus torpaq sahəsindən keçən hissəsinin uzunluğu 20.60 m təşkil edir. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin şərq hissəsindən 10 sm məsafədə yerləşir. Həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmamışdır. Tərəfimizdən tərtib edilmiş yerquruluşu planı və mütəxəssis rəyi vətəndaşın istifadə etdiyi torpaq sahəsinə əsasən tərtib edilmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Hazırkı iddia tələbinə əsasən iddiaçını hüquqi marağı iddiaçıya məxsus həyətyanı torpaq sahəsindən keçən ümumi istifadə üçün olan küçə qaz xəttinin iddiaçının həyətindən çıxarılmasından ibarətdir. İş materiallarından görünür ki,qaz xəttinin keçdiyi torpaq sahəsi yaşayış məntəqəsi həyətyanı torpaqları kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir.Həmin Qaydaların : 2.23. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.9. Boru kəmərlərinin mühafizə zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən məlumatlandırılmalıdırlar. Maddə 16. Xüsusi mülkiyyətlə əlaqədar işlər

1. Xüsusi mülkiyyətdə yerləşən istənilən qaz kəmərini (xəttini) və qurğusunu yoxlamaq, verilən və istifadə olunan qazın miqdarını təyin etmək və ya qaz nəqli və təchizatı tələb olunmayan halda qaz qurğularını açmaq məqsədilə podratçının müvəkkil edilmiş əməkdaşları və qaz ekspertləri xüsusi mülkiyyətdə olan sahəyə daxil olmaq hüququna malikdirlər. Podratçı və qaz ekspertləri həmin fəaliyyəti ilə mülkiyyətçiyə vurulan ziyanı ödəməlidir.

2. Qaz xətlərinin (kəmərlərinin) çəkilməsi və qaz qurğularının yerləşdirilməsi məqsədilə podratçının xüsusi mülkiyyətdə olan sahəyə müdaxiləsinə əvvəlcədən həmin mülkiyyətçinin yazılı razılığı, vurulan ziyanın ödənilməsi və ya ehtiyac olduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilmə şərtlərilə icazə verilir. Lakin podratçılar mövcud qaz qurğularının və xətlərinin xüsusi mülkiyyətçiyə məxsus torpaqlarda yerləşdiyi yerlərdə yeni qaz kəmərlərinin və qurğularının yerləşdirilməsi fəaliyyətinə başlaya bilərlər. Onlar həmçinin eyni qayda ilə mövcud qaz qurğularını işçi vəziyyətdə saxlamaq, təmir etmək və qazıb çıxarmaq üçün işlər də görə bilərlər. Bu Qanunun 15-ci maddəsinin 2-ci və 3-cü hissələri eyni qaydada xüsusi mülkiyyət sahiblərinin işlərin uyğunlaşdırılmasında iştirakı məqsədilə də (planların əvvəlcədən təqdim olunmasını nəzərə almaqla) tətbiq edilir. İddiaçıya məxsus torpaq sahəsində mübahisələndirilən qaz xətti çəkildiyi zaman həmin torpaq sahəsində fərdi yaşayış evi olmamışdır.İddiaçının özünün də izahatında bildirdiyi kimi fərdi yaşayış evi həmin torpaq sahəsində yeni inşa olunmuşdur.Bu zaman qaz xəttinin mühafizə zolağının tələblərinə riayət edilməmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı mülkiyyətində olan torpaq sahəsində yerləşən qaz xəttinin yerinin dəyişdirilməsindən ibarətdir.İddiaçı elektrik xətti və dayaqlarının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən cavabdehin vəsaiti hesabına həmin prosesin icrasını cavabdehdən tələb etmişdir. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının tələbinin icrası ilə bağlı cavabdeh tərəfindən müvafiq xərclərlə bağlı müqavilə təklifi tələbin icrasının həmin şərtlərdə mümkünlüyü isbat edir.İddiaçı burada xərclə bağlı məbləği deyil,xərcin olmasını istisna edir ki,bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “iddiaçıya məxsus həyətyanı torpaq sahəsindən keçən ümumi istifadə üçün olan küçə qaz xəttinin iddiaçının həyətindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar