Məhkəmə qərarları › İş №2-1(116)-1322/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1322/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1322/2024 04.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X4 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş X4 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş övladı X4 şəxsiyyət vəsiqəsi almaq istəyir. Bunun üçün isə doğum haqqında şəhadətnamə almaq lazımdır. Bununla bağlı Cavabdehnə müraciət etmişdir. Lakin oğlunun şəxsiyyət vəsiqəsi və notariat qaydasında təsdiq olunmuş etibarnaməsi olmadığı üçün Cavabdeh tərəfindən ona oğlu İddiaçı barədə doğum haqqında təkrar şəhadətnaməni verməkdən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququnun olması barədə izah verilmişdir. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən: - Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarının 1.14-cü bəndinə əsəsən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydi 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən bildiririk ki, oğlunun şəxsiyyətini təsdiq edən sənədi, həmçinin notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etmədiyi üçün doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi imkanımız xaricində olmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. X5 barədə xx.xx.1988-cı il tarixli 1975 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının oğlunun adı “Seymur”, ata adı “Sadiq” soyadı “Hüseynov” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-18/2-35/2024 nömrəli məktubuna əlavə edilmiş X5 barəsində çıxarışdan görünür ki, onun atası İddiaçı, anası X1r.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı şəxsiyyət vəsiqəsinin alınması üçün zəruri olan, oğlu X9 barəsində təkrar doğum haqqında şəhadətnamənin cavabdeh tərəfindən ona verilməsinə nail olmaqdır. Hazırkı halda haqqında təkrar şəhadətnamə tələb edilən xx.xx.1988-ci il təvəllüdlü X3 atası İddiaçı şəxsiyyət vəsiqəsi və ya etibarnamə olmadan təkrar doğum haqqında şəhadətnamənin ona verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağını nəzərə alaraq, tələbini – xx.xx.1988-ci il təvəllüdlü X3 doğum haqqında təkrar şəhadətnaməsinin etibarnamə olmadan iddiaçıya verilməsi kimi qəbul edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtinasını iddiaçının notarial qaydada təsdiq edilmiş etibarnaməyə malik olmaması, həmçinin, Seymur Hüseynovun şəxsiyyət vəsiqəsinin olmaması ilə izah etmişdir. İşin hallarından göründüyü kimi müvafiq etibarnamənin verilməsi üçün X3 şəxsiyyət vəsiqəsi olmalıdır ki, hazırki mübahisə də məhz onun şəxsiyyət vəsiqəsinin olmaması ilə bağlı yaranmışdır. X3 şəxsiyyət vəsiqəsi olmadığından onun iddiaçıya etibarnamə vermək imkanı ümumiyyətlə yoxdur. Qanunvericilik şəhadətnamələrin notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilməsini nəzərdə tutsa da, qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə müvafiq etibarnamənin mövcudluğu iddiaçının və oğlu X3 hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından əhəmiyyətlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, X5 barəsində təkrar doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi birbaşa iddiaçının və qardaşının hüquqi marağına xidmət edir. Məhkəmə araşdırması zamanı iddiaçının X3 atası olması öz təsdiqini tapmışdır. X5 barəsində tərtib olunmuş doğum haqqında akt qeydində “ata haqqında məlumat” qrafasında “İddiaçı”, yazılmışdır. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə prosessual qənaət prinsipi baxımından yanaşan məhkəmə hesab edir ki, X5 barəsində tərtib olunmuş xx.xx.1988-cı il tarixli 1975 nömrəli Doğum aktı qeydinə əsasən təkrar Doğum haqqında şəhadətnamə etibarnamə olmadan iddiaçıya verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh üzərinə notariat qaydasında təsdiq olunmuş etibarnamə olmadan X4 məxsus təkrar Doğum haqqında şəhadətnamənin İddiaçı veriməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar