Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1325/2020 27.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X18rşı (üçüncü şəxslər Qəbələ rayonu Hacıalılı kənd bələdiyyəsi, X17) “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X18rşı (üçüncü şəxslər Qəbələ rayonu Hacıalılı kənd bələdiyyəsi, X17) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs X7 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx xxxxxxx 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X1 İzzət Cəllad oğlu ilə Çarxana bələdiyyəsinin ərazisində yerləşən 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə bağlı icarə müqaviləsini bağlamışlar. Bu müqavilə Mehdi Heydərov tərəfindən 2004-cü ilin axırlarında ləğv edilmişdir. X8 Çarxana Bələdiyyəsi ilə bağladıqları xx xxxxxxxx 2005-ci il tarixli 04 saylı icarə müqaviləsi əsasında həmin ləğv olunmuş müqavilədə göstərilən torpaq sahəsinin 0,45 hektar ölçüsündə hissəsi 99 illik müddətinə Vüqar Daşdəmirovun icarəsinə verilmişdir. xx xxxxxx 2006-ci il tarixdə Çarxana bələdiyyəsi ilə iddiaçının bağladığı icarə müqaviləsi əsasında yuxarıda qeyd olunan 0,54 ha torpaq sahəsinin 0,09 ha ölçüsündə hissəsi, həmçinin həmin sahəyə bitişik 0,33 ha ölçüsündə torpaq sahəsi (cəmi 0,42 ha ölçüsündə torpaq sahəsi) iddiaçının 99 illik icarəsinə verilmişdir. Qeyd olunanlara baxmayaraq, mərhum X5 (xx xxxxxx 2004-cü il tarixdə vəfat etmişdir) arvadı X17 xx xxxxxxxx 2012-ci il tarixdə Qəbələ rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2004-cü ildə Çarxana bələdiyyəsinin sədri Mehdi Heydərov tərəfindən ləğv olunmuş 0,54 ha torpaq sahəsinin mərhum əri C.Daşdəmirovun icraəsinə verilməsi ilə bağlı müqaviləni məhkəməyə təqdim etmiş və həmin müqavilədə göstərilən 0,54 hektar torpaq sahəsinin koordinatlarını göstərməklə yerində ona tanıdılması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(025)-625/2012-ci il saylı Qətnaməsi ilə iddiaçının iştirakı olmadan həmin iddia təmin edilmişdir. İddiaçı Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(025)-625/2012 saylı qətnaməsi haqqında məlumat alan kimi qətnamənin ləğv edilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-3038/2018 nömrəli Qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(025)- 625/2012 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2919/2019 saylı Qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-3038/2018 nömrəli Qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2298/2019 nömrəli Qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(025)-625/2012 saylı Qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddiaçı X7 cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Çarxana bələdiyyəsinin xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış “Torpağın icarəyə verilməsi haqqında” müqavilə üzrə verilmiş 0.54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı X17 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli Qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2298/2019 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı sonuncu Qərara əsaslanaraq cavabdeh orqana müraciət edərək, mərhum X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs X7 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsini xahiş etmişdir, lakin cavabdeh orqan çıxarışların ləğv edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı iddia etdiyi mərhum X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli və X7 adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi ilə bağlı tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23 səlahiyyətləri daxilində deyil. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilədən müəyyən edilir ki, Çarxana Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 19 saylı Qərarına əsasən 0.54 ha torpaq sahəsi 99 il müddətinə X9 icarəyə verilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0.13 ha torpaq sahəsi X6 xeyrinə hüquq yüklü edilmiş və icarəyə verilmişdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi X10r və şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə icarə əsasında X6 xeyrinə hüquq yüklü edilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan iş üzrə üçüncü şəxs X17 tərəfindən xx.xx.2017-ci il tarixli cavabdeh orqanın rəhbərinə ünvanlanan ərizədə qeyd edilir ki, X17 xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayonu Çarxana kəndində yerləşən 0.54 ha torpaq sahəsinin rəsmiləşdirilməsi üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin mütəxəssisləri tərəfindən ölçü və müayinə işləri aparılan zaman məlum olmuşdur ki, faktiki torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən 0.41 ha azdır. Faktiki torpaq sahəsini, yəni 0.13 ha kimi qeydiyyata alınmasına X17 etiraz etməmişdir və bu torpaq sahəsinin az olması barədə gələcəkdə İdarəyə qarşı heç bir iddiası və tələbinin olmayacağını qeyd etmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayonu Çarxana kəndində yerləşən 0.13 ha torpaq sahəsi X11 vərəsəlik hüququ üzrə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilədən müəyyən edilir ki, Çarxana Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı Qərarına əsasən 0.42 ha torpaq sahəsi 99 il müddətinə iş üzrə İddiaçı icarəyə verilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********58 nömrəli imtina məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli **********28 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(107)-3038/2018 nömrəli Qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 2919/2019 saylı Qərarı, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli 2(107)-2298/2019 nömrəli Qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli Qərarı, cavabdehin xx.xx.2020-ci il tarixli **********39 nömrəli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Üçüncü şəxslər Qəbələ rayonu Hacıalılı kənd bələdiyyəsi və X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-598/2020 nömrəli qərarından görünür ki, Qəbələ rayon məhkəməsinin (hakim Tofiq Məmmədov) xx xxxxxx 2012-ci il tаrixli 2(025)-625/2012 nömrəli qətnaməsi ilə iddiaçı X7 cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinə qarşı icarəyə verilmiş torpaq sahəsinin tanıdılması tələbinə dair iddiası təmin edilərək, Qəbələ rayonu Çarxana bələdiyyəsinin xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə iddiaçının mərhum əri X6 icarəsinə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatlarının iddiaçı X11 göstərilməklə yerində ona tanıdılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) xx xxxxxx 2018-ci il tarixli 2(107)- 3038/2018 nömrəli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan üçüncü şəxs İddiaçı, onun nümayəndəsi və vəkili X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Qəbələ rayon nəhkəməsinin xx xxxxxx 2012- ci il tаrixli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) xx xxxxx 2019-cu il tarixli 2(102)- 2919/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev, Mübariz Hüseynov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qəbələ rayon məhkəməsinin xx xxxxxx 2012-ci il tаrixli 2(025)- 625/2012 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X7 cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayonu Çarxana bələdiyyəsinin xx xxxxxxx 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış Torpağın icarəyə verilməsi haqqında müqavilə üzrə verilmiş 0,54 hektar torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddia tələbi rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, X14 ilə Çarxana Bələdiyyəsi arasında bağlanmış xx xxxxxxx 2003-cü il tarixli icarə müqaviləsi 2004-cü ildə ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının əsasını təşkil edən xx xxxxxxx 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana bələdiyyəsi ilə X4 arasında 0,54 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə 2004-cü ildə Çarxana Bələdiyyəsi tərəfindən ləğv edildiyindən artıq mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ləğv edilmiş icarə müqaviləsi ləğv edildikdən sonrakı dövr üçün hər hansı hüquqi nəticə doğura bilməz. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkiyyət hüququ və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda isə inzibati məhkəmələrdə baxılmalıdır.” İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, 2004-cü ildə X14 vəfat etdikdən sonra ona icarəyə verilmiş 0.54 ha torpaq sahəsi ilə əlaqədar bağlanmış müqavilə ləğv edilərək həmin torpaq sahəsinin 0.45 ha hissəsi oğlu Vüqar Daşdəmirova icarəyə verilmiş, qalan 0.09 ha hissəsi (həmçinin həmin sahəyə bitişik 0.33 ha torpaq sahəsi, cəmi 0.42 ha) isə xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən iş üzrə İddiaçı 99 il müddətinə icarəyə verilmişdir. Üçüncü şəxs X7 mərhum əri X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan xx.xx.2003-cü il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilənin 2004-cü ildən qüvvədə olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. İddiaçı həm iddia ərizəsində, həm də iddianın dəqiqləşdirilməsi barədə ərizədə çıxarışın nömrəsini ******* qeyd etmişdir. Məhkəmə hesab edir ki, bu texniki səhv olmaqla axır nəticədə iddia tələbinin təmin olunmasına təsir edə bilməz. Belə ki, çıxarışın nömrəsini texniki səhv olaraq ******* qeyd etsə də digər rekvizitləri düzgün qeyd etmiş və işin hallarından da onun nə tələb etməsi və nəyi arzulaması tamamilə aydın olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə X4 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X23 üzərinə mərhum X6 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1325/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1325/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver