Məhkəmə qərarları › İş №2-1(116)-1325/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1325/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1325/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “11000 (on bir min) manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1325/2025 nömrəli qərardadı ilə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesində) münasibətdə mümkün sayılmamışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhər hərbi komissarlığından həqiqi hərbi xitmətə çağrılmışdır. xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Sonradan 2014-cü ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. 2016cı ilin noyabr ayından etibarən isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. xx.xx.2017-ci il tarixdə düşmən tərəfindən atılmış atəş nəticəsində “Sol əlin korqəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikası tərəfindən verilmiş, 24 aprel 2024-cü il tarixli, 681 saylı arayışdanda görünür ki, o, xx.xx.2017-ci ildə düşmən tərəfindən atılmış atəş nəticəsində “Soləlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” səbəbdən yüngül dərəcədə xəsarət almışdır. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona ünvanlanmış 22 iyul 2024-cü il tarixli (ona 10 avqust 2024-cü il tarixdə təqdim edilmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, xidməti vəzifələrinizin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət almanız xx.xx.2017-ci il tarixində baş vermiş və həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi üçün tərtib edilmiş arayışın istinad edildiyi 2017-ci ilə aid sənədlərlə birlikdə "xxxx" ASC-yə müraciət etmək tövsiyə olunur. O, cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə, cavabdeh tərəfindən ona ünvanlanmış 16 avqust 2024-cü il tarixli (ona 30 avqust 2024-cü il tarixdə təqdim edilmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, “Dövlət icbari şəxsi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarxli, 1718 nömrəli Fərmanının (bundan sonra- Fərman) 2ci hissəsinə əsasən, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir” Fərmanın 3cü hissəsinə əsasən, aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsin 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsisığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.” Ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının təsdiq edən “Xəsarətin dərəcəsinə və səbəbinə dair” xx.xx.2024-cü il tarixli arayış əsas götürülür. Qeyd edilən arayışın verildiyi tarix xx.xx.2024-cü il tarixinə təsadüf edildiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, ona sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət etməyi tövsiyə olunur. O, yenidən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək 11000 (on bir min) manat sığorta ödənişinin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona ünvanlanmış 18 sentyabr 2024-cü il tarixli (ona 08 oktyabr 2024-cü il tarixdə poçt vasitəsilə gəlmişdir) imtina məktubunu belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində hərbi xidmət dövründə baş vermiş hadisə nəticəsində yüngül dərəcəli qiymətləndirilən xəsarət almışdır. Qeyd edilmişdir ki, həmin tarixdə sığorta haqları xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilib. Qeyd olunan səbəbdən ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-171633/2024 nömrəli məktubu ilə iddiaçıya 11000 (on bir min) manat sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı məxsus xx.xx.2024-cü il tarixli 681 nömrəli arayışın surətinə əsasən o, xx.xx.2017-ci ıl tarixdə düşmən tərəfindən atılmış atəş nəticəsində "Sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” səbəbindən yüngül dərəcədə xəsarət almışdır. Fondun müvafiq məktubu ilə iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət almasının xx.xx.2017-ci il tarixdə baş verməsi və həmin tarixdə sığorta haqlarının xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iddiaçıya ünvanladığı 16 avqust 2024-cü il tarixli məktubu ilə 11000 (on bir min) manat sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bildirilmişdir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən əsas sənəd “Xəsarətin dərəcəsinə və səbəbinə dair” xx.xx.2024-cü il tarixli arayışdır. Qeyd edilən arayışın verildiyi tarix xx.xx.2024-cü il tarixinə təsadüf etdiyindən sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd edilmiş hallardan da aydın olduğu kimi iddiaçının xidməti vəzifələrinin icrası ilə əlaqədar yüngül dərəcədə xəsarət alması xx.xx.2017-ci il tarixdə baş verdiyindən, İddiaçı 11000 (on bir min) manat sığorta ödənişinin verilməsi ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətlərinə aiddir. Bundan narazı qalan iddiaçı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli, 296-İQ nömrəli Qanununun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi dedikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal nəzərdə tutulur. Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Qanunun 5-ci maddəsində nəzərdə tutulan hallardan biri də maddənin d) bəndində göstərilən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməməsidir: Bu zaman: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Həmin Qanuna əsasən sığorta ödənişi dedikdə isə sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti nəzərdə tutulur. Qanunun 2.1.9-cu maddəsindən də aydın olduğu kimi sığorta ödənişinin verilməsi üçün Qanunda nəzərdə tutulan sığorta hadisəsi baş verərsə, sığorta ödənişinin verilməsi həyata keçirilir. Müvafiq hadisə ilə bağlı xəsarətin dərəcəsinə və səbəbinə dair verilmiş arayışın tarixi xx.xx.2024-cü il olsa da, arayışın məzmunundan da göründüyü kimi hadisə xx.xx.2017-ci il tarixdə baş vermişdir. İddiaçıya münasibətdə nəzərdə tutulan sığorta hadisəsi isə 5-ci maddənin d bəndində nəzərdə tutulmuşdur. Beləliklə, İddiaçı on bir min manat sığorta ödənişi bütövlükdə yox, yalnız aldığı yüngül xəsarətə görə müvafiq məbləğin 5 faizi ödənilə bilər. Həmin məbləğin ödənilməsi isə hadisə xx.xx.2017-ci il tarixdə baş verdiyindən ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin səlahiyyətinə aiddir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən verilən imtina məktubu faktlarla əsaslandırılmış və qanuvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesində) iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Ləğv prosesində) xx.xx.2024-cü il tarixli, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli imtina məktubları, xx.xx.2024-cü il tarixli, 2005 nömrəli arayış, MN Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2024-cü il tarixli “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayış, N №-li hərbi hissənin xx.xx.2024-cü il tarixli 188 nömrəli “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış, AO ******* nömrəli hərbi bilet. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Lakin, iddia qismən əsaslıdır. Tətbiq edilən hüquq: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun Maddə 4-1. Sığortaolunanın hüquq və vəzifələri 4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır: 4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək; 4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək; 4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq. 4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;https://eqanun.az/framework/3896 4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklərə dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək. 4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir. Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:https://e-qanun.az/framework/3896 a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; https://eqanun.az/framework/3896 d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasi Prezidentinin 18 may 2021-ci il 1340 №-li Fərmanı: 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xidməti vəzifələrinin icrası ilə əlaqədar aldığı xəsarətə uyğun sığorta ödənişinin verilməsinə nail olmaqdır. İddiaçı tərəfindən təqdim edilmiş “Xəsarətin dərəcəsinə və səbəbinə dair” Mərkəzi Hərbi Poliklinikanın xx.xx.2024-cü il tarixli arayışına əsasən, iddiaçı xx.xx.2017-ci il tarixdə düşmən tərəfindən açılmış atəş nəticəsində sol əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları səbəbilə yüngül dərəcəli xəsarət almışdır. Həmin arayış sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən sənəd hesab olunduğundan və sənədin tarixi 2020-ci il 31 dekabrdan sonraya – konkret olaraq xx.xx.2024-cü ilə təsadüf etdiyindən, sığorta ödənişinin dövlət icbari şəxsi sığortası üzrə Fondun vəsaiti hesabına verilməsi hazırkı cavabdeh tərəfindən təmin edilməlidir. Sığorta ödənişinin məbləğinə gəldikdə isə, qanunvericiliyin tələbinə əsasən yüngül dərəcəli xəsarət hallarında 11.000 manatlıq sığorta məbləğinin 5 faizi, yəni 550 manat ödəniş təyin olunmalıdır. Beləliklə, iddiaçının 550 manat məbləğində sığorta ödənişinə dair tələbi əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.18-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə İddiaçı 550 (beş yüz əlli) manat sığorta ödənişinin verilməsi öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar