Məhkəmə qərarları › İş №2-1(116)-1327/2020

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1327/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1327/2020 25.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Qax rayon Əmircan bələdiyyəsinə qarşı (maraqlı tərəf: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 Qax rayon şöbəsi) “Azərbaycan Respublikasının “Veteranlar haqqında”, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Torpaq islahatı haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunların tələblərinə əsasən ona düşən 2 (iki) pay torpaq sahəsinin Əmircan bələdiyyəsinin ehtiyat torpaq fondu torpaqlarından naturada ayrılıb verilməsi öhdəliyinin cavabdeh Qax rayon Əmircan bələdiyyəsi üzərinə qoyulması və müvafiq sənədləşmə işlərinin aprılması öhdəliyinin onun və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 Qax rayon şöbəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Qax rayon Əmircan bələdiyyəsinə qarşı (maraqlı tərəf: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 Qax rayon şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının “Veteranlar haqqında”, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Torpaq islahatı haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunların tələblərinə əsasən ona düşən 2 (iki) pay torpaq sahəsinin Əmircan bələdiyyəsinin ehtiyat torpaq fondu torpaqlarından naturada ayrılıb verilməsi öhdəliyinin cavabdeh Qax rayon Əmircan bələdiyyəsi üzərinə qoyulması və müvafiq sənədləşmə işlərinin aprılması öhdəliyinin onun və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 Qax rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən ərizəsinə əlavə etdiyi sənədlərə onun müraciətindən cavabdeh kimi nəzərdə tutduğu hər hansı bir inzibati orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Yardım məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X6, Naxçıvan Muxtar Respublikası X6, rayon və yerli X5 aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X3 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X4 şikayət edə bilərlər. Rayon X5 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X4 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X6 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X3 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "Dövlət X2 yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Yardım məktubunda həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, X1 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Qax rayon X3 qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən, Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi xx xxxxxx 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx xxxxxx 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində qeyd etdiyi Qax rayonu Əmircan bələdiyyəsi hazırkı iddia tələbində cavabdeh qismində göstərilə bilməz. Belə ki, torpaq islahatları bələdiyyələr tərəfindən deyil, X5 tərəfindən aparılmışdır. Həmçinin iddiaçıya bildirilmişdir ki, iddia ərizəsində “maraqlı tərəf” olaraq DƏDRXnin 12 saylı X7 Qax rayon şöbəsini qeyd etmişdir. Bununla bağlı nəzərinə çatdırılmışdır ki, iddia tələbində “maraqlı tərəf” ifadəsi “üçüncü şəxs” ifadəsi ilə əvəz olunmalı və hətta bu dəyişiklik aparılsa belə qeyd olunan DƏDRX-nin 12 saylı X7 Qax rayon şöbəsinin onun hazırkı iddia tələbində üçüncü şəxs kimi qeyd olunması münasib deyil. İddiaçının nəzərinə çatdırılmışdır ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia ərizəsində qeyd etdiyi inzibati orqana ərizə ilə müraciət etməli, həmin inzibati orqan tərəfindən ona imtina edildikdən və yaxud müraciəti cavabsız saxlandıqdan sonra iddiaçı iddia tələbi ilə məhkəmə müraciət edə bilər. Yuxarıda qeyd olunanlarla bağlı münasibət bildiriməsi üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya verilmişdir. Lakin iddiaçı tələb olunan müddət ərzində məktuba münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015ci il tarixli 05 nömrəli Qərarı). İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.1 və 35.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qax rayon Əmircan bələdiyyəsinə qarşı (maraqlı tərəf: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 Qax rayon şöbəsi) “Azərbaycan Respublikasının “Veteranlar haqqında”, “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Torpaq islahatı haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanunların tələblərinə əsasən ona düşən 2 (iki) pay torpaq sahəsinin Əmircan bələdiyyəsinin ehtiyat torpaq fondu torpaqlarından naturada ayrılıb verilməsi öhdəliyinin cavabdeh Qax rayon Əmircan bələdiyyəsi üzərinə qoyulması və müvafiq sənədləşmə işlərinin aprılması öhdəliyinin onun və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 Qax rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar