Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-133/2020 06.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “21.12.2018-ci il tarixli **********345900 nömrəli və 06.02.2019-cu il tarixli **********453700 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “21.12.2018-ci il tarixli **********345900 nömrəli və **********453700 nömrəli qərarların ləğv edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi 12.09.2019-cu il tarixində məhkəməyə daxil olmuş və İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən həmin tarixdən icraata qəbul edlmiş sayılmışdır. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək, “21.12.2018-ci il tarixli **********345900 nömrəli və 06.02.2019-cu il tarixli **********453700 nömrəli qərarların ləğv edilməsini xahiş etmiş və məhkəmənin 17.10.2019-cu il tarixli iclasında ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o fiziki şəxs olaraq (vöen **********) 2018ci ilin iyun ayında İsmayıllı-Qəbələ yolunun üstündə yerləşən RODİ-MİNK mövsümü istirahət mərkəzini iki ay boyunca işlətmişdir. Fəaliyyətə başladığından iyirmi beş gün keçməmiş ona yoxlama (xronometraj) açılmışdır. Üç gün yoxlamanın nəticəsi olaraq o, 2400 AZN dövlət büdcəsinə kömək adı qoyaraq formal cərimə ödəməyə məcbur olmuşdur. Ödənişdən sonra aylıq gəlir vergisi məbləğinin özləri tərəfindən təyin ediləcəyini və ona məlumat veriləcəyini söyləmişlər. 2018-ci ilin oktyabr ayında İİİ rübü üçün hesabat təqdim etmək istərkən ona hesbatı sıfırla ötürməyi və sonradan onlarla əlaqə saxlayaraq dəqiqləşmə verməyi məsləhət görmüşlər. RODİ-MİNK istirahət mərkəzi mövsümü fəaliyyət göstərir və Sentyabr ayının 10- dan sonra tam olaraq bağlanır. Buna baxmayaraq 2018-ci ilin İİİ rübü üçün 1268,61 AZN İV rübü üçün isə 882,90 AZN gəlir vergisi hesblanmışdır. Bu barədə ona 2019-cu ilin fevral ayında sms vasitəsi ilə məlumat verilmişdir. Fəaliyyətsiz olan bir obyektə əsassız olaraq hesablanmış vergi borcu ilə əlaqədar vergi orqanına bir neçə dəfə müraciət etsədə heç bir tədbir görülməmişdir. Əvəzində tədbirin icraya yönəlməsi haqqda qərar qəbul olunmuşdur. Hal-hazırda üzərinə gəlmiş faizlərlə birlikdə 2843 AZN üzərində vergi borcu vardır. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2018-ci ilin 3-cü rübünə görə sadələşdirilmiş vergi üzrə 21.12.2018-ci il tarixli vergilərin hesablanması barədə qərara əsasən 1238,61 manat, 2018-ci ilin 4-cü rübünə görə sadələşdiriliş vergi üzrə 06.02.2019-cü il və 27.02.2019-cu il tarixli **********453700, **********735500 nömrəli vergilərin hesablanması barədə qərarlarla 890,10 manat, ümümilikdə isə 2128,71 manat əlavə vergi hesablanmışdır. Qərarların nəticə hissəsində borcun 10 (on) gün ərzində ödənilməsi tələb olunmuş və qərardan onu aldıqdan sonra Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək hüququ bildirilmişdir. Vergi ödəyicisinə sadələşdirilmiş vergi üzrə 2018-ci ilin 3-cü rübünə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında 13.12.2018-ci il tarixli **********035900 nömrəli, 2018-ci ilin 4-cü rübünə görə isə 22.01.2019-cu il tarixli **********132500 nömrəli məktublar iddiaçının elektron poçt qutusuna göndərilmişdir. Təqdim olunan məktublarda təqdim olunan vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına tərqim olunması vergi ödəyicisindən tələb olunmuş, lakin zəruri olan sənədlər məktubda göstərilən müddətədək təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37,67 və 83-cü müddəalarına əsasən əlavə hesablamalar aparılmışdır. Vergilərin hesablanması haqqında qərarlarla vergi ödəyicisinə kameral vergi yoxlaması ilə əlavə hesablanmış 2128,71 manat vergi borcunun büdcəyə ödənilməsinə görə borcluya 24.12.2018-ci il tarixli **********444900 nömrəli və 07.02.2019-cu il tarixli **********0 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişlər elektron qaydada ödəyicinin elektron poçt qutusuna göndərilməklə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildirişdə göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Həmin sənədlər vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmiş və vergi ödəyicisi tərəfindən oxunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2- 1.2, 70.2-1.3-cü və Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun 62.2-ci maddələrində göstərilmişdir ki, sənədlər elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. İddiaçıya büdcəyə olan vergi borcunu ödəməsinə vergi borcunun ödənilməsinə dair bildirişlər göndərilməsinə baxmayaraq borclu tərəfindən vergi, faiz və maliyyə sanksiyası üzrə olan borclar ödənilməmişdir. İddiaçıya kameral qaydada müxtəlif dövlərə görə əlavə hesablanan sadələşdirilmiş vergiyə görə göndərilən Vergilərin hesablanması barədə Qərarlarda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı göndərmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət vermək hüququ bildirilsə də, iddiaçı həmin müddəti xeyli ötürməklə bununla bağlı göründüyü kimi məhkəməyə müraciəti 09.09.2019-cu il tarixdə etmişdir. Digər tərəfdən iddiaçı öz ərizəsində ona “sms”-lə 2019-cu ilin fevral ayında vergi borcunun olması barədə məlumat verildiyini özü göstərmişdir. Göstərilənlərdən belə məlum olur ki, vergi ödəyisinin hal-hazıra büdcəyə olan vergi borcu barədə kifayət qədər məlumatı olmuş, lakin borcu ödəməmiş və məhkəməyə müddəti ötürməklə müraciət etmişdir. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verib, iddianın mümkün hesab edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan 21.12.2018-ci il tarixli vergilərin hesablanması barədə qərara əsasən 1238,61 manat, 2018-ci ilin 4-cü rübünə görə sadələşdiriliş vergi üzrə 06.02.2019cü il və 27.02.2019-cu il tarixli **********453700, **********735500 nömrəli vergilərin hesablanması barədə qərarlarla 890,10 manat, ümümilikdə isə 2128,71 manat əlavə vergi hesablanmışdır. İş materiallarında olan 21.12.2018-ci il tarixli vergilərin hesablanması barədə qərara əsasən borcun 10 (on) gün ərzində ödənilməsi tələb olunmuş və qərardan onu aldıqdan sonra Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək hüququ bildirilmişdir. İş materiallarında olan 24.12.2018-ci il tarixli **********444900 nömrəli və 07.02.2019-cu il tarixli **********0 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişlərdən görünür ki, elektron qaydada ödəyicinin elektron poçt qutusuna göndərilməklə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən bildirişdə göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. Həmin sənədlər vergi ödəyicisinin elektron poçt qutusuna göndərilmiş və vergi ödəyicisi tərəfindən oxunmuşdur. Digər tərəfdən iddiaçı öz ərizəsində ona “sms”-lə 2019-cu ilin fevral ayında vergi borcunun olması barədə məlumat verildiyini özü göstərmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: - 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); - 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Sadalananlardan göründüyü kimi iddiaçının qərar barədə kifayət qədər məlumatı olmuş, həmin qərarları mübahisələndirmək üçün yetərli həcmdə vaxtı olmuşdur. Qərarda inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “21.12.2018-ci il tarixli **********345900 nömrəli və 06.02.2019-cu il tarixli **********453700 nömrəli qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) apellyasiya şikayəti verə bilərlər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-133/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-133/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver