Məhkəmə qərarları › İş №2-1(116)-1335/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1335/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1335/2022 22.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçınını vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş İddiaçı barəsində Amasiya rayon Yeniyol kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “öhdəliyin icrası haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin “xahiş edirəm” hissəsində formal xətaya yol vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi formal xətanı aradan qaldıraraq “xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş İddiaçı barəsində Amasiya rayon Yeniyol kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1973cü il tarixdə tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx xxxxxx 1973-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. İddiaçının doğumu barədə Ermənistan Respublikasının Amasiya rayonu Yeniyol kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə 06 saylı doğum haqqında akt qeydi tərtib olunmuş və onun adına İ-CЛ 440976 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Atası İddiaçı, anası X1r. 1989-cu ildə Ermənistandan kütləvi şəkildə azərbaycanlıların çıxarılması ilə bağlı iddiaçı da ailə üzvləri ilə birlikdə oradan qovulmuşlar. 1991-ci ildə Balakən rayonu Mahamalar kənd sakini X3 ilə evlənmişdir. Onunla birgə nikahlarından bir övladı olmuşdur. Onunla nikahı isə 22 yanvar 2019-cu ildə ləğv edilmiş və ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Özü Azərbaycan Respublikasının vətəndaşıdır. X5 şəhərində müvəqqəti olaraq yaşayır və orada sosial işçi kimi çalışır. İldə bir dəfə işçi kimi çalışmağında əlaqədar qeydiyyata düşməyi zərurəti yaranır. Bir müddətdir ki, doğum haqqında şəhadətnaməni itirmiş və buna görə də qeydiyyat müddətini uzada bilməmişdir. Ermənistan Respublikasının Amasiya rayonu Yeniyol kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1973-cü il tarixdə 06 saylı doğum haqqında akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamə alması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 08 aprel 2022-ci il tarixdə ona məktub təqdim edərək göstərmişdir ki, xx.xx.1973-cü il tarixdə Ermənistan Respublıkasınını Amasiya rayonunda doğulmuş İddiaçı barəsində Amasıya rayonu Yeniyol kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1973cü il tarixdə tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli 05176971/13 nömrəli məktubunda mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul etməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - AZ-İ nömrəli 312551 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 və X2 ilə nikah ləğv edilmişdir. - Əhalinin Dövlət Reyestrindən iddiaçı barəsində çıxarışdan görünür ki, iddiaçının doğulduğu yer Amasiya rayonu, doğulduğu il xx.xx.1973-cü il, keçmiş həyat yoldaşı X3, uşağı X4, ünvanı ünvan 1əmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İstinad edilən 13-cü bənddən göründüyü kimi, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası üçün ərizə verən şəxs kimi yaşadığı ərazidə yerləşən qeydiyyat şöbəsinə müraciət edir və həmin ərazidə fəaliyyət göstərən qeydiyyat şöbəsi həmin ərizəni icra edir. İddiaçının doğumu Ermənistan SSR-də qeydə alınıb. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün hazırda məlum səbəblərdən Ermənistana gedə bilmir. Bu səbəbdən də, o, doğum akt qeydinin Azərbaycanda bərpa olunmasını istəyir. Hazırda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmidiplomatik münasibətlər olmadığından iddiaçı, yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmişdir. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 19-cu bəndində göstərilən inzibati hərəkətin həyata keçirilməsinin (rəy və toplanmış digər materialların icra üçün Ermənistana göndərilməsinin) mümkün olmaması doğum akt qeydinin bərpasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı dövlət mənafeyi üçün əhəmiyyət kəsb edir və vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd). İddiaçının təqdim etdiyi, 440976 nömrəli doğum haqqında şəhadətnamə kserosurət olmasına baxmayaraq, nəzərə alınmalıdır ki, həmin sənəddə qeyd edilmiş məlumatlarla əhalinin dövlət reyestrindən çıxarışda qeyd edilmiş məlumatlar (iddiaçının doğum yeri və tarixi, ad, soyad, ata adı) eynidir. Odur ki, məhkəmə iddiaçının doğumu haqqında akt qeydinin əvvəllər həqiqətən mövcud olması qənaətin gəlir və hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdə imtina edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş İddiaçı barəsində Amasiya rayon Yeniyol kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1973-cü il tarixdə tərtib edilmiş 06 saylı doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi qoyulur Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar