Məhkəmə qərarları › İş №2-1(116)-134/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-134/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-134/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı “əlillik təyinatından imtina barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi" barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “əlillik təyinatından imtina barədə cavabdehin xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6348/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Azərbaycan Respüfblikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021 -ci il tarixli 23134 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttraymatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): sol kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə). İkitərəfli xroniki koxlear nevrit ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir, “Hər iki gözün hipermetropiyası Hm 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla’' diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2945/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 6756 nömrəli Tibbi rəyində diaqnoz “Postkommosion sindrom. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. İddiaçı barəsində Bakı 28 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi ilə “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Partlayış travması (xx.xx.2020) Postkommotsion sindrom.Posttravmatik stress pozğunluğu, Partlayış travması (xx.xx.2020) Hər iki gözün hipermetropiyası Hm 0.75D nəticəsində görmə itilyinin 0.8- ə qədər azalması,korreksiya ilə 1.0 olmaqla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020); Sol kürək nahiyyəsinın yumşaq toxumasının yad cismi(metal qəlpə). Partlayış travması (xx.xx.2020) İkitərəfli koxlear nevrit.iki tərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltılı nitqin sağ qulaqda 5 (beş) metr.sol qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə” diaqnozu ilə göndəriş tərtib edilmiş, cavabdeh orqan diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Daha sonra orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən iddiaçı barəsində yeni göndəriş rəsmiləşdirilmiş, cavabdeh orqan yenidən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazında və xx.xx.2022-ci il tarixli iddiaçıya ünvanladığı məktubunda qeyd etmişdir ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, zəif eşitmədən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaşın pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı suallara əsəbi və qısa cavab vermiş, zahirən narahat, emosional labillik izlənilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol kürəkdə çapıq izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair vərəqədən görünür ki, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış, iddiaçıya “Partlayış travması (xx.xx.2020) Postkommotsion sindrom.Posttravmatik stress pozğunluğu, Partlayış travması (xx.xx.2020) Hər iki gözün hipermetropiyası Hm 0.75D nəticəsində görmə itilyinin 0.8- ə qədər azalması,korreksiya ilə 1.0 olmaqla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020); Sol kürək nahiyyəsinın yumşaq toxumasının yad cismi(metal qəlpə). Partlayış travması (xx.xx.2020) İkitərəfli koxlear nevrit.iki tərəfli davamlı neyrosensor ağır eşitmə ,pıçıltılı nitqin sağ qulaqda 5 (beş) metr.sol qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə.;” diaqnozu qoyulmuş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - “Psixi Sağlamlıq Mərkəzi” X4 xx.xx.2021-ci il tarixli 9462 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli göndərişə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, postkommosion sindrom F07.2, Posttravmatik stress pozuntusu F43.1 diaqnozu qoyulmuşdur. - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 20258 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin baş leytenantı İddiaçı xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, “mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), sol kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuşdur. - xx.xx.2021-ci il tarixli 23134 nömrəli xəstəlik haqqında şəhadətnamədən və MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, iddiaçıya “mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), sol kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuş, hərbi travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır qeyd edilmişdir. “Hər iki gözün hipermetropiyası Hm 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla’' diaqnozunun səbəb əlaqəsi isə “ümumi xəstəlikdir” qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2021-ci il tarixli 3381 nömrəli travma haqqında arayışdan görünür ki, iddiaçı, oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, “Ağdam” şəhəri uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “Sol kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə)” diaqnozu ilə xəsarət almışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 670 nömrəli arayışından görünür ki, iddiaçı, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək N saylı hərbi hissədə əsgər kimi, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək SQ TTM-də kursant kimi həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il səfərbərliklə çağırılaraq N saylı hərbi hissəyə təhvil verilmiş və xx.xx.2020-ci il tarixində səfərbərlikdən ehtiyata buraxılmış və xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində hərbi qeydiyyata durmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********9 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 15) Qəbələ rayon sakini xx.xx.1986-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0097003AACCH nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-134/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1175 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində adına tərtib edilmiş 0097003AACCH saylı Forma 88-də qeyd edilən “Partlayış travması (xx.xx.2020). Postkommotsion sindrom. Posttravmatik stress pozğunluğu, Partlayış travması (xx.xx.2020) Hər iki gözün hipermetropiyası Hm 0.75D nəticəsində görmə itilyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1.0 olmaqla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) Sol kürək nahiyyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə). Partlayış travması (xx.xx.2020) ikitərəfli koxlear nevrit. iki tərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltılı nitqin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə” diaqnoz onun anamnestik, obyektiv klinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. 2.3.Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 1 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Buna görə də qərardadda ekspertiza qarşısında qoyulmuş 2 və 3-cü sualların həlli TSEK-in ekspertlərinin səlahiyyətlərinə aiddir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş imtina cavabının çap tarixi xx.xx.2022-ci il qeyd edilmiş və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş cavabdeh orqanın imtina cavabında qiymətləndirmənin aparıldığı və imtinanın verildiyi tarix xx.xx.2021-ci il qeyd edilmiş, lakin, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçı, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək əlillik dərəcəsinin təyin edilməsini xahiş etmiş, bunu xx.xx.2022-ci ildə əyani müayinənin keçirilməsi və əlilliyin təyin edilməsindən imtina barədə SMS-in xx.xx.2022-ci il tarixdə gəlməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı inzibati akt qəbul etməsi müəyyən edilmədiyindən, cavabdeh orqanın xx.xx.2021-ci il tarixli imtina cavabının düzgün olub-olmamasına hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İPM 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi diaqnozun əlillik əlaməti müəyyən etməməsi olmuşdur. İş materiallarından görünür ki, Bakı 28 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişində iddiaçıya “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Partlayış travması (xx.xx.2020) Postkommotsion sindrom.Posttravmatik stress pozğunluğu, Partlayış travması (xx.xx.2020) Hər iki gözün hipermetropiyası Hm 0.75D nəticəsində görmə itilyinin 0.8- ə qədər azalması,korreksiya ilə 1.0 olmaqla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020); Sol kürək nahiyyəsinın yumşaq toxumasının yad cismi(metal qəlpə). Partlayış travması (xx.xx.2020) İkitərəfli koxlear nevrit.iki tərəfli davamlı neyrosensor ağır eşitmə, pıçıltılı nitqin sağ qulaqda 5 (beş) metr.sol qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuşdur. Həmçinin MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 23134 nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçıya “mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), sol kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə, Hər iki gözün hipermetropiyası Hm 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu qoyulmuşdur. İlkin diaqnoza (“mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), sol kürək nahiyəsinin yumşaq toxumasının yad cismi (metal qəlpə). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə) münasibətdə “hərbi travmadır Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır qeydi icra edilmişdir. “Hər iki gözün hipermetropiyası Hm 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozuna münasibətdə isə səbəb əlaqəsi “ümumi xəstəlikdir” qeydi icra edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozun düzgün olub-olmamasının yoxlanılması məqsədilə Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-134/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1175 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. ... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozlardan biri “hər iki gözün hipermetropiyası Hm 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0” olmuş və həmin diaqnoz istinad olunan Əsasnamədə 2-ci dərəcəli əlliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Sözügedən diaqnozun səbəb əlaqəsinin “ümumi xəstəlik” olması Həmçinin MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 23134 nömrəli xəstəlik haqqında şəhadətnaməsində öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixdə iddiaçıya “ümumi xəstəlik səbəbindən” 2-ci dərəcəli əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli imtinası ləğv edilərək, İddiaçı həmin tarixdən “ümumi xəstəlik səbəbindən” ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar